Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-503/2020 28.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı nümayəndəsi Bağırlı Əbdüləli Tofiq oğlunun, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Həsənov Əbülfət Şafahat oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pulun hesaba qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun hesaba qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ Cavabdeh ASC-nin ********* saylı xx.xx.2019-cu il tarixli və ********* saylı xx.xx.2020-ci il tarixli hesab-faktura sənədlərini ləğv edərək, İddiaçı MMC-dən borc şəklində tutulan 8739 manat məbləğində vəsaitin iddiaçının hesabına qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ********* saylı xx.xx.2019-cu il tarixli və ********* saylı xx.xx.2020-ci il tarixli hesab-faktura sənədlərinə əsasən (müqavilə nömrəsi:39044989), “Fortıs Group” X2 heç bir əsas göstərilmədən, qanunsuz olaraq 2179 (iki min yüz yetmiş doqquz) manat və 6560 (altı min beş yüz altmış) manat borc yazılmışdır. Yazılan borc əsasında hesaba yatırılan məbləğlər qanunsuz olaraq heç bir məlumat verilmədən hesabdan silinmişdir. Bunun nəticəsində iddiaçının hüquqları kobud surətdə pozulmuş və Müəssisəyə ciddi ziyan dəymişdir. İlk hüquq pozuntusu ilə bağlı xx.xx.2019-cu ildə və xx.xx.2019-cu il tarixində Cavabdeh ASC-yə 2 dəfə rəsmi müraciət edilsə də, həmin müraciətlərə heç bir cavab verilməmiş, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. xx xxxx 2020-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları iddiaçının əməkdaşlarının iştirakı ilə su sayğacına baxış keçirmişlər. Sayğaca baxış zamanı qurğunun elektron hissə ilə mexaniki hissəsi arasında fərq yarandığı aşkar edilmiş və akta əlavə olunmuşdur. Bu səbəbdən sayğac laborator yoxlamadan keçirilərək təmir olunması məqsədilə su borusundan ayrılmışdır. Laboratoriya rəyinə əsasən, su ölçən cihazın istismara yararsız olduğu öz təsdiqini tapmışdır. Belə ki, elektron sayğacdakı su sərfiyyat göstəricisi 41183 m³ olduğu halda, mexaniki sayğacda bu rəqəm 45179 m³ təşkil etmişdir. xx.xx.2020-ci il tarixdə 50113470 saylı smart tipli su sayğacı təmir edildikdən sonra yararlı rəyi almış və qeyd olunan tarixdə quraşdırılaraq müəssisənin nümayəndəsinə təhvil verilmişdir. Lakin, sayğacın elektron hissəsi ilə mexaniki hissəsi arasındakı fərq dəyişməmiş, olduğu kimi qalmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin yenidən xx.xx.2020-ci il tarixli ********* nömrəli qaimə-faktura sənədinə əsasən İddiaçı MMC-nin hesabında iyun ayına 6560 (altı min beş yüz altmış) manat (ƏDV daxil) məbləğində qalıq borcunun olduğu bildirilmişdir. Yəni, sayğacın nasaz olduğu halda mexaniki sayğacla elektron sayğac arasındakı fərq hesablanaraq istifadəçidən tutulmuşdur. Sual olunur ki, əgər cavabdeh laborator yoxlama əsasında sayğacın nasaz olduğunu özü təsdiq edirsə, yaranmış fərqi niyə istehlakçıdan tutur ? Məsələni aydınlaşdırmaq üçün ASC-nin əməkdaşı yenidən Müəssiyə dəvət olunmuşdur. Su sayğacına baxış zamanı, sayğacın elektron hissəsi ilə mexaniki hissəsi arasında 3280m³ su sərfiyyatı fərqi aşkar edildiyindən, həmin fərqin İddiaçı MMC-ə borc kimi yazılmasını bildirmişlər. Edilən ödənişlərin borca silinməsi səbəbilə uzun müddət heç bir ödəniş etmək mümkün olmamış və bu səbəbdən ağır pandemiya şəraitində istehsal fəaliyyəti çətinləşmişdir. Bunun nəticəsində də, Müəssisə ciddi ziyan görmüş və hüquqları kobud surətdə pozulmuşdur. Məsələ ilə bağlı xx xxxx 2020-ci il tarixdə Cavabdeh ASC-nin rəhbərliyinə müraciət ünvanlanaraq qeyd olunan qanunsuzluqların aradan qaldırılması xahiş edilsə də, həmin müraciət cavabsız qalmışdır. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarının 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçının hüququdur. Yalnız xx xxxx 2020-ci il tarixdə ASC-nin əməkdaşları müəssisəyə gələrək su sayğacına yenidən baxış keçirmiş və laborator yoxlamadan keçirilməsi üçün ayırmışlar. Laboratoriyanın xx xxxx 2020-ci il tarixlirəyinə əsasən sayğacın nasaz olması öz təsdiqini tapmışdır. Burdan da sual yaranır ki, xx.xx.2020-ci il tarixdə quraşdırılan sayğac əgər yararlı idisə, heç bir kənar təsir olmadan 20 gün sonra, yəni xx.xx.2020-ci ildə niyə yararsız rəyi almışdır. Bu da sayğacın əslində təmir olunmamasının, tərtib olunan hesab-faktura sənədinin tam qanunsuz və ədalətsiz olmasının başlıca sübutudur. xx.xx.2020-ci il tarixdə sayğac yenidən təmir olunaraq yararlılıq rəyi almış və xx.xx.2020-ci il tarixdə yenidən quraşdırılmışdır. Həmçinin, təqdim olunan ödəniş sənədlərindən də görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh ASC-yə 17959,32 manat əsas borc və 3232,68 manat ƏDV olmaqla, ümumilikdə 21192,00 manat pul ödənilmişdir. Aylar üzrə təhlil zamanı görürük ki, istehlakçının 1 ay üzrə istehlak etdiyi suyun dəyəri 1000-2000 manat olmaqla, ortalama 1500 manat təşkil etmişdir. Lakin nəyə görə sonuncu ay üzrə ödənişi 5559,32 manat olmuşdur? Bu fakt özü-özlüyündə xx.xx.2020-ci il tarixli hesab-faktura sənədinin tamamilə həqiqətdən uzaq və yalan olmasının başlıca sübutudur. Məhkəmə iclaslarında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ********* saylı xx.xx.2019-cu il tarixli və ********* saylı xx.xx.2020-ci il tarixli hesab-faktura sənədlərini ləğv edərək, İddiaçı MMC-dən borc şəklində tutulan 8739 manat məbləğində vəsaitin iddiaçının hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirirək, əsassız olduğu üçün İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pulun hesaba qaytarılması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, İddiaçınə məxsus sahibkarlıq obyektində Cavabdeh ASC tərəfindən təchiz edilən su və kanalizasiya xidmətlərindən istifadə olunur və bununla əlaqədar smartkart tipli su sayğacı quraşdırılaraq, sudan istifadə üçün ödənilən haqq hər kub metr üçün 2 manatdan hesablanır. 2019-cu ilin yay aylarında həmin obyektdə quraşdırılmış sayğacın elektron hissəsinin hesabat aparmaması aşkar edildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq müvafiq hesabat aparılaraq, həmin borc da qeyri-əhali qrupuna aid olan İstehlakçının ümumi sərfiyyatına daxil edilmişdir. Buna görə də, Cavabdeh ASC tərəfindən mübahisələndirilən xx xxxx 2020-ci il tarixli ********* saylı və xx xxxxxxxx 2019-cu il tarixli ********* saylı hesab-fakturalar tərtib edilərək istehlakçı İddiaçı MMC-yə təqdim olunmuşdur. Həmin hesab-fakturalar üzrə iddiaçıya həm sayğaca müdaxilə olunduğuna görə, həm də mexaniki hissənin qeydiyyata aldığı, lakin elektron hissəsinin hesaba almadığı sərfiyyata görə borc yazılıb. İstehlakçı İddiaçı MMC isə həmin hesab-fakturalarda göstərilən borcu tam olaraq Cavabdeh ASC-nin hesabına ödəmişdir. İddiaçı tərəfindən hal-hazırda mübahisələndirdiyi borcun ödənilməsi isə həmin borcun etirafıdır. Yəni, iddiaçı borcu qəbul edib və ödəniş edibdir. Smart tipli sayğacın elektron hissəsi sərfiyyatı hesablayır, mexaniki hissəsi isə suyun buraxılmasını hesablayır. Sayğacın elektron hissəsi işləməyəndə, mexaniki hissənin göstəricilərinə əsasən sərfiyyat hesablanır. Əgər sayğaca müdaxilə olarsa, elektron hissə işləməsə belə, sudan istifadə etmək mümkündür və bu zaman elektron və mexaniki hissə arasındakı fərqi hesablamaq mümkündür. Müdaxilə olunmazsa, klapan avtomatik olaraq bağlanır. Lakin, sayğaca müdaxilə olunduqda, klapan suyu dayandırmır və elektron qaydada suyun hesabatı isə aparılmır. Sayğacın labarotoriyaya aparılma səbəbi sayğacın elektron və mexaniki hissəsi arasındakı fərq olub. Buna görə də, Cavabdeh ASC tərəfindən haqlı olaraq əlavə sərfiyyata görə hesablama aparılıb. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, iddiaçı (istehlakçı) İddiaçınə (VÖEN **********) məxsus Abşeron rayonu ərazisində yerləşən qeyri-yaşayış sahəsinin su təchizatı cavabdeh (təchizatçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış Müqavilə əsasında “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələbləri nəzərə alınmaqla həyata keçirilir. Təchizatçı Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, xx xxxx 2020-ci il tarixli, xx xxxx 2020-ci il tarixli və xx xxxx 2020-ci il tarixli “Smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi haqqında” Aktlarla istehlakçı İddiaçı MMC-yə məxsus sahibkarlıq obyektində quraşdırılmış smartkart tipli su sayğacı qüsurlu hesabat aparması (sayğacın elektron hissəsi ilə mexaniki hissə arasında fərq olduğu üçün) ilə əlaqədar xətdən çıxarılaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Nəzarət-Ölçü Cihazları İdarəsinin Suölçən X1 yoxlamadan keçirilərək müvafiq rəylər alınmışdır. Su sərfiyyatı ilə əlaqədar təchizatçı Cavabdeh ASC tərəfindən təqdim olunmuş 19iyun 2020-ci il tarixli ********* nömrəli Hesab- Fakturaya əsasən 5559,32 manat məbləğində su təchizatı və 1000,68 manat ƏDV olmaqla, cəmi 6560 (altı min beş yüz altmış) manat məbləğində, xx xxxxxxxx 2019-cu il tarixli ********* nömrəli Hesab-Fakturaya əsasən isə 1846,61 manat məbləğində su təchizatı və 332,39 manat ƏDV olmaqla, cəmi 2179 (iki min yüz yetmiş doqquz) manat məbləğində hesablanmış borcun ödənilməsi istehlakçı İddiaçındən tələb edilmiş və sonuncu tərəfindən həmin borc məbləğləri Cavabdeh ASC-nin hesabına ödənmişdir. “Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 4cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 59-cu maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM-in hüququ var ki, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etsin. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən, suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, məhkəmə araşdırması zamanı “ Cavabdeh ASC-nin ********* saylı xx.xx.2019-cu il tarixli və ********* saylı xx.xx.2020-ci il tarixli hesab-faktura sənədlərini ləğv edərək, İddiaçı MMC-dən borc şəklində tutulan 8739 manat məbləğində vəsaitin iddiaçının hesabına qaytarılması” barədə iddia tələbinin əsaslılığı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pulun hesaba qaytarılması” barədə iddia tələbi, yəni “Cavabdeh ASC-nin ********* saylı xx.xx.2019-cu il tarixli və ********* saylı xx.xx.2020-ci il tarixli hesab-faktura sənədlərini ləğv edərək, İddiaçı MMC-dən borc şəklində tutulan 8739 manat məbləğində vəsaitin iddiaçının hesabına qaytarılması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pulun hesaba qaytarılması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-503/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-503/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver