Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-623/2020 15.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, ““xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən suya görə təqdim etdiyi 8172 manat X1 ləğvi barədə qərar qəbul edilməsini” xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddəsinə istinad edilməklə əsaslandırılmasa da, iddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sənədlərə əsasən hesab etmək olar ki, iddiaçı “xxxxxxx” MMC-nin hüquqi ünvanının Sumqayıt şəhərində yerləşməsi səbəbindən hazırkı iddia ərizəsi məhz Sumqayıt Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Halbuki, Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Tbilisi prospekti 67-də yerləşir və Mülki-Prosessual Məcəllənin 35.2-ci maddəsinin tələblərinə görə hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin “iddiaçının seçməsinə görə aidiyyət” adlanan 36-cı maddəsində isə istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların - iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilməsi təsbit olunmuşdur (maddə 36.9). Lakin, həmin maddədə nəzərdə tutulan müxtəlif məhkəməni seçmək hüququ verən belə geniş seçim imkanı bütün növ iddialara deyil, yalnız “istehlakçının hüququnun müdafiəsi haqqında” iddialara şamil edilmişdir. Bu baxımdan həmin növ iddialar üzrə ilk növbədə iddiaçı “istehlakçı” statusunda olmalıdır. Halbuki, iddiaçı “xxxxxxx” MMC vergi orqanında vergi ödəyicisi kimi uçota alınmış kommersiya hüquqi şəxsidir və nizamnaməsinə əsasən onun əsas məqsədi xidmətlər göstərmək, məhsullar istehsal etmək vasitəsi ilə mənfəət əldə etməkdən ibarətdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi, qanunvericilikdə “istehlakçı”ya “şəxsi tələbatını ödəmək məqsədi ilə” mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs kimi anlayış vermişdir. Eyni zamanda, MPM-in 36.9-cu maddəsində “iddiaçının yaşadığı yer” ifadəsinin işlədilməsi də, həmin maddədə məhz “fiziki şəxs” olan istehlakçının nəzərdə tutulmasına dəlalət edən haldır. Beləliklə də, təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hazırkı işdə iddiaçı “xxxxxxx” MMC şəxsi tələbatını ödəmək məqsədi ilə deyil, sahibkarlıq fəaliyyəti üçün zəruri olan sudan istifadə ilə əlaqədar yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etdiyindən, həmin hüquqi şəxs “istehlakçı” statusuna malik iddiaçı kimi qiymətləndirilə bilməz. Ona görə də, hazırkı iş üzrə iddia ərizəsi iddiaçının seçiminə görə deyil, Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin tələblərinə uyğun olaraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ünvanının olduğu yerə görə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- ProsessualMəcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-623/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-623/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver