Məhkəmə qərarları › İş №e-2-2(119)-505/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-505/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-505/2024 21.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 Vaqif qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 05 mart 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 03 yanvar 2019-cu il tarixli akta əsasən hesablanmış 2203,2 manat məbləğində borcun kafenin **********01080 nömrəli abunə hesabından silinməsi və 42,6 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı icarə əsasında işlətdiyi Sumqayıt şəhərinin Seymur həyət evləri ərazisində yerləşən kafedə onun adına qaz sayğacı quraşdırılmış və müqavilə əsasında istifadə olunan qazın pulu ödənilmişdir. Hal-hazırda həmin kafeni işlətməsə də, kafeni təhvil verdikdən xeyli müddət sonra 03 yanvar 2019-cu il tarixdə kafeyə 2203,2 manat cərimə yazılması barədə ona məlumat verilmişdir. Cərimənin yazılma səbəbini soruşduqda, Sumqayıt Qaz İstismar Sahəsi ona cərimənin sayğacdan kənar əlavə xətdən istifadə nəticəsində yazıldığın bildirmişlər. Bildirir ki, sayğac kafedən kənar ərazidə yerləşmişdir. Cavabdehin nümayəndələrinin istədikləri vaxt sayğaca baxmaq imkanları olmuşdur. Sayğacdan kənar istifadə halı olsaydı, bu barədə iddiaçıya vaxtında məlumat verərdilər. Yazılmış cərimə qanunsuzdur və iddiaçı həmin cərimə ilə razı deyil. Qeyd edildiyi kimi kafedə qaz ancaq sayğacla işlədilmiş və pulu tam ödənilmişdir. Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən kafeyə 03 yanvar 2019-cu il tarixdə 2203,2 manat qanunsuz cərimə yazılmışdır. Qanunsuz yazılmış cərimənin silinməsi üçün dəfələrlə Qaz İstismar Sahəsinə müraciət olunsa da, heç bir nəticəsi olmamışdır. Əsassız yazılmış 2203,2 manat borcun silinməsi üçün 21 fevral 2024-cü ildə elektron pretenziya məktubu ilə cavabdehə müraciət edilmiş və 3 gün ərzində borcun silinməsi təklif olunmuşdur. Lakin, pretenziya göndərilməsindən xeyli müddət keçsə də, cavabdeh heç bir münasibət bildirməmişdir. Cavabdeh kafeyə əsassız borc yazmaqla bir istehlakçı kimi iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də, iddiaçı cavabdehin qanunsuz hərəkətlərindən müdafiə olunmaq, pozulmuş istehlakçı hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş abonentin saldosu adlanan sənədə baxış keçirdikdə iddia tələbinin tam haqlı olması, mübahisə edilən borcun əsassız yazılması öz təsdiqini tapır. Cavabdehin nümayəndələri yazılmış borcun sayğacdan kənar əlavə xəttdən istifadə nəticəsində yazıldığını bildirsələr də, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində yoxlama keçirilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Çünki, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində aparılan yoxlamalar X2 Reyestrində qeydiyyata alınmamış və yoxlamanın keçirilməsi ilə əlaqədar iddiaçıya heç bir bildiriş verilməmişdir. Həmin iddia ərizəsi üzrə başlanmış məhkəmə prosesi zamanı Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinə qarşı yazılı Etirazlar təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin əsassız olduğunu və iddia müddətinin keçməsini nəzərə alaraq, iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin Etirazlar onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Seymur həyət evləri, ev 2, mənzil 108 ünvanında yaşayan İddiaçı istifadəsində olmuş (abunə kodu **********01080) sayğaca əməkdaşlar tərəfindən baxış keçirilmiş və yerində ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 03 yanvar 2019-cu il tarixli akt tərtib edilmiş və aktda “Sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkarlandı” (rezin boru) qeyd olunmuşdur. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və 03 yanvar 2019-cu il tarixli ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 22032 m3 - 2203,2 (iki min iki yüz üç manat 20 qəpik) manat hesablanmışdır. Abonent sayğaca müdaxilə etməklə, qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə qaz itkisinə yol verilmiş, dövlət əmlakı talanmışdır. Bu faktla bağlı iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin, hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı X1 iddia ərizəsində qeyd etdiyi (**********01080) abunə kodunda hal-hazırda heç bir borc yoxdur. Əgər o, həmin borcu ödəmədiyini və silinməsini tələb edirsə, bir məsələni də nəzərdən qaçırmışdır: iddia müddəti keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 03 yanvar 2019-cu ildə sayğacdan kənar qeyriqanuni qoşulmaya görə yazılmış borcun silinməsini xahiş etmək, qanun pozuntusudur və əbəs yerə məhkəmənin iş yükünü artırmaqdır. Məhkəmə iclaslarında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddia tələbinin təmin edilərək, 03 yanvar 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 2203,2 manat borcun iddiaçının icarəsində olmuş kafenin **********01080 nömrəli abunə hesabından silinməsi və hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 42,6 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pulun əvəzinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, **********01080 nömrəli abunə kodu kafe kimi istifadə olunan obyekti icarəyə götürmüş hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı adına qeydiyyata alınaraq, həmin kafe müvafiq qaydada quraşdırılmış smart tipli sayğac əsasında təbii qazla təmin olunmuşdur. İddiaçı 2023-cü ilin fevral ayında həmin kafeni sahibinə təhvil vermiş və bundan sonra kafeni başqa şəxs icarəyə götürərək işlətməyə başlamışdır. Lakin, kafeni təhvil verdikdən bir müddət sonra kafe sahibi tərəfindən iddiaçıya onun işlətdiyi dövrdən qaz istifadəsi ilə əlaqədar yazılmış cərimənin olması barədə məlumat verilmişdir. Bundan sonra iddiaçı Cavabdehnə müraciət edib, araşdırma apardıqda məlum olmuşdur ki, iddiaçının məlumatı və xəbəri olmadan Cavabdeh işçiləri tərəfindən 03 yanvar 2019-cu ildə yoxlama aparılıb, Akt tərtib edilmiş və həmin Akt əsasında da iddiaçının adına olan **********01080 nömrəli abunə koduna 2203,2 manat məbləğində borc hesablanmışdır. Lakin, həmin yoxlama zamanı və məlum akt tərtib edilərkən iddiaçı iştirak etməmiş, iddiaçıya bu barədə məlumat verilməmiş, aktın surəti iddiaçıya verilməmiş və eyni zamanda, həmin yoxlamanın keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq “X2 Reyestri”ndə qeydiyyata alınmamışdır. Bundan əlavə, araşdırma zamanı məlum olmuşdur ki, 03 yanvar 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı həmin vaxt istifadəsində olmuş Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə, yəni kafeyə aid iddiaçının adına olan **********01080 nömrəli abonent koduna 2203,2 manat borc hesablanaraq, həmin hesaba daxil edilsə də, heç bir ödəniş edilmədiyi halda 2022-ci ilin oktyabr ayında proqram dəyişikliyi ilə əlaqədar həmin abonent kodundan məlum borc silinərək, eyni kafeyə aid və yenə də iddiaçının adına olan **********0108001 nömrəli abonent koduna daxil edilmişdir. Yəni, Cavabdehndə proqram dəyişikliyi zamanı iddiaçının adına açılmış **********01080 nömrəli abonent kodunda olan 2203,2 manat borc məbləği yenə də məlum kafeyə aid iddiaçının adına olan **********0108001 nömrəli abonent koduna köçürülərək, hal-hazırda da həmin abonent hesabında borc kimi göstərilir. Lakin, iddiaçının bu dəyişiklikdən və köçürmədən də xəbəri olmamışdır. Bununla belə, yuxarıda qeyd olunan və həm sonu 080 ilə bitən, həm də 01 ilə bitən kodlar eyni kafeyə, yəni 03 yanvar 2019-cu il tarixli Aktın tərtib edildiyi kafeyə aid olmuş və mübahisələndirilən 2203,2 manat məbləğində borc proqramdan proqrama keçəndə kod dəyişilməsi baş vermişdir. Eyni zamanda, cavabdeh tərəfin iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi barədə vəsatəti də tamamilə əsassızdır. Çünki, iddiaçı mübahisələndirilən aktdan və həmin akt üzrə hesablanan borcdan yalnız 2024-cü ilin əvvəllərində xəbər tutmuş və həmin vaxtdan da bu mübahisə ilə əlaqədar müraciətlərə başlamışdır. Ona görə də, iddiaçı bu mübahisə üzrə iddia müddətini ötürməmişdir. Məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”larda göstərilənlərə uyğun izahat verərək, əsassız olduğuna və eyni zamanda, iddia tələbi üzrə iddia müddəti ötürüldüyünə görə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdı ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan və kafe işlədən İddiaçı barəsində Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 03 yanvar 2019-cu il tarixli ******* nömrəli Aktda qeyd olunan nöqsanlar həqiqətən də mövcud olmuş və həmin Akt düzgün tərtib edilmişdir. Həmin Akt əsasında borc isə mövcud Qazdan istifadə Qaydalarına uyğun olaraq hesablanaraq, iddiaçıya məxsus **********01080 nömrəli abunə koduna ödənilməli borc kimi daxil edilmişdir. Lakin, həmin Aktın tərtib edilməsi ilə nəticələnmiş yoxlamanın “X2 Reyestri”ndə qeydiyyata alınmasına zərurət olmamışdır. Çünki, nəzarətçi ayda bir dəfə sayğaca baxış keçirir və bu yoxlama üçün Dövlət Reyestrindən qeydiyyatdan keçməyə ehtiyac olmur. Bundan əlavə, mübahisələndirilən aktın tərtib edilməsindən 3 ildən artıq müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğundan, bu iddia tələbi üzrə iddiaçı iddia müddətini də ötürmüşdür. İddiaçının borcdan xəbəri olmaması isə - iddia müddətinin keçməsinə mane deyil. Həmçinin, mübahisələndirilən Aktda yazılan cərimə məbləği 6 aylıq müddətə hesablanmışdır. Həm 2019-cu ildə, həm də 2023-cü ildə obyektdə quraşdırılmış sayğac smart tipli olmuşdur. Aktın məzmununda səhvən tarix “03 yanvar 2018-ci il” kimi yazılsa da, əslində həmin akt 03 yanvar 2019-cu ildə tərtib olunmuşdur. Cavabdeh İB-də mexaniki və smart tipli sayğacların göstəricilərini qeyd etmək üçün iki ayrı sistem var. Eyni zamanda, hal-hazırda iddia ərizəsində qeyd olunan **********01080 nömrəli kodda borc yoxdur. Həmin borc iddiaçının adına qeydiyyata alınmış və sonu 01 olan koda, yəni **********0108001 nömrəli abonent koduna keçirilmişdir. Lakin, bu iddia ərizəsində iddiaçı tərəfindən sonu 01 olan kodda, yəni **********0108001 nömrəli abonent kodunda olan borcun silinməsi deyil, sonu 080 olan kodda, yəni **********01080 nömrəli kodda olan borcun silinməsi xahiş olunur. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə Müqaviləyə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı istifadəsində olmuş Sumqayıt şəhərində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********01080 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh əməkdaşları (aktda Cavabdeh İB-nin mühəndisləri kimi qeyd olunan Quliyev Zeynal, Səfiyarov Rövşən və Qəhrəmanov Sarvan) tərəfindən 03 yanvar 2019-cu il tarixində tərtib olunmuş və “İstehlakçı: İddiaçı”, “ünvan: ünvan 1 **********01080” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktdan görünür ki, 03 yanvar 2019-cu ildə saat 1550-də abonent kodu **********01080 olan sahibkarlıq obyektində Cavabdeh əməkdaşları tərəfindən təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “sayğacdan kənar əlavə xətt (rezin boru) aşkar edildi (kafe kimi fəaliyyət göstərir)” və “dəymiş ziyan hesablansın” ifadələri qeyd olunmuşdur. Lakin, həmin Akt istehlakçı İddiaçı tərəfindən imzalanmamışdır və onun adının qarşısında “imtina etdi” qeydi yazılmışdır (Aktda məlum yoxlamanın X2 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh “İtirilmiş təbii qazın dəyərinin hesablanması” Komissiyası tərəfindən tərtib və təsdiq edilmiş 29 yanvar 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə - “istehlakçı: İddiaçı”, “fəaliyyət növü: kafe”, “ünvan: Sumqayıt şəhəri, Seymur həyət evləri, ev 2, mənzil 108”, “abonent kodu: **********01080” qeyd edilməklə göstərilir ki, sayğacın Qazdan istifadə Qaydalarının tələblərinə zidd olaraq “sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur” qüsuruna görə - Qaz işlədicilərindən PG-4-ün maksimal saatlıq qaz sərfi - 1,2 m3/saat, orta günlük iş rejimi - 12 saat və hesabat müddəti - 180 gün; QSQ-nin maksimal saatlıq qaz sərfi - 1,5 m3/saat, orta günlük iş rejimi - 12 saat və hesabat müddəti - 180 gün; Dəmir sobanın maksimal saatlıq qaz sərfi – 1,4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün; Radiatorun maksimal saatlıq qaz sərfi - 0,8 m3/saat, orta günlük iş rejimi - 18 saat və hesabat müddəti - 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 22032 m3 həcmində müəyyən edilmişdir (əsas: - 03 yanvar 2019-cu il tarixli ******* nömrəli Akt). İş materiallarında olan, “kafe” kimi fəaliyyət göstərən sahibkarlıq obyektinin təbii qazla təmin olunması ilə əlaqədar istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********01080) ilə müəyyən olunur ki, Cavabdeh işçiləri tərəfindən tərtib edilmiş 03 yanvar 2019-cu il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı istifadəsində olmuş Sumqayıt şəhərində yerləşən sahibkarlıq obyektinin hesabına iddia tələbində qeyd olunan “birdəfəlik cəmi 2203,2 (iki min iki yüz üç manat 20 qəpik) manat məbləğində borc hesablanaraq, 2019-cu ilin yanvar ayında Abonent Saldosuna daxil edilmişdir. İş materialları ilə müəyyən olunur ki, istehlakçı İddiaçı istifadəsində olmuş qeyriyaşayış sahəsinə (kafeyə) aid Abunə haqqında Məlumatda (abonent kodu: - **********01080) olan göstəricilərə əsasən 2010-cu ildən 2022-ci ilin oktyabr ayınadək hesablanan qaz sərfiyyatları üzrə sayğacda qaz sərfləri qeydə alınaraq hesablanma aparılmış və qeydə alınmış sərfiyyatlara uyğun ödənişlər edilmişdir. Lakin, 22 aprel 2024cü il tarixdə çap olunmuş Abunə haqqında Məlumatdan (abonent kodu: - **********01080) görünür ki, istehlakçı İddiaçı istifadəsində olmuş Sumqayıt şəhərində yerləşən sahibkarlıq obyektinə hesablanmış 2203,2 (iki min iki yüz üç manat 20 qəpik) manat məbləğində borc 2022-ci ilin oktyabr ayında proqram təminatı vasitəsilə istehlakçı İddiaçı adına olan **********0108001 nömrəli abonent koduna daxil edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, istehlakçı İddiaçı istifadəsində olmuş Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********01080) Cavabdeh işçiləri tərəfindən yoxlama aparılıb, nöqsan olaraq "sayğacdan kənar əlavə xətt (rezin boru) aşkar edildi” qüsuru qeyd edilməklə, 03 yanvar 2019-cu il tarixli ******* nömrəli Akt tərtib edilmiş və həmin Akt əsasında tərtib edilən 29 yanvar 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə isə həmin nöqsana görə iddiaçının istifadəsində olmuş sahibkarlıq obyektində itirilmiş qazın bərpası üçün hesabat aparılıb, həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 22032 m3 həcmində müəyyən edilərək, 2203,2 (iki min iki yüz üç manat 20 qəpik) manat məbləğində birdəfəlik borc hesablanaraq 2019-cu ilin yanvar ayında **********01080 nömrəli abonent koduna daxil edilmişdir. Lakin, həmin borc ödənilməyərək, 2022-ci ilin oktyabr ayınadək **********01080 nömrəli abonent kodunda ödənilməmiş borc kimi qalsa da, 2022-ci ilin oktyabr ayından sonra proqram dəyişikliyi ilə əlaqədar həmin koddan silinib İddiaçı adına olan **********0108001 nömrəli abonent koduna daxil edilmişdir. İstehlakçı (iddiaçı) İddiaçı isə paylayıcı (cavabdeh) Cavabdeh 03 yanvar 2019-cu il tarixli ******* nömrəli Aktı əsasında hesablanmış həmin borc məbləği ilə razılaşmayaraq, 2203,2 (iki min iki yüz üç manat 20 qəpik) manat borcun silinməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, həmin mübahisə ilə əlaqədar Cavabdehnə müvafiq qaydada xəbərdarlıq olunmuş və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən İddiaçı tərəfindən Dövlət Büdcəsinə 42,6 (qırx iki manat 60 qəpik) manat məbləğində dövlət rüsumu, eləcə də hazırkı iddia tələbi ilə əlaqədar hüquqi yardım göstərilməsi ilə əlaqədar nümayəndəyə 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X2 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X2 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X2 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı istifadəsində olmuş Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu: - **********01080 ((**********0108001)) təbii qazla təmin olunması ilə əlaqədar “paylayıcı” Cavabdeh əməkdaşları tərəfindən 03 yanvar 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın yazılması ilə nəticələnmiş baxış (yoxlama) - Sahibkarlıq sahəsində X2 Reyestrində qeydiyyata alınmamışdır. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X2 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 03 yanvar 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı istifadəsində olmuş Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə - kafeyə (abonent kodu: - **********01080 ((**********0108001)) itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq 2203,2 (iki min iki yüz üç manat 20 qəpik) manat məbləğində əlavə borcun hesablanmasının əsaslılığı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu iddia tələbinə qarşı yazılı Etirazında qeyd olunmuş “iddia müddətinin tətbiq edilməsi” barədə vəsatəti ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmçinin, məhkəmə qeyd etməyi lazım bilir ki, bu mübahisə üzrə iddia tələbinə cavabdeh tərəfin yazılı Etirazına əlavə edilərək məhkəməyə təqdim olunmuş 24 aprel 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt və həmin Akt əsasında əlavə sərfiyyat olaraq hesablanmış borc - İddiaçı Cavabdehnə qarşı vermiş olduğu “borcun silinməsi” tələbi barədə hazırkı iddia ərizəsində mübahisələndirilmədiyinə və bu iş üzrə mübahisə predmeti olmadığına görə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri baxımından 24 aprel 2024-cü il tarixli ******* nömrəli Aktın və həmin Akt əsasında hesablanmış borcun məhkəmə araşdırması zamanı tədqiq edilərək qiymətləndirilməsinə zərurət olmamışdır. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu: - **********01080 ((**********0108001)) təbii qazla təmin olunması ilə əlaqədar “paylayıcı” Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 03 yanvar 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı 22032 m3 həcmində müəyyən edilərək, iddia tələbində qeyd olunan 2203,2 (iki min iki yüz üç manat 20 qəpik) manat məbləğində birdəfəlik borc hesablanmışdır. İstehlakçı (iddiaçı) İddiaçı qazpaylayıcısı (cavabdeh) Cavabdeh 03 yanvar 2019-cu il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq hesablanmış “2203,2 manat məbləğində borcun silinməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, 03 yanvar 2019-cu il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 2203,2 manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 03 yanvar 2019-cu ildə istehlakçı İddiaçı istifadəsində olmuş sahibkarlıq obyektində (abonent kodu: - **********01080 ((**********0108001)) quraşdırılmış qaz sayğacına və sayğacdan sonra sahibkarlıq obyektində quraşdırılmış və obyektin daxilində yerləşən qaz avadanlıqlarına keçirilən baxış, yəni yoxlama tədbirləri - X2 Reyestrində qeydə alınmadan, aparılaraq aktlaşdırılmışdır. Odur ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədbirinin “X2 Reyestri”ndə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından 03 yanvar 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olmuş Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (kafeyə) (abonent kodu: - **********01080 ((**********0108001)) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 2203,2 manat məbləğində borcun silinməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Eləcə də, hazırkı iddia tələbində cavabdehdən “42,6 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi” xahiş olunsa da, işin konkret halları ilə müəyyən olunur ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq hesablanan 42,03 (qırx iki manat 03 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Bundan əlavə, hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 300 (üç yüz) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və 03 yanvar 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olmuş Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (kafeyə) (abonent kodu: - **********01080 ((**********0108001)) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 2203,2 manat məbləğində borc silinməli və Cavabdehndən hüquqi yardımla əlaqədar ödənilmiş 300 manat məbləğində xidmət haqqı və 42,03 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 yanvar 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olmuş Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (kafeyə) (abonent kodu: - **********01080 ((**********0108001)) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 2203,2 (iki min iki yüz üç manat 20 qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 42,03 (qırx iki manat 03 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar