Məhkəmə qərarları › İş №e-2-2(119)-47/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-47/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-47/2024 12.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə **********00150 saylı hesab üzrə yaranmış 25989,60 (iyirmi beş min doqquz yüz səksən doqquz manat altmış qəpik) manat, **********00150 saylı hesab üzrə yaranmış 165096 (yüz altmış beş min doxsan altı) manat, **********00151 saylı hesab üzrə yaranmış 96717,01 (doxsan altı min yeddi yüz on yeddi manat bir qəpik) manat olmaqla, ümumilikdə 287802,61 (iki yüz səksən yeddi min səkkiz yüz iki manat altmış bir qəpik) manat borcun, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və 177,80 (yüz yetmiş yeddi manat səksən qəpik) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 04 oktyabr 2019-cu il tarixli, AMX- 2547/19 saylı müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə cavabdehin **********00150 saylı hesab üzrə 25989,60 (iyirmi beş min doqquz yüz səksən doqquz manat altmış qəpik) manat, **********00150 saylı hesab üzrə 165096 (yüz atlmış beş min doxsan altı manat) manat, **********00151 saylı hesab üzrə 96717,01 (doxsan altı min yeddi yüz on yeddi manat bir qəpik) manat olmaqla, ümumilikdə 287802,61 (iki yüz səksən yeddi min səkkiz yüz iki manat altmış bir qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İddiaçı tərəfindən 05 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim olunaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə **********00150 saylı, **********00150 saylı və **********00151 saylı abonent hesabları üzrə ümumilikdə 83312,50 (səksən üç min üç yüz on iki manat əlli qəpik) manat borcun və mediasiya ilə əlaqədar ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 06 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbinin əsasını **********00150, **********00150, **********00151 abonent kodları üzrə təbii qazdan istifadəyə görə yaranmış borc təşkil edir. Lakin iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsinə əsasən istifadə olunmuş təbii qaza görə yaranmış 204490,11 manat borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. İş üzrə İddiaçı iddia tələbində tələb olunan 204490,11 manat məbləği **********00150, **********00150 və **********00151 abonent nömrələri üzrə xx.xx.2017-ci il tarixə olan sərfiyyat borclarını əks etdirmişdir. İş materiallarına əlavə edilmiş **********00150 abonentin saldosu 2014-cü ilin aprel ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrü əhatə edir. Həmin saldoda sayğac oxunması 276947,10, ödəmələr 275850,70, son borc 1096,40 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş **********00151 abonentin saldosu 2015-ci ilin fevral ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrü əhatə edir. Lakin sayğacın quraşdırılma tarixi 28 noyabr 2017-ci il tarixidir. Həmin sayğacın oxunması 317873,80, ödəmələr 228144,99, aktlar 6988,20, son borc 96717,01 (aktla birlikdə) qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş **********00150 abonentin saldosu 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrü əhatə edir. Lakin sayğacın quraşdırılma tarixi 25 yanvar 2017-ci il tarixidir. Həmin saldoda sayğac oxunması 706475,20, ödəmələr 312878,60, aktlar 6000, son borc 399596,60 (aktla birlikdə) qeyd edilmişdir. İddiaçı İSQN ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış, 15 noyabr 2017-ci il tarixli (KP01/25800) “İstehlak olunmuş təbii qaza görə yaranmış debitor borcun ödənilməsi barədə” razılaşma protokolu ilə 15 noyabr 2017-ci il tarixinə cəmi debitor borcu 179258 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş e-2-2(085)- 593/2019 nömrəli iş üzrə İddiaçı iddia tələbi **********00150, **********00150 və **********00151 abonent kodlar üzrə xx.xx.2019-cu il tarixinə yaranmış 447587,41 manat borcun tutulmasından ibarət olmuşdur. **********00151 abonentin saldosuna görə 2019-cu il üçün sentyabr ayına elektron göstərici ******* və qalıq borc 96717,01 manat, **********00150 abonentin saldosuna görə 2019-cu il üçün oktyabr ayına elektron göstərici ******* və qalıq borc 3171,40 manat, **********00150 abonentin saldosuna görə 2019-cu il üçün oktyabr ayına elektron göstərici ******* və qalıq borc 349596,60 manat təşkil etmiş, 2019-cu ilin oktyabr və noyabr aylarında 150000 manat məbləğində ödənişlər edilmişdir. Sözügedən iş baxılmamış saxlanılmışdır. Hazırkı iş üzrə iddia ərizəsinə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 1133-04-14 nömrəli (kod: **********00150) müqavilə əlavə edilmişdir. Həmin müqavilədə qaz qurğusuna dair məlumatlar göstərilmişdir: (su qızdırıcı qazan) G-250 markalı, 80110180 nömrəli, 02609898 və 02609900 plomblar. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş e-2-2(085)-593/2019 nömrəli işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli abonent saldolarına görə 1) abonent: **********00150 (qazanxana). Su qızdırıcı qazan (8/8). Sayğac: Tip: Elster G-250 RVG EK-220, № 80110180; quraşdırma tarixi: xx.xx.2014-cü il, 2) Abonent: **********00151. Su qızdırıcı qazan (2/2). Sayğac: Tip: Elster G-250 RVG EK-220, №75141587; quraşdırma tarixi: xx.xx.2017-ci il, 3) Abonent: **********00150 (qazanxana). Su qızdırıcı qazan (3/3). Sayğac: Tip: Elster G1000 TRZ EK-220, №83047617; quraşdırma tarixi: xx.xx.2017-ci il. Sadalanan kodlar üzrə abonent saldolarında sərfiyyat borcu ilə cərimə aktları da daxil edilmişdir. Sadalanan saldolarda 10 yanvar 2019-cu il tarixinə **********00150 kod üzrə borc 3171,40 və **********00151 kod üzrə borc 96717 manat qeyd edilmişdir. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli 2-2(85)- 187/2018 nömrəli qətnaməsində qət edilmiş məbləğ təkrar olaraq hazırkı iddia ilə tələb olunur. Bundan başqa, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-44/2020 nömrəli kommersiya işi üzrə İddiaçı iddia tələbi 449485 manat təşkil ertmiş və iddiaçının ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iş üzrə hökumət ödəniş portalından 23 sentyabr 2019cu il tarixli aparılmış ödəniş əməliyyatları üzrə hesabat təqdim edilmişdir. Həmin hesabatda MMC tərəfindən həyata keçirilmiş ödənişlər öz əksini tapmışdır. İddia tələbi 04 oktyabr 2019-cu il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” AMX-2547/19 nömrəli müqaviləyə istinad edilmişdir. Lakin sonradan iddiaçı ilə cavabdeh arasında “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” 23 sentyabr 2019-cu il tarixli razılaşma protokolu ilə yaranmış borcun ödənilməsi razılaşdırılmışdır. Hazırda İddiaçı qüvvədə olmasına baxmayaraq həmin razılaşma protokolunu mübahisələndirmir. Bundan başqa İddiaçı 05 dekabr 2023-cü il tarixində iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdehdən 83312,50 (səksən üç min üç yüz on iki manat 50 qəpik) manat məbləğini tələb edir. Sonradan tələb olunan 83312,50 manat məbləğ də əsassızdır. Çünki İddiaçı iddia tələbini adi riyazi hesablama edərək 23 may 2018-ci il tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsində qət edilmiş 204490,11 manat məbləğini nəzərə alaraq azaltmışdır. Lakin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərini və edilmiş məbləğləri tam hesablanmamışdır. Belə ki, cavabdeh tərəfindən ümumi borcdan ödənişlər xx.xx.2019-cu il tarixində (17:32:44) 10000 manat, xx.xx.2019-cu il tarixində (17:32:05) 10000 manat, xx.xx.2019-cu il tarixində (17:31:41) 10000 manat, xx.xx.2019-cu il tarixində (17:39:12) 10000 manat, xx.xx.2019-cu il tarixində (14:37:56) 10000 manat, xx.xx.2019-cu il tarixində (16:20:45) 15000 manat, xx.xx.2019-cu il tarixində (16:19:48) 15000 manat, xx.xx.2019-cu il tarixində (16:18:49) 15000 manat, xx.xx.2019-cu il tarixində (16:21:31) 5000 manat, xx.xx.2019-cu il tarixində (12:50:57) 15000 manat, xx.xx.2019-cu il tarixində (15:05:28) 15000 manat, xx.xx.2019-cu il tarixində (15:06:15) 5000 manat, xx.xx.2019-cu il tarixində (12:49:57) 15000 manat təşkil etmişdir. Belə ki, onlayn ödəmə qaydasında xx.xx.2019-cu il tarixinə, qalıq borc 304596,60 manat təşkil etmişdir. Həmin qalıq məbləğdən sonra 2019cu ilin 21-23 dekabr tarixlərində 50000 (əlli min) manat ödənilməsini, habelə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(85)-187/2018 nömrəli qətnaməsində qət edilmiş 204490,11 manat məbləği də birgə hesablansa (204490,11+50.000=254490,11) da, məbləğin həcmində uyğunsuzluq yaranır. Bunu isə məhkəmə iclasında iddiaçının nümayəndəsi tam izah edə bilməmişdir. Belə ki, müvafiq aktlar üzrə cərimə tətbiq edilməsi və ümumi borca hesablanması istisna deyildir. Çünki abonent saldolarında **********00150 kod üzrə akt yarım-bölməsində 31552,20 manat, **********00151 kod üzrə akt yarım-bölməsində 6988,20 manat və **********00150 kod üzrə akt yarım-bölməsində 6000 manat olmaqla, ümumi 44540,40 (qırx dörd min beş yüz qırx, 40) manat təşkil edir. Bu da kiçik bir məbləğ deyildir. Əvvəlki iclaslarda İddiaçı nümayəndəsi akt kimi qeyd edilmiş məbləğlərin cərimə məbləği olmadığı bildirməsinə baxmayaraq tam əsaslandırmamışdır. Həmin akt üzrə cərimə tətbiq edilməsi daha inandırıcıdır. Bununla yanaşı İddiaçı iddia müddətini ötürmüşdür. Çünki iddiaçı xx/xx/2019 nömrəli razılaşma protokolunu deyil, AMX-2547/19 nömrəli, 04 oktyabr 2019-cu il tarixli müqavilə üzrə yaranmış borcu tələb edir. Buna görə də ddiaçı İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı təbii qazdan istifadəyə görə yaranmış 83312,50 (səksən üç min üç yüz on iki manat əlli qəpik) manat borcun tutulmasına dair iddia tələbi əsassızdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 06 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 12 yanvar 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək səhhəti ilə əlaqədar 12 yanvar 2024cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məkəmə baxış iclasının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin və “iddia tələbinin həcminin azaldılması barədə” ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək etirazın və iddia müddətinin tətbiq olunması barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçı 12 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması barədə” ərizəni, iddia tələbinə qarşı verilmiş etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - 29 noyabr 2022-ci il tarixli abonentin saldosu ilə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli abonent hesabına 2014-cü ilin aprel ayından 2020-ci ilin dekabr ayınadək istifadə olunan təbii qaza görə sərfiyyat üzrə 297688,10 manat, aktlar əsasında 31552,20 (2019-cu ilin noyabr ayında 4343,80 manat, 2019-cu ilin dekabr ayında 15718 manat, 2020-ci ilin yanvar ayında 5755,80 manat, 2020-ci ilin fevral ayında 1853,20 manat, 2020-ci ilin mart ayında 1030,60 manat və 2020-ci ilin noyabr ayında 2850,80 manat olmaqla) manat borc hesablanmış, həmin borcdan 303250,70 manat ödəniş edilmiş, nəticədə son borc 25989,60 manat qalmışdır. - 29 noyabr 2022-ci il tarixli abonentin saldosu ilə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli abonent hesabına 2017-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək istifadə olunan təbii qaza görə sərfiyyat üzrə 706475,20 manat, akt əsasında 6000 manat (2018-ci ilin noyabr ayında) borc hesablanmış, həmin borcdan 547379,20 manat ödəniş edilmiş, nəticədə son borc 165096 manat qalmışdır. - 01 dekabr 2022-ci il tarixli abonentin saldosu ilə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00151 nömrəli abonent hesabına istifadə olunan 2015-ci ilin fevral ayından 2020-ci ilin may ayınadək təbii qaza görə sərfiyyat üzrə 317873,80 manat, akt əsasında 6988,20 manat (2017-ci ilin noyabr ayında) borc hesablanmış, həmin borcdan 228144,99 manat ödəniş edilmiş, nəticədə son borc 96717,01 manat qalmışdır. - Paylayıcı İddiaçı ilə istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 okyabr 2019-cu il tarixli AMX-2547/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. - “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” 23 sentyabr 2019-cu il tarixli xx/xx/2019 nömrəli razılaşma protokolundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 01/25800 ödəyici kodu üzrə “İstehlakçının xx.xx.2019-cu il tarixinə İddiaçınə ümumilikdə 598 570,01 (beş yüz doxsan səkkiz min beş yüz yetmiş manat bir qəpik) manat debitor borcu vardır. “İstehlakçı" aylıq istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsindən əlavə 01 sentyabr 2019-cu il tarixinə yaranmış 598570,01 (beş yüz doxsan səkkiz min beş yüz yetmiş manat bir qəpik) manat debitor borcunu göstərilən qrafik üzrə ödənilməsini təmin etməyi öhdəsinə götürür. İstehlakçı xx.xx.2019-cu il tarixində borcunun 100000 (yüz min) manat hissəsinin ödənilməsini təmin edir və 2019-cu ilin sentyabr ayı da daxil olmaqla sonrakı aylarda istehlak etdiyi qazın dəyərindən əlavə olaraq 50000 (əlli min) manat ödənilməsini öz üzərinə götürür. “İstehlakçı” protokol əsasında hər ay borcunun ödənilməsini təmin edir və borc ödənilmədiyi halda qanunvericiliyə müvafiq olaraq təbii qazın verilməsinin dayandırılmasına etiraz etmir. BRQSD-nin "İstehlakçı” tərəfindən debitor borcun ödənişi qrafik üzrə aparılmadıqda borcun tam ödənilməsini tələb etməklə təbii qazın verilişini müvafiq qaydada dayandırır. - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2-2(85)-187/2018 nömrəli qətaməsinə əsasən 01 sentyabr 2017-ci il tarixinədək istifadə olunmuş təbii qaza görə yaranmış 204490,11 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı hesabına ödənilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli 2-2(105)-75/2018 nömrəli qətnaməsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2-2(85)-187/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 18 noyabr 2017-ci il tarixli Okt.0001115 nömrəli aktdan (istehlakçının hesab kodu **********00151) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində noyabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 34941 m3 və qaz sərfinin məbləği 6988,20 manat müəyyən edilmişdir. - İddiaçı tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 noyabr 2018-ci il tarixli, ******* nömrəli aktda qeyd olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli abonent hesablı müəssisənin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar xəttin “Yetsan” su qızdırıcı qazanına qoşulduğu aşkar olunmuşdur. - 30 noyabr 2018-ci il tarixdə qaz işlədicilərindən su qızdırıcı qazanın maksimal saatlıq qaz sərfinin hesabatı aparılmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli abonent hesablı ünvana quraşdırılmış sayğacın maksimal saatlıq qaz sərfi 50 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 30000 m3 həcmində müəyyən edilmişdir. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 29 noyabr 2019-cü il tarixli ******* nömrəli aktdan (istehlakçının hesab kodu **********00150) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində noyabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 21719 m3 və qaz sərfinin məbləği 4343,80 manat müəyyən edilmişdir. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30 dekabr 2019-cu il tarixli ******* nömrəli aktdan (istehlakçının hesab kodu **********00150) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində dekabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 7859 m3 və qaz sərfinin məbləği 15718 manat müəyyən edilmişdir. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31 yanvar 2020-ci il tarixli ******* nömrəli aktdan (istehlakçının hesab kodu **********00150) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 23813 m3 və qaz sərfinin məbləği 4762,60 manat müəyyən edilmişdir. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31 yanvar 2020-ci il tarixli 000022 nömrəli aktdan (istehlakçının hesab kodu **********00150) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 4966 m3 və qaz sərfinin məbləği 993,20 manat müəyyən edilmişdir. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 28 fevral 2020-ci il tarixli 000422 nömrəli aktdan (istehlakçının hesab kodu **********00150) görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində fevral ayı üçün hesablanmış qaz sərfinin miqdarı 9266 m3 və qaz sərfinin məbləği 1853,20 manat müəyyən edilmişdir. - “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31 mart 2020-ci il tarixli ******* nömrəli aktdan (istehlakçının hesab kodu **********00150) görünür ki, sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində mart ayı üçün 5153 m3 və qaz sərfinin məbləği 1030,60 manat müəyyən edilmişdir. - İddiaçı tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli aktda görünür ki, İddiaçı 02 noyabr 2020-ci il tarixli SS 29/1640-01933-1 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli abonent hesabına dəymiş ziyanın hesablanması qərara alınmışdır. Həmin akt əsasında qeyd olunan abonent koduna 2850,80 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və məhkəmədə iddia qaldırmaq üçün 177,80 (yüz yetmiş yeddi manat səksən qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında qazın alqı-satqısından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi əsası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesabı üzrə istifadə olunan təbii qaza görə yaranmış ümumilikdə 83312,50 (səksən üç min üç yüz on iki manat əlli qəpik) manat borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində tutulması xahiş olunan 83312,50 (səksən üç min üç yüz on iki manat əlli qəpik) manat borcun 38772,10 (otuz səkkiz min yeddi yüz yetmiş iki manat on qəpik) manatı istifadə olunmuş təbii qaza görə sayğac göstəriciləri əsasında, 44540,40 (qırx dörd min beş yüz qırx manat qırx qəpik) manatı isə qeyd olunan müvafiq aktlar əsasında hesablanmışdır. Abonent saldolarında qeyd olunmuş aktlar əsasında hesablanmış 44540,40 (qırx dörd min beş yüz qırx manat qırx qəpik) manat borcla bağlı isə bir sıra məqamları məhkəmə qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əməkdaşları tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə baxış keçirilərək yuxarıda qeyd olunan aktlar tərtib edilmiş, həmin aktlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesablarına ümumilikdə 44540,40 (qırx dörd min beş yüz qırx manat qırx qəpik) manat məbləğində borc hesablanmış, lakin iddiaçı tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. İddiaçı tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onların hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən qaz sayğacının işləmədiyi dövrdə borcun hansı əsaslarla hesablanmasını (hesablamalar 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral və mart aylarının günləri üçün müxtəlif tariflərlə hesablanmışdır) təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa qanunvericilikdə qaz sayğacının işləmədiyi dövrdə mexaniki üsulla (akt əsasında) qaz sərfiyyatının hesablanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən qaz sayğacı istehlakçının təqsiri olmadan zədələndiyi halda qaz paylayıcısı tərəfindən həmin sayğacın təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həyata keçirilməli, qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmamalı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən sayğac göstəricilərinə əsasən istifadə olunan təbii qaza görə **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesabları üzrə yaranmış 38772,10 (otuz səkkiz min yeddi yüz yetmiş iki manat on qəpik) manat məbləğində borc tutularaq iddiaçı “X1 ödənilməlidir. Məhkəmə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən həmin ərizənin əsaslılığı və hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” 23 sentyabr 2019-cu il tarixli razılaşma protokoluna əsasən istehlakçı 23 sentyabr 2019-cu il tarixində borcunun 100000 (yüz min) manat hissəsinin ödənilməsini təmin edir və 2019-cu ilin sentyabr ayı da daxil olmaqla sonrakı aylarda istehlak etdiyi qazın dəyərindən əlavə olaraq 50000 (əlli min) manat ödənilməsini öz üzərinə götürür. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəliyini həmin razılaşma protokolunda nəzərdə tutulmuş müddətdə yerinə yetirmədiyindən 18 noyabr 2019-cu il tarixdə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 04 fevral 2020-ci il tarixli e-2-2(119)-44/2020 nömrəli qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra 04 may 2023-cü il tarixdə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 19 iyul 2023-cü il tarixli e-2- 2(119)-629/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsi də baxılmamış saxlanılmışdır. Hazırkı iddia ərizəsi isə 18 sentyabr 2023-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesabları üzrə yaranmış 38772,10 (otuz səkkiz min yeddi yüz yetmiş iki manat on qəpik) manat məbləğində borc tutularaq iddiaçı “X1 ödənilməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 177,80 (yüz yetmiş yeddi manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddia tələbi üzrə hesablanmış 206,32 (iki yüz altı manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 28,52 (iyirmi səkkiz manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti (206,32 - 177,80=28,32 manat) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə **********00150 nömrəli, **********00150 nömrəli və **********00151 nömrəli abonent hesabları üzrə yaranmış 38772,10 (otuz səkkiz min yeddi yüz yetmiş iki manat on qəpik) manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 177,80 (yüz yetmiş yeddi manat səksən qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39349,90 (otuz doqquz min üç yüz qırx doqquz manat doxsan qəpik) pul vəsaiti tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 28,52 (iyirmi səkkiz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar