Məhkəmə qərarları › İş №e-2-2(119)-652/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-652/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-652/2020 28.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, e-2- 2(119)-652/2020 saylı iş üzrə sənədəri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia ərizəsinə əlavə” ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə əlavənin məzmunundan görünür ki, həmin sənəd Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-445/2020 nömrəli işlə əlaqədar olsa da iddiaçı onu səhvən qeyd edilən işin sənədi kimi deyil, “Elektron məhkəmə” informasiya sistemində yeni iddia ərziəsi kimi qeydiyyatdan keçirmiş, nəticədə iddia ərizəsinə əlavə “Elektron məhkəmə” informasiya sistemində yeni iş kimi qeydiyyata alınmış və ona e-2-2(119)-652/2020 nömrəsi verilmişdir. Hal-hazırda Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)- 445/2020 nömrəli işin materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC-dən 5 966,92 manat miqdarında dəymiş zərərin və 5000 manat miqdarında işgüzar nüfuzuna vurulmuş zərərin tutulmasını xahiş etmişdir. Həmin iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-445/2020 nömrəli qərardadı ilə icraata götürülmüşdür. Qeyd edilən iş hazırda məhkəmənin icraatında olmaqla məhkəmə iclası x xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair kommersiya işi artıq Sumqayıt Kommersiya Məhkəməsinin icraatında vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa - iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunur. Məhkəmə qeyd edir ki, İddiaçı hazırkı iddia ərizəsinə əlavəni “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə e-2-2(119)-445/2020 nömrəli işə əlavə sənəd kimi daxil edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə əlavənin icraata qəbul olunmasından imtina edilsin. İzah olunsun ki, həmin sənəd “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-445/2020 nömrəli iş üzrə yeni sənəd kimi təqdim edilə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar