Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-493/2022 29.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Məmmədov Araz Çingiz oğlunun, Cavabdeh nümayəndəsi Ağayev Ayxan Ağalar oğlunun iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 15 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 oktyabr 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 11980,43 (on bir min doqquz yüz səksən manat 43 qəpik) manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 04 noyabr 2021-ci il tarixli **********5 nömrəli Protokol əsasında siyahıya alınmış Cavabdehnə (VÖEN **********) məxsus ümumilikdə cəmi 18200 manat dəyərində qiymətləndirilən 9 ədəd 3 nəfərlik yerli yataq dəstinin, 13 ədəd 2 nəfərlik yerli yataq dəstinin, 25 ədəd “Bio General” markalı kondisionerin, 1 ədəd “AUX” markalı kondisionerin, 24 ədəd “LG” markalı televizorun, 5 ədəd Türkiyə istehsalı soyuducunun, 6 ədəd Almaniya istehsalı olan paltaryuyanın və 2 ədəd Almaniya istehsalı olan paltar ütüsünün satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyinə görə vergi ödəyicisi olan hüquqi şəxs Cavabdeh (VÖEN **********) Dövlət Büdcəsinə vergi borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində Büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, borcun ödənilməsi üçün vergi ödəyicisi Cavabdehnə bildiriş verilməsinə baxmayaraq, həmin borc məbləği yenə də ödənilməmiş və vergi ödəyicisinin 05 oktyabr 2021-ci il tarixə Dövlət Büdcəsinə ödənilməmiş 11980,43 (on bir min doqquz yüz səksən manat 43 qəpik) manat məbləğində vergi borcu qalmışdır. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə uyğun olaraq vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 05 oktyabr 2021-ci il tarixli Qərar qəbul etmiş və həmin Qərar əsasında 05 oktyabr 2021-ci il tarixə yaranmış 11980,43 manat məbləğində borcuna görə ünvan 1 ünvanındakı "My Life” hotelində yerləşən vergi ödəyicisi Cavabdehnə məxsus 3150 manat dəyərində 9 ədəd 3 nəfərlik yerli yataq dəsti, 3900 manat dəyərində 13 ədəd 2 nəfərlik yerli yataq dəsti, 3750 manat dəyərində 25 ədəd “Bio General” markalı kondisioner, 500 manat dəyərində 1 ədəd “AUX” markalı kondisioner, 2400 manat dəyərində 24 ədəd “LG” markalı televizor, 500 manat dəyərində 5 ədəd Türkiyə istehsalı soyuducu, 3000 manat dəyərində 6 ədəd Almaniya istehsalı olan paltaryuyan və 1000 manat dəyərində 2 ədəd Almaniya istehsalı olan paltar ütüsü siyahıya alınaraq, 04 noyabr 2021-ci il tarixli **********5 nömrəli Protokol və digər müvafiq sənədlər tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Büdcəsinə və müvafiq Fondlara ödənilmədiyi halda, siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 10 noyabr 2021 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 05 oktyabr 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 11980,43 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 04 noyabr 2021-ci il tarixli **********5 nömrəli Protokol əsasında siyahıya alınmış Cavabdehnə məxsus ümumilikdə cəmi 18200 manat dəyərində qiymətləndirilən 9 ədəd 3 nəfərlik yerli yataq dəstinin, 13 ədəd 2 nəfərlik yerli yataq dəstinin, 25 ədəd “Bio General” markalı kondisionerin, 1 ədəd “AUX” markalı kondisionerin, 24 ədəd “LG” markalı televizorun, 5 ədəd Türkiyə istehsalı soyuducunun, 6 ədəd Almaniya istehsalı olan paltaryuyanın və 2 ədəd Almaniya istehsalı olan paltar ütüsünün satılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirirək, əsassız olduğu üçün iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, iddia ərizəsində qeyd olunan əmlakı siyahıya alındıqdan sonra Cavabdeh vergi ödəyicisi olaraq edilmiş xəbərdarlığı nəzərə alaraq vergi borcu üzrə hissə-hissə, yəni 747,72 manat, 7800 manat, 1000 manat və 2300 manat olmaqla ödənişlər etmiş və halhazırda həmin vergi ödəyicisinin cəmi 2098 manat məbləğində ödənilməmiş borcu qalmışdır ki, bu da 21 iyul 2022-ci ildə çap edilmiş cavabdehə aid X4 ilə təsdiq olunur. Həmin qalan 2098 manat məbləğində borc da avqust ayının sonuna kimi ödəniləcəkdir. Buna görə də, hazırkı iddia ərizəsi üzrə vergi ödəyicisi olan hüquqi şəxs Cavabdeh siyahıya alınmış əmlakının satılmasına ehtiyac yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs Cavabdeh (VÖEN **********) 05 oktyabr 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 11980,43 (on bir min doqquz yüz səksən manat 43 qəpik) manat məbləğində vergi borcu olmuşdur. Həmin borcun ödənilməsini təmin etmək üsulu kimi Vergi Orqanı tərəfindən həmin vergi ödəyicisinin “əmlakının siyahıya alınması” barədə 05 oktyabr 2021ci il tarixli qərar qəbul edilmiş və həmin Qərar əsasında 05 oktyabr 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 11980,43 manat məbləğində borcuna görə vergi ödəyicisi Cavabdehnə məxsus ümumilikdə cəmi 18200 manat dəyərində qiymətləndirilən əmlakı siyahıya alınaraq, bu barədə 04 noyabr 2021-ci il tarixli **********5 nömrəli Protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, həmin Protokol əsasında vergi ödəyicisi Cavabdehnə məxsus 3150 manat dəyərində 9 ədəd 3 nəfərlik yerli yataq dəsti, 3900 manat dəyərində 13 ədəd 2 nəfərlik yerli yataq dəsti, 3750 manat dəyərində 25 ədəd “Bio General” markalı kondisioner, 500 manat dəyərində 1 ədəd “AUX” markalı kondisioner, 2400 manat dəyərində 24 ədəd “LG” markalı televizor, 500 manat dəyərində 5 ədəd Türkiyə istehsalı soyuducu, 3000 manat dəyərində 6 ədəd Almaniya istehsalı olan paltaryuyan və 1000 manat dəyərində olan 2 ədəd Almaniya istehsalı olan paltar ütüsü olmaqla, ümumilikdə cəmi 18200 manat dəyərində qiymətləndirilən əmlakı vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə siyahıya alınmış və həmin əmlak siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin məsul saxlancına verilərək, bu barədə 04 noyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Həmin Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisinin nümayəndəsinə elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Lakin, 21 iyul 2022-ci ildə çap edilmiş və 01 yanvar 2021-ci ildən 21 iyul 2022-ci il tarixinədək olan dövrü əhatə edən vergi ödəyicisi Cavabdehnə (VÖEN **********) məxsus X1 məlumatlarla müəyyən olunur ki, "RM Team” MMC tərəfindən vergi borcu üzrə Dövlət Büdcəsinə 21 yanvar 2022-ci il tarixində 747,72 (yeddi yüz qırx yeddi manat 72 qəpik) manat məbləğində, 08 fevral 2022-ci il tarixində 7800 (yeddi min səkkiz yüz) manat məbləğində, 16 mart 2022-ci il tarixində 500 (beş yüz) manat məbləğində, 29 mart 2022-ci il tarixində 500 (beş yüz) manat məbləğində və 08 iyul 2022-ci il tarixində 2300 (iki min üç yüz) manat məbləğində olmaqla, cəmi 11847,72 (on bir min səkkiz yüz qırx yeddi manat 72 qəppik) manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, 05 oktyabr 2021-ci il tarixli qərar əsasında həmin tarixə mövcud olmuş 11980,43 manat məbləğində borcun ödənilməsi məqsədi ilə 04 noyabr 2021-ci ildə yuxarıda qeyd olunan əmlakı siyahıya alındıqdan sonra vergi ödəyicisi Cavabdeh MMC tərəfindən cəmi 11847,72 manat məbləğində pul vəsaiti həmin borcun əvəzi kimi Dövlət Büdcəsinə ödənilmiş və buna görə də, 21 iyul 2022-ci il tarixinə yuxarıda qeyd olunan borcun cəmi 132,71 (yüz otuz iki manat 71 qəpik) manat hissəsi ödənilməmiş qalmışdır (11980,43 – 11847,72 = 132,71 manat). Qeyd etmək lazımdır ki, 21 iyul 2022-ci ildə çap edilmiş X3 Cavabdeh MMC-nin 21 iyul 2022-ci il tarixə cəmi 2098,81 manat məbləğində ödənilməmiş borcunun qalmış olduğu göstərilsə də, həmin məbləğin yalnız 132,71 manat hissəsi əmlakın siyahıya alınmasına səbəb olmuş borcun, yəni 04 noyabr 2021-ci il taixinədək olan borca aiddir və qalan hissə əmlak siyahıya alındıqdan sonra hesablanan borcdur. Ona görə də, 11980,43 manat məbləğində borcun ödənilməmiş 132,71 (yüz otuz iki manat 71 qəpik) manat hissəsinə görə ümumilikdə dəyəri 18200 manat məbləğində qiymətləndirilərək siyahıya alınmış əmlakın satılması mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş hazırkı iddia ərizəsi üzrə “siyahıya alınmış əmlakın satılması tələb olunan 05 oktyabr 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 11980,43 manat məbləğində vergi borcunun” əsas hissəsi, yəni 11847,72 manat hissəsi 21 iyul 2022-ci il tarixinədək vergi ödəyicisinin özü tərəfindən ödənmiş olduğundan, “əmlakın siyahıya alınmasına səbəb olmuş” yuxarıda qeyd olunan həmin borc məbləğinin ödənilməmiş 132,71 (yüz otuz iki manat 71 qəpik) manat hissəsinə görə ümumilikdə cəmi 18200 manat dəyərində qiymətləndirilən əmlakın satılması zərurəti aradan qalxmışdır. Həmçinin, qeyd etmək lazımdır ki, işin halları və əmlakı siyahıya alındıqdan sonra vergi ödəyicisinin borcun ödənməsi üzrə faktiki hərəkətləri, yəni 05 oktyabr 2021-ci il tarixinə ödənilməmiş 11980,43 manat məbləğində vergi borcunun əmlakı siyahıya alındıqdan sonra 11847,72 manat hissəsini ödəmiş vergi ödəyicisinin qalan 132,71 manat borcu da ödəyəcəyi şübhə doğurmur. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə görə əmlakı siyahıya alındıqdan sonra da vergi ödəyicisi vergi öhdəliklərini öz vəsaiti hesabına yerinə yetirə və əmlakın siyahıya alınmasına səbəb olmuş borc məbləğini ödəyə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 05 oktyabr 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 11980,43 (on bir min doqquz yüz səksən manat 43 qəpik) manat məbləğində borcun 11847,72 (on bir min səkkiz yüz qırx yeddi manat 72 qəppik) manat hissəsi məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən ödənildiyi üçün iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbi, yəni “cavabdehin 05 oktyabr 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 11980,43 (on bir min doqquz yüz səksən manat 43 qəpik) manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 04 noyabr 2021-ci il tarixli **********5 nömrəli Protokol əsasında siyahıya alınmış Cavabdehnə (VÖEN **********) məxsus ümumilikdə cəmi 18200 manat dəyərində qiymətləndirilən 9 ədəd 3 nəfərlik yerli yataq dəstinin, 13 ədəd 2 nəfərlik yerli yataq dəstinin, 25 ədəd “Bio General” markalı kondisionerin, 1 ədəd “AUX” markalı kondisionerin, 24 ədəd “LG” markalı televizorun, 5 ədəd Türkiyə istehsalı soyuducunun, 6 ədəd Almaniya istehsalı olan paltaryuyanın və 2 ədəd Almaniya istehsalı olan paltar ütüsünün satılması” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-493/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-493/2022
29.07.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver