Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-601/2020 07.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu –iddiaçı “xxxxxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı aktın ləğv edilərək hesablanmış borcun silinməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxxxxx” MMCkiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh ASC-yə qarşı aktın ləğv edilərək hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı “xxxxxxx” MMCkiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli, 942583 №-li X1-Fakturasının ləğv edilərək hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib, hesab edirəm ki, hazırkı iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. “xxxxxxx” MMC-nin iddia ərizəsinin məzmunundan görünür ki, o, Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli, 942583 №-li X1-Fakturasının ləğv edilərək hesablanmış borcun silinməsini xahiş edir, yəni həmin fakturanıvə hesablanmış borcu mübahisələndirir. Bu isə, o deməkdir ki, “xxxxxxx” MMC Cavabdeh ASC-yə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi sözügedən faktura və borcun hesablanması ilə bağlı onların arasında mübahisə olduğuna dəlalət edir. Belə olan halda həmin mübahisəyə iddia icraatı qaydasında baxılmalıdır. Bundan başqa, hər-hansı fakturanın ləğv edilməsi məhkəmənin səlahiyyətinə aid məsələ deyil. Mülki-Prosessual Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı “xxxxxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı aktın ləğv edilərək hesablanmış borcun silinməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-601/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-601/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver