Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-546/2020 26.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu - İddiaçı Firmasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin qanunsuz hesab edilməsi, qanunsuz hesablanmış borcun silinməsi və digər tələblərə dair iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Firması Cavabdeh ASC-yə qarşı müqavilənin qanunsuz hesab edilməsi, qanunsuz hesablanmış borcun silinməsi və digər tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə eyni məzmunlu iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasına dair sübut məhkəməyə təqdim edilmədiyinə və cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sübut iddia ərizəsinə əlavə olunmadığına görə məhkəmənin xx xxxx 2020-ci il tarixli, xx xxxx 2020-ci il tarixli, qərardadları ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Həmin qərardadlarda iddiaçıya izah olunmuşdur ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı Firması həmin qərardadlarda göstərilən nöqsanları tam aradan qaldırmadan yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Lakin, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı məhkəmənin əvvəlki qərardadlarında göstərilən nöqsanın birini aradan qaldıraraq iddia ərizəsinə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə etsə də, cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Həmin Məcəllənin 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Onu da qeyd etmək lazımdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələb dəqiq və aydın ifadə olunmamışdır. Beləliklə, İddiaçı Firmasının məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasına dair sübut məhkəməyə təqdim edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası MPMnin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cümaddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- ProsessualMəcəlləsinin 151-152, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Firmasının Cavabdeh ASC-yə qarşı müqavilənin qanunsuz hesab edilməsi, qanunsuz hesablanmış borcun silinməsi və digər tələblərə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-546/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-546/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver