Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-55/2020 04.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X4, Cavabdeh nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya məxsus “Sumqayıt-Novxanı” yolunun sol kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzinə tərtib olunmuş xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli akt əsasında əsassız olaraq hesablanmış 1166,40 (min yüz altmış altı manat 40 qəpik) manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur (VÖEN **********) və “Sumqayıt-Novxanı” yolunun sol kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzi ona məxsusdur. 2016-cı ildən Cavabdeh ilə həmin obyektin qazlaşdırılmasına dair qaz alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilə imzalanarkən cavabdeh təşkilatın nümayəndələri tərəfindən obyektə baxış keçirimiş və işlədicilərin sayı, vəziyyəti və s. hallar nəzərə alınmışdır. Həmin obyektə quraşdırılmış sayğac smart kartla yüklənir və bu vaxta kimi ödəmələrdə heç bir problem olmamışdır. Lakin, Cavabdeh nümayəndələri “Neptun” ailəvi istirahət mərkəzinə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxxx 2018-ci il tarixli ******* saylı akt tərtib etmişlər. Həmin Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən obyektin ərazisinə baxış keçirilən zaman qaz xəttinin üzərində sayğacdan sonra quraşdırılmış sorucu qurğu (nasos) aşkarlanmış və həmin akt əsasında da iddiaçıya 1166,40 manat cərimə hesablnamışdır. Həmin cərimənin heç bir hüququ əsası yoxdur və Aktın hansı məqsədlə yazıldığı bəlli deyil. Çünki, həmin obyektdə əlavə qaz xətti aşkar edilməyib və obyektdə haqqı ödənilən qazdan səmərəli istifadə edilir. Bu illər ərzində ödənilən məbləğlər də bu faktı təsdiq edir. Ona görə də, bu aktın heç bir hüququ əsası yoxdur və həmin aktın yazılması iddiaçının sahibkarlıq fəaliyyətinə müdaxilə etməkdən başqa bir şey deyil. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamanin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd olunan Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlaycı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim edir. Hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh yoxlamaların aparılması üçün nəzərdə tutulan qanunvericiliyin tələblərinə əməl etməmiş və cavabdeh tərəfindən aparılan yoxlama “yoxlamaların vahid məlumat” reyerstrində qeydə alınmamışdır. Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, həmin yoxlamanın hüquqi nəticələri də qanunsuz hesab edilməli və cavabdeh tərəfindən iddiaçıya hesablanmış əsassız 1166,40 manat məbləğində cərimə borcu silinməlidir. Cavabdeh tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” (yazılı) təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, fərdi sahibkar olan İddiaçı məxsus “Sumqayıt-Novxanı” yolunun sol kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzinə Cavabdeh əməkdaşları tərəfindən yerində xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin Aktda nöqsan kimi “qaz xəttinin üzərində quraşdırılmış sayğacdan sonra sorucu qurğu (nasos) aşkarlandığı“ qeyd olunmuşdu. Həmin Akt əsasında dövlətə vurulan ziyan müəyyən edilmiş və xx xxxxxxxx 2018-ci il tarixli qərarla qaz işlədicilərindən QSPQ(5)-nin maksimal saatlıq qaz sərfi 4,8 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün, kürənin (4 girişli) maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 16 saat, hesabat müddəti 30 gün və kombinin maksimal saatlıq qaz sərfi 3,4 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün qəbul edilməklə - itirilmiş qazın bərpası üçün 5832 m3 x 0,20 manat = 1166,40 (min yüz altmış altı manat 40 qəpik) manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilərək, vurulmuş zərərin ödənilməsi tələb olunmuşdur. Lakin, iddiaçı həmin zərəri ödəməmişdir. Odur ki, iddiaçının iddia tələbi əsassız hesab edilərək, rədd olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzinə hesablanmış 1166,40 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 cavab olaraq bildirdi ki, verilən qazın təzyiqi az olduğuna görə “Neptun” ailəvi istirahət mərkəzində sorucu nasos sayğacdan sonra quraşdırılmış və sayğac verilən qazın hesabatını düzgün aparmışdır. Həmin obyektdə qaz sayğacı “smart kart” tipli olmuş və “smart karta” yüklənən qaz əsasında obyektdə qazdan istifadə edilmişdir. Sorucu nasos Cavabdeh tərəfindən zəif təzyiqli qaz verildiyi üçün qoyulmuş və həmin qurğu sayğacın hesabat aparmasına mane olmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X10 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş etirazda yazılanlara uyğun izahat verərək göstərdi ki, Cavabdeh əməkdaşları tərəfindən xx xxxxxxxx 2018-ci ildə İddiaçı məxsus “Neptun” ailəvi istirahət mərkəzində baxış keçirilmiş və baxış zamanı sayğacdan sonra sorucu nasos olduğu aşkar edilmişdir. Həmin nasosa görə sayğac qazın hesablanmasını düzgün təşkil edə bilmir və nəticədə sərfiyyat düzgün hesablanmır. Bu isə istifadə olunan qazın sərfiyyatının düzgün hesablanmamasına səbəb olur. Buna görə də, dövlət tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılan hesablama üzrə həmin obyektdə quraşdırılmış qaz cihazlarının 30 günlük qaz sərfiyyatı ilə bağlı hesabatı aparılmış və 1166,40 manat məbləğində itirilmiş qazın bərpası üzrə pul hesablanmışdır. Lakin, bu günədək həmin pul ödənilməmişdir. Buna görə də, əsassız olduğu üçün iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 cavab olaraq bildirdi ki, həmin obyektdə hər hansı yoxlama keçirilməmişdir və sayğaca baxış üçün reyestrdə qeydiyyata ehtiyac yoxdur. Çünki, 3 aydan bir sayğaca vizual baxış keçirilir. 1166,40 manat məbləğində borc Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalar əsasında hesablanmışdır. Baxış zamanı aşkar edilmiş sorucu nasos layihədə nəzərdə tutulmamışdır. Əgər quraşdırılmış sayğac istehlakçını qane etmirsə, istehlakçının özü sayğacın dəyişdirilməsi üçün Cavabdehnə müraciət etməlidir. Sorucu nasos olduğu halda sayğacdan keçən qazın təyziqi nəzərdə tutulan həddən yüksək olur və buna görə də obyektdə quraşdırılmış G-16 sayğacı sərfiyyatı düzgün hesablaya bilmir. Lakin, Aktda nasosun gücü göstərilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə yazılı etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Sumqayıt-Novxanı” yolunun sol kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) məxsusdur. “Paylayıcı” Cavabdeh ilə bağlanmış xx xxx 2016-cı il tarixli ***-**-** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən İddiaçı məxsusqeyri-yaşayış sahəsi olan “Sumqayıt-Novxanı” yolunun sol kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00080 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada G-16 RVG EK- 220 markalı “smart-kart” tipli sayğac quraşdırılmışdır (Sayğacın quraşdırılma tarixi: xx xxx 2016-cı il). Həmin Müqavilədə istehlakçının iki ədəd PQ-3, bir ədəd kürə və iki ədəd kombi cihazlarından istifadə etdiyi qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktdan görünür ki, xx xxxxxxxx 2018-ci ildə saat 1415-də istehlakçı İddiaçı məxsus “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzində (abonent kodu: **********00080) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılan zaman “qaz xəttinin üzərində quraşdırılmış sayğacdan sonra sorucu qurğu (nasos)” aşkar olunmuşdur (həmin Akt istehlakçı və yaxud onun nümayəndəsi tərəfindən imzalanmayaraq, “imtina etdi” qeydi aparılmışdır). Lakin, həmin sorucu qurğunun (nasosun) markası, modeli, gücü və s. əlamətləri barədə Aktda heç bir qeyd aparılmamışdır. İş materiallarında olan Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması Komissiyası tərəfindən tərtib və təsdiq edilmiş “Dəymiş ziyanın bərpasına dair” xx xxxxxxxx 2018-ci il tarixli Hesabatdan görünür ki, xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli aktda göstərilən “Sayğacdan sonra sovurucu qurğu aşkar edildi” qüsuruna görə “Qaz işlədicilərindən QSPQ(5)-nin maksimal saatlıq qaz sərfi 4,8 m3/ saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün; Kürənin (4 girişli) maksimal saatlıq qaz sərfi 6 m3/ saat, orta günlük iş rejimi 16 saat və hesabat müddəti 30 gün; Kombinin maksimal saatlıq qaz sərfi 3,4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün qəbul edilməklə - itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın cəmi miqdarı 5832m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş abonent kodu **********00080 olan Abonentin Saldosu ilə müəyyən olunur ki, xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus “Neptun” ailəvi istirahət mərkəzinin hesabına 2018-ci ilin sentyabr ayında birdəfəlik 1166,40 (min yüz altmış altı manat 40 qəpik) manat məbləğində borc hesablanmışdır. X5 məlumatlarla müəyyən olunur ki, 2017- 2018-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər aparılmış və istifadə olunan təbii qazın həcmi (qaz sərfiyyatı) mövsümdən asılı olaraq qış aylarında təxminən “5000-6000 m3” həddində, yay aylarında isə təxminən “3000-4000 m3” həddində olmuşdur. Qeyd olunan sərfiyyatlar aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Yuxarıda təsvir olunanlardan görünür ki, istehlakçı İddiaçı məxsus “Neptun” ailəvi istirahət mərkəzinin təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış sayğacdan sonra “sorucu qurğu (nasos) aşkar olunmuşdur” nöqsanına görə paylayıcı Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı “5832 m3” həcmində müəyyən edilərək, birdəfəlik 1166,40 (min yüz altmış altı manat 40 qəpik) manat məbləğində borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı iddiaçı tərəf xx xxxxxxxx 2018-ci il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda qeyd olunan halı, yəni istehlakçı İddiaçı məxsus “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzində “qaz xəttinin üzərində quraşdırılmış sayğacdan sonra sorucu qurğunun (nasosun)” aşkar olunması faktını mübahisələndirməsə də, həmin sorucu qurğunun quraşdırılması nəticəsində həmin obyektdə sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulan G-16 RVG EK-220 tipli sayğacın istifadə olunan təbii qazın sərfiyyatını düzgün hesablamaması mötəbər subutlar əsasında müəyyən olunmamışdır. Yəni, iddiaçıya məxsus “obyekt”də aşkar olunmuş məlum sorucu qurğunun sayğacın qaz sərfiyyatı üzrə hesabatına necə təsir etməsini və həmin sorucu qurğunun quraşdırılması nəticəsində sayğacın düzgün qeydiyyat və hesabat aparmamasını təsdiq edən sübutlar Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, məhkəmə araşdırması zamanı hazırkı mübahisə üzrə sayğacdan sonra quraşdırılmış sorucu qurğunun sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulan G-16 RVG EK-220 markalı sayğacın hesabat aparmasına hansı qaydada və ölçüdə təsir etməsi halı müəyyən edilməli idi. Lakin, bu hal, eləcə də aşkar olunmuş sorucu qurğunun gücü və onun sayğacın hesabat aparmasına təsir imkanları məlum Aktda və həmin Akt üzrə hesabatın aparılması zamanı da müəyyən edilməmişdir. Əksinə, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosunda (abonent kodu **********00080) olan məlumatlarla müəyyən edilir ki, 2017- 2018-ci illərdə hər ay üzrə müvafiq məbləğlərdə ödənişlər aparılaraq, təbii qazdan istifadə edilmişdir. Yəni, Abonentin Saldosunda olan məlumatlarla məlum obyektdə quraşdırılmış sayğac tərəfindən təbii qazın sərfiyyatının hesabatının aparılması təsdiq edilsə də, Cavabdeh tərəfindən həmin hesabatın düzgün olmaması və hesabat zamanı qaz itkisinə yol verilməsi xüsusatları sübut edilməmişdir. Bununla da, xx xxxxxxxx 2018-ci il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt üzrə Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması Komissyası tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” xx xxxxxxxx 2018-ci il tarixli Hesabatda itirilmiş qazın miqdarının 5832 m3 həcmində müəyyən edilməsinin əsaslılığı təsdiq olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür. Bununla da, həmin Akt əsasında 2018-ci ilin sentyabr ayında “5832 m3” həcmində 30 günlük əlavə qaz sərfiyyatının müəyyən edilməsi və buna müvafiq olaraq birdəfəlik 1166,40 (min yüz altmış altı manat 40 qəpik) manat məbləğində borcun hesablanması mötəbər sübutlarla təsdiq olunmur. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, məhkəmə araşdırması zamanı xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzinə (abonent kodu: **********00080) 1166,40 (min yüz altmış altı manat 40 qəpik) manat məbləğində borcun hesablanmasının əsaslılığı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzinə (abonent kodu: **********00080) hesablanmış 1166,40 (min yüz altmış altı manat 40 qəpik) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus “Sumqayıt- Novxanı” yolunun kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzinə (abonent kodu: **********00080) hesablanmış 1166,40 (min yüz altmış altı manat 40 qəpik) manat məbləğində borc silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-55/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-55/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver