Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-460/2020 16.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı nümayəndəsi X11 oğlunun, Cavabdehn nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən istifadə olunan təbii qaza görə yaranmış 17832,28 (on yeddi min səkkiz yüz otuz iki manat 28 qəpik) manat məbləğində debitor borc və 30,40 (otuz manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, ümumilikdə 17862,68 (on yeddi min səkkiz yüz altımış iki manat 68 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-cı il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə sonuncuya məxsus sahibkarlıq obyekti İddiaçı X1 təbii qazla təchiz olunmuşdur (abonent kodu **********00351). İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir və istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə istehlakçı tərəfin üzərinə öhdəlik qoyulmuşdur. Lakin, Cavabdeh MMC müqavilə öhdəliklərinə əməl etməmiş və təbii qazın dəyərini tam ödəməmiş və nəticədə xx xxx 2020-ci il tarixə İddiaçı İB-nin X8 Sahəsinə 17832,28 (on yeddi min səkkiz yüz otuz iki manat 28 qəpik) manat məbləğində debitor borcu yaranmışdır. Həmin borcun ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət olunmuşdur. Sonuncu dəfə isə xx xxxx 2020-ci il tarixli 01/EH-05-495 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh tərəf yenə də həmin borcu ödəməmişdir. Həmin mnəktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İstehlak edilmiş qaza görə Müqavilə üzrə müəyyən olunan öhdəlik pozulmuşdur. Belə ki, Müqavilənin 3.4-cü bəndinə əsasən, qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra həmin borc 1 ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. “Təchizatçı”nın “İstehlakçı”ya verdiyi qazın dəyəri göstərilən müddət ərzində tam ödənilmədiyi təqdirdə, 5 gün əvvəl xəbərdarlıq etməklə qaz təminatı dayandırılır. Təbii qazın dəyəri və qaz təchizatının bərpa olunması xərcləri “İstehlakçı” tərəfindən tam ödənildikdən sonra qaz təchizatı bərpa olunur (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may tarixli 2011-ci il 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müxtəlif normalarının məzmunu qeyd olunur). Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən istifadə olunan təbii qaza görə yaranmış cəmi 17832,28 manat məbləğində debitor borc və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, ümumilikdə 17862,68 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdehn nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirib, əsassız olduğu üçün Cavabdehndən istifadə olunan təbii qaza görə yaranmış cəmi 17832,28 manat məbləğində borcun İddiaçı xeyrinə tutulması barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və o, izahatında tələb edilən borcun miqdarını mübahisələndirməsə də, öz mövqeyini - yaranmış borcun hissəhissə olmaqla ödənilməsi barədə tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli “Debitor borcun ödənilməsinə dair” Razılaşma Protokolunun olmasına və cavabdeh tərəfin 2020-ci ilin yanvar-fevral aylarında müəyyən məbləğlərdə ödənişlər etməsinə baxmayaraq, iddiaçı tərəfin həmin Razılaşmanın tələblərinə riayət etməyərək borcu bir dəfəyə tələb etməsi və bununla əlaqədar cavabdehə məxsus sahibkarlıq obyektin təbii qazla təchizatının 2020-ci ilin aprel ayından dayandırılması ilə əsaslandırdı. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı paylayıcı İddiaçı ilə cavabdeh - istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən fasiləsiz olaraq təbii qazla təmin edilmiş Cavabdehnə məxsus sahibkarlıq obyektində (abonent kodu **********00351) istifadə olunan təbii qaza görə xx xxx 2020-ci il tarixinə 17832,28 (on yeddi min səkkiz yüz otuz iki manat 28 qəpik) manat məbləğində borc yaranmışdır. Həmin borcun ödənilməsi üçün Cavabdeh İddiaçı X1 müvafiq qaydada xəbərdar edilmişdir. Lakin, hal-hazıradək həmin borcdan heç bir məbləğdə pul ödənilməmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Debitor borcun ödənilməsinə dair” Razılaşma Protokolundan görünür ki, istehlakçı Cavabdeh MMC istifadə etdiyi təbii qaza görə paylayıcı İddiaçı qarşısında 20334,68 (iyirmi min üç yüz otuz dörd manat 68 qəpik) manat məbləğində yaranmış debitor borcunun Razılaşmada göstərilən şərtlərlə ödəməsinə dair öhdəlik götürmüşdür. Həmin Razılaşmaya əsasən “İstehlakçı” Cavabdeh MMC xx xxxxxx 2020-ci ildə təbii qazdan istifadəyə görə İddiaçınə 20334,68 manat məbləğində borcunun olmasını qəbul etmiş (1.1-ci bənd) və həmin borcun 8335 manat hissəsini 2020-ci ilin yanvar ayında ödəniş etdikdən sonra təbii qazın sərfiyyatından əlavə olaraq 2020-ci ilin fevral, mart aylarında hər ayın 15-nə kimi 5999,84 (beş min doqquz yüz doxsan doqquz manat 84 qəpik) manat olmaqla İddiaçınə ödəməyi öhdəsinə götürmüşdür (1.2-ci bənd). Eyni zamanda, “İstehlakçı” - hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu Razılaşma Protokolunun 1.2-ci bəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə, təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı İddiaçınə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir (1.3-cü bənd). İş materiallarında olan İddiaçı X1 məhkəməyə təqdim olunmuş istehlakçı Cavabdeh MMC-nin adına tərtib edilmiş və xx xxxx 2020-ci ildə çap edilmiş Abonentin Saldosu (abonent kodu **********00351) ilə müəyyən olunur ki, Abonentin Saldosu cədvəlində abonent Cavabdeh təbii qazdan istifadəyə görə xx xxx 2020-ci il tarixinə 17832,28 manat məbləğində borc qalığının mövcud olduğu göstərilmişdir. X2 məlumatlarla müəyyən olunur ki, 2020-ci ilin yanvar ayında qaz sərfi ilə əlaqədar cəmi 20334,68 manat məbləğində ödənilməmiş borc olmuş və həmin borcun 8335 manat hissəsi ödənilmişdir. 2020-ci ilin fevral ayında qaz sərfinin məbləği 2600 manat miqdarında olmuş və Abonent tərəfindən 2800 manat məbləğində pul ödənilmişdir. 2020-ci ilin mart ayında isə sərfin məbləği 8202,60 manat miqdarında olmuş və Abonent tərəfindən 2500 manat məbləğində pul ödənilmişdir. Bundan sonra borc üzrə heç bir ödəniş aparılmamış və 2020-ci ilin aprel ayında Abonentə məxsus sahibkarlıq obyektinin qazla təchizatı borcun ödənilməməsi ilə əlaqədar dayandırılmışdır. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 2020-ci ilin yanvar ayının hesabatına görə istifadə etdiyi təbii qaza görə istehlakçı Cavabdeh MMC-nin paylayıcı İddiaçınə cəmi 20334,68 (iyirmi min üç yüz otuz dörd manat 68 qəpik) manat məbləğində debitor borcu olmuş və həmin borcun hissə-hissə ödənilməsi üçün tərəflər arasında xx xxxxxx 2020-ci il tarixli “Debitor borcun ödənilməsinə dair” Razılaşma Protokolu tərtib edilmişdir. X4 əsasən “istehlakçı” Cavabdeh MMC təbii qazdan istifadəyə görə İddiaçınə yaranmış 20334,68 manat məbləğində borcun 8335 manat hissəsini ödəyir və bundan sonra qalan borcun 5999,84 manat hissəsini 2020-ci ilin fevral ayının 15-nə kimi və 5999,84 manat hissəsini isə 2020-ci ilin mart ayının 15-nə kimi ödəməyi və eyni zamanda, təbii qazın sərfiyyatını ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, həmin öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Yəni, 2020-ci ilin fevral ayında qaz sərfinin məbləği 2600 manat miqdarında olmuş və Abonent tərəfindən 2800 manat məbləğində pul ödənilmişdir (həmin ay təbii qazın sərfiyyatı üzrə tam ödəniş aparılsa da, 5999,84 manat məbləğində ödənilməli debitor borcdan cəmi 200 manat ödənmişdir). 2020-ci ilin mart ayında isə sərfin məbləği 8202,60 manat miqdarında olmuş və Abonent tərəfindən 2500 manat məbləğində pul ödənilmişdir (həmin ay isə təbii qazın sərfiyyatı üzrə qismən, yəni cəmi 2500 manat məbləğində ödəniş aparılsa da, 5999,84 manat məbləğində ödənilməli debitor borcundan heç bir ödəniş aparılmamışdır). Bundan sonra ödənişlər ümümiyyətlə dayandırılmış və buna görə də, cavabdehin xx xxx 2020-ci il tarixinə 17832,28 manat məbləğində borc yaranmışdır. Göründüyü kimi, məhkəmə iclasında cavabdehin nümayəndəsinin istinad etdiyi xx xxxxxx 2020-ci il tarixli “Debitor borcun ödənilməsinə dair” Razılaşma Protokolun tələbləri də “istehlakçı” Cavabdeh MMC tərəfindən pozulmuş və həmin Protokolla razılaşdırılmış borc məbləği və eləcə də, Protokoldan sonra sərfiyyatla əlaqədar yaranmış borc İddiaçınə ödənilməmişdir. Eyni zamanda, məlum Razılaşma Protokolunun 1.3-cü bəndinə əsasən, “istehlakçı” Cavabdeh MMC hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu Razılaşma Protokolunun 1.2-ci bəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə, təbii qazın verilişinin dayandırılacağını qəbul etmiş və bununla bağlı İddiaçınə qarşı heç bir tələb irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən (abonent kodu **********00351) istifadə olunan təbii qaza görə yaranmış 17832,28 (on yeddi min səkkiz yüz otuz iki manat 28 qəpik) manat məbləğində borc iddiaçı “İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu və xidmət haqqı da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən (abonent kodu **********00351) istifadə olunan təbii qaza görə yaranmış 17832,28 (on yeddi min səkkiz yüz otuz iki manat 28 qəpik) manat məbləğində borc və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 17862,68 (on yeddi min səkkiz yüz altmış iki manat 68 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-460/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-460/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver