Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-57/2020 22.01.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X1 İsmayıl qızının katibliyi ilə İddiaçı İB-nin cavabdeh Şamaxı Texniki humanitar və təbiət fənləri təmayüllü internat tipli liseyə qarşı təbii qazdan istifadəyə görə yaranmış 2457,71 manat borcun və 30,40 manat məbləğində dövlət rüsumunun cavabdeh Şamaxı Texniki humanitar və təbiət fənləri təmayüllü internat tipli liseydən tutularaq İddiaçı İB-nə ödənilməsi tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB cavabdeh Şamaxı Texniki humanitar və təbiət fənləri təmayüllü internat tipli liseyə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 2457,71 manat məbləğində borcun və 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. «İddiaçı” istehsalat birliyinin Ağsu Regional qaz istismar idarəsi ilə Şamaxı Texniki humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey arasında təbii qazın təchizatı haqqında müqavilə bağlanmışdır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş “Abonentin saldosu” adlı arayışla təsdiq olunur. Həmin arayışdan görünür ki, Şamaxı Texniki humanitar və təbiət fənləri təmayüllü internat tipli liseyin İddiaçı İB-yə borcu 2457,71 manat təşkil edir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, AKX-Qəbələ/279 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğimünasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdeh Şamaxı Texniki humanitar və təbiət fənləri təmayüllü internat tipli liseyə qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Şamaxı Texniki humanitar və təbiət fənləri təmayüllü internat tipli liseydən təbii qazdan istifadəyə görə yaranmış 2457,71 (iki min dörd yüz əlli yeddi manat yetmiş bir qəpik) manat borc və 30,40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-57/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-57/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver