Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-485/2020 30.07.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı “İddiaçı“ X1 tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında xxxxxxxxx“Azərişıq” X2rşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İddiaçı“ X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında xxxxxxxxx“Azərişıq” X2rşı “borcun silinməsi”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“A zərişıq ASC” tərəfindən İddiaçı MMC-yə qeyri-qanuni hesablanmış 11219,26 manat borc və həmin borcun 2019,47 manat ƏDV-si olmaqla, ümumilikdə 13238,73 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı “İddiaçı“ X1 kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında xxxxxxxxx“Azərişıq” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx“Azərişıq ASC” tərəfindən İddiaçı MMC-yə qeyri-qanuni hesablanmış 11219,26 manat borc və həmin borcun 2019,47 manat ƏDV-si olmaqla, ümumilikdə 13238,73 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Çünki, həmin maddənin tələblərinə görə kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1 və 284-4.1.2-ci maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə - məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: İddiaçı “İddiaçı“ X1 tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında xxxxxxxxx“Azərişıq” X2rşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması - iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-485/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-485/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver