Məhkəmə qərarları › İş №e-2-2(119)-635/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-635/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-635/2020 23.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 5203,60 manat borcun cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş fiziki şəxs Cavabdeh2lə bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən qazdan istifadəyə görə yaranmış 5173,20 (beş min yüz yetmiş üç manat 20 qəpik) manat debitor borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 5203,60 manat pulun məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini vəiş materiallarınıtədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələbini hər iki cavabdehə qarşı yönəltsə də əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsinin və xx.xx.2020-ci il tarixli pretenziya məktubunun Cavabdeh2 çatdırılmasına dair sənədlər iş materiallarına əlavə olunsa da, onların Cavabdeh1 çatdırılmasına dair sənədlər əlavə edilməmişdir. İddia ərizəsinə Cavabdeh1 Cavabdeh2 bir sıra səlahiyyətləri, o cümlədən poçtdan çatası məktubları almaq səlahiyyəti verən xx.xx.2013-cü il tarixli etibarnamə əlavə edilsə də, həmin etibarnamə 3 il müddətinə verilmiş və xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur. Beləliklə iddiaçı iddia ərizəsini Cavabdeh1 çatdırmamış, habelə həmin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması qaydasına da riayət etməmişdir. Mülki Prosessual Məcəllənin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, 150.0.7-ci maddəsinə əsasən isə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1, 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, 152.1.6-cı maddəsinə əsasə isə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah olunur ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 5203,60 manat borcun cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar