Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-459/2020 16.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3 oğlunun, cavabdeh X4 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X5 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 tərəfindən istifadə olunan təbii qaza görə 8452,80 (səkkiz min dörd yüz əlli iki manat 80 qəpik) manat məbləğində zərər və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, ümumilikdə 8483,20 (səkkiz min dörd yüz səksən üç manat 20 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışıdır ki, İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə sonuncuya məxsus sahibkarlıq obyekti İddiaçı tərəfindən təbii qazla təchiz olunmuşdur (abonent kodu: **********00000). İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir və istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə istehlakçı tərəfin üzərinə öhdəlik qoyulmuşdur. Növbəti dövlət yoxlamasından keçirilməsi üçün sayğac çıxarılarkən xx xxxxxxxx 2017-ci il tarixli ******* saylı akt tərtib edilmiş və həmin təbii qaz sayğacı təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən həmin qaz sayğacına İnformasiya Texnologiyaları və X1 Laboratoriyasında baxış keçirilmişdir. Baxış zamanı həmin qaz sayğacında “SMPDK-nin möhürü vurulmuş qurğuşun və nömrəli plomb sayğacın üzərində aşkar edilmədi, Xətalar normaya uyğun deyil” qüsurlarının olduğu müəyyən edilmiş və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Həmin rəy İddiaçınə təqdim edildikdən sonra həmin obyektdə istifadə olunan qaz cihazlarının siyahısı tutularaq xx xxxxxx 2018-ci il tarixli Akt tərtib edilmiş və həmin Akt əsasında laboratoriya rəyi ilə müəyyən edilmiş qüsurlara görə Dövlətə vurulmuş ziyan müəyyən edilərək, xx xxxxxx 2019-cu il tarixli tələbnamə ilə itirilmiş qazın bərpası üzrə 8452,80 (səkkiz min dörd yüz əlli iki manat 80 qəpik) manat məbləğində cərimə hesablanmışdır. Həmin borcun ödənilməsi üçün dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh həmin borcu ödəməmişdir. Bununla da, istehlak edilmiş təbii qaza görə Müqavilə üzrə müəyyən olunan öhdəlik pozulmuşdur. Tərəflər arasında bağlanmış Müqavilənin 3.4-cü bəndinə əsasən qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. “Təchizatçı”nın “İstehlakçı”ya verdiyi qazın dəyəri göstərilən müddət ərzində tam ödənilmədiyi təqdirdə, 5 gün əvvəl xəbərdarlıq etməklə qaz təminatı dayandırılır. Təbii qazın dəyəri və qaz təchizatının bərpa olunması xərcləri “İstehlakçı” tərəfindən tam ödənildikdən sonra qaz təchizatı bərpa olunur (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may tarixli 2011-ci il 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müxtəlif normalarının məzmunu qeyd olunur). Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh X6 tərəfindən istifadə olunan təbii qaza görə hesablanmış 8452,80 manat məbləğində zərər və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, ümumilikdə 8483,20 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, əsassız olduğu üçün cavabdeh X6 tərəfindən istifadə olunan təbii qaza görə yaranmış cəmi 8452,80 manat məbləğində borcun İddiaçı xeyrinə tutulması barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və bu mövqeyini – başqa şəxsin icarə əsasında işlətdiyi sahibkarlıq obyektindən fərdi sahibkar olan cavabdeh X4 iştirakı olmadan sayğacın çıxarılaraq yoxlanması, yoxlamanın qanunsuz aparılması və həmin yoxlama nəticəsində əsassız və qanunsuz olaraq 8452,80 manat məbləğində borcun hesablanması ilə əsaslandırdı. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh (istehlakçı) X5 (VÖEN **********) məxsus Sumqayıt şəhəri Sumqayıt-Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsi (sahibkarlıq obyekti) (abonent kodu **********00000) “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın aiqı-satqısına dair” bağlanmış Müqavilə əsasında iddiaçı (paylayıcı) İddiaçı tərəfindən təbii qazla təmin olunur və istehlak olunan təbii qazın hesabatı həmin sahibkarlıq obyektində quraşdırılmış qaz sayğacı vasitəsi ilə aparılır. xx xxxxxxxx 2017-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istimara qəbulu haqqında” Akta əsasən İddiaçı əməkdaşları tərəfindən istehlakçı X5 məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış G-6 markalı 23098407 nömrəli sayğac növbəti Dövlət yoxlanılmasından keçirilməsi üçün çıxarılmış və həmin obyektə müvəqqəti olaraq yeni sayğac quraşdırılmışdır (həmin Aktı İstehlakçının nümayəndəsi qismində Ələkbər Qarayev imzalamışdır). Həmin sayğac xx xxxxxx 2017-ci ildə Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasında yoxlamadan keçirilərkən “SMDK-nın möhürü vurulmuş qurğuşun və nömrəli plomblar sayğacın üzərində aşkar edilmədi, Xətalar normaya uyğun deyil” qüsurları aşkar edilmiş və bununla əlaqədar xx xxxxxx 2017-ci il tarixli 29/1640-02420-5 nömrəli Akt tərtib edilmişdir. xx xxxxxx 2017-ci il tarixli 29/1640-02420-5 nömrəli Aktla müəyyən edilmiş qüsurlarla əlaqədar tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli Akta (həmin Aktı da İstehlakçının nümayəndəsi qismində Ələkbər Qarayev imzalamışdır) və xx xxxxxx 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnaməyə əsasən laboratoriyada yoxlama zamanı “G-6 markalı 23098407 nömrəli sayğacda aşkar edilmiş “SMDK-nın möhürü vurulmuş qurğuşun və nömrəli plomblar sayğacın üzərində aşkar edilmədi, Xətalar normaya uyğun deyil” qüsurlarına görə istehlakçı X5 məxsus sahibkarlıq obyektində olan qaz işlədicilərindən - PQ4 qaz cihazının maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün; Kürənin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 360 gün; Kombinin maksimal saatlıq qaz sərfi 3m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün və digər Kombinin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 180 gün olmaqla hesabat aparılaraq, itirilmiş qazın sərfiyyatının cəmi 42264 m3 həcmində, yəni 8452,80 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan, istehlakçı X4 adına tərtib edilmiş xx xxxxxxx 2020-ci ildə çap edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, xx xxxxxxxx 2017-ci il tarixli ******* nömrəli Aktla çıxarılaraq Dövlət yoxlamasından keçirilmiş qaz sayğacında aşkar olunan qüsurlara görə istehlakçı X5 (VÖEN **********) məxsus sahibkarlıq obyektinin hesabına 2019-cu ilin yanvar ayında birdəfəlik 8452,80 (səkkiz min dörd yüz əlli iki manat 80 qəpik) manat məbləğində borc hesablanmışdır. X2 məlumatlarla müəyyən olunur ki, 2016-2017-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər aparılmışdır, yəni qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında yaranmış hazırkı mübahisənin əsasında həmin tərəflər ("istehlakçı" və "təchizatçı" olaraq) arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısına dair” bağlanmış Müqavilədə nəzərdə tutulan şərtlər dayanır və məlum xx xxxxxxxx 2017-ci il tarixli Akt əsasında çıxarılmış sayğacın yoxlanılaraq, “SMDK-nın möhürü vurulmuş qurğuşun və nömrəli plomblar sayğacın üzərində aşkar edilmədi, Xətalar normaya uyğun deyil” qüsurlarının olmasının müəyyən edilməsi və bununla bağlı dəymiş zərər kimi əlavə sərfiyyatın hesablanması - həmin Müqavilədə nəzərdə tutulan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, İddiaçı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” bağlanmış Müqavilənin tərəfi olaraq, həmin Müqavilənin digər tərəfi olan cavabdeh X5 məxsus qeyri-yaşayış sahəsində Müqavilə şərtlərinin yerinə yetirilməsi vəziyyətinin yoxlanması ilə əlaqədar hesabat sayğacının növbəti Dövlət yoxlaması ilə əlaqədar laboratoriya müayinəsindən keçirilərkən qüsurlu olmasını və həmin qüsurların normaya uyğun olmamasını aşkar etmiş və bununla bağlı müvafiq sənədlər tərtib edərək, həmin sahəni nizamlayan normativ sənədlərin tələblərinə uyğun olaraq əlavə sərfiyyatla bağlı hesabat aparmışdır. Yəni, istehlakçı X5 məxsus sahibkarlıq obyektində xx xxxxxxxx 2017-ci il tarixli Akt əsasında çıxarılmış sayğacda aşkar olunan qüsurlara görə dəymiş zərər kimi əlavə sərfiyyat olaraq istehlak edilən təbii qazın həcmi müəyyən edilərək, 8452,80 manat məbləğində borc hesablanmışdır. Lakin, məlum qüsurlara görə istehlakçı X5 məxsus sahibkarlıq obyektində istifadə olunan qaz cihazları üzrə həmin əlavə sərfiyyat təchizatçı İddiaçı tərəfindən 360 gün (1 il) və 180 gün (6 ay) müddətinə hesablanaraq, 8452,80 manat məbləğində müəyyən edilmişdir. Halbuki, istehlakçı X4 adına tərtib edilmiş Abonentin Saldosunda əks olunmuş məlumatlarla müəyyən olunur ki, həmin dövrdə qüsurlu sayğac tərəfindən təbii qazdan istifadənin hesabatı aparılmışdır. Ona görə də, həmin hesabat İddiaçı tərəfindən müəyyən edildiyi kimi 360 gün və 180 gün müddətinə deyil, sayğacın çıxarıldığı sonuncu ay üçün, yəni 30 gün (bir ay) müddətinə hesablanmalıdır. Bu halda isə, növbəti Dövlət yoxlanılmasından keçirilərkən “SMDK-nın möhürü vurulmuş qurğuşun və nömrəli plomblar sayğacın üzərində aşkar edilmədi, Xətalar normaya uyğun deyil” qüsurlarının aşkar olunduğu G-6 markalı 23098407 nömrəli sayğacla əlaqədar zərər kimi hesablanmış əlavə sərfiyyatın miqdarı 8452,80 manat məbləğində deyil, bir ay (30 gün) müddətinə hesablanaraq 938,40 (doqquz yüz otuz səkkiz manat 40 qəpik) manat məbləğində müəyyən olunur. Yəni, sayğacın qüsuruna görə zərər kimi 360 gün və 180 günlük müddətə hesablanan 8452,80 manat məbləğində əlavə sərfiyyat 30 gün müddətinə hesablanaraq istehlakçıdan tələb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh X3 (VÖEN **********) Sumqayıt şəhəri Sumqayıt-Novxanı yolunda yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00000) istifadə olunan təbii qaza görə yaranmış 938,40 (doqquz yüz otuz səkkiz manat 40 qəpik) manat borc iddiaçı “İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia qismən təmin edildiyinə görə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30,4 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və xidmət haqqının 5 (beş) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 (VÖEN **********) Sumqayıt şəhəri Sumqayıt-Novxanı yolunda yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00000) istifadə olunan təbii qaza görə yaranmış 938,40 (doqquz yüz otuz səkkiz manat 40 qəpik) manat borc və 5 (beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 943,40 (doqquz yüz qırx üç manat 40 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-459/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-459/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver