Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-690/2020 02.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı1in nümayəndəsi İddiaçı2, Cavabdeh2 iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 İB ilə fiziki şəxs Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 1791-11-15 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə Cavabdeh2 rəhbərlik etdiyi hamam İddiaçı1 İB tərəfindən təbii qazla təchiz olunmuşdur (abonent kodu: **********00160).İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüş, lakin müqavilə öhdəliklərinə əməl etməmiş və təbii qazın dəyərini tam ödəməmişdir. Nəticədə, xx.xx.2020-ci il tarixə İddiaçı1 İB-nin X1 Sahəsinə 5173,20 manat debitor borcu yaranmışdır.Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət edilmiş, sonuncu dəfə xx.xx.2020-ci il tarixli, 01/EH-05-661 saylı pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdehdən heç bir cavab alınmamışdır. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Hamam) tərəfindən 5.173,20 manat məbləğində debitor borcun və iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 5.203,60 manat məbləğində pulun cavabdehlərdən məcburi qaydada tutularaq İddiaçı1 İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı1 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X İddiaçı1 İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi İddiaçı2 iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini, yaranmış borcun Cavabdeh1 aidiyyəti olmadığını bildirmiş və qətnamə çıxarılarkən bunun nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh2 keçən məhkəmə iclasından sonra borcundan 800 manat məbləğində ödəniş etdiyini qeyd etmiş, lakin buna dair sübut təqdim etməmişdir. Məhkəmə gəlmiş tərəfləri dinləyib, Cavabdeh2 etirafını, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «İddiaçı1” İB ilə Cavabdeh2 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” haqqında müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2020-ci ilin iyun ayının sonuna Cavabdeh2 ”İddiaçı1” İB-nə 5173,20 manat məbləğində borcu vardır. İş materiallarında olan üzləşmə aktından görünür ki, Cavabdeh2 5173,20 manat məbləğində borcu olduğunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehdən borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, "İddiaçı1" İB-nin istehlakçı ilə arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 icarədarı olduğu obyekt (hamam) təbii qazla təchiz olunmuşdur. Müqavilə üzrə Cavabdeh2 iddiaçıya 5.173,20 manat məbləğində borcu yaranmışdır. Lakin, cavabdeh "İddiaçı1" İB-nə olan borcunu ödəməmişdir. Bu hal iş materialları və cavabdehin məhkəmədə etirafı ilə öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh2 5.173,20 manat məbləğində pul tutularaq "İddiaçı1" İB-nin bank hesabına ödənilməlidir. Digər Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, onunla iddiaçı arasında heç bir müqavilə bağlanmadığına görə yaranmış borca görə Cavabdeh1 məsuliyyət daşımır və ona görə də iddia tələbi Cavabdeh1 münasibətdə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası Cavabdeh2 münasibətdə təmin edilsin. Cavabdeh2 5.173,20 manat məbləğində borc tutularaq İddiaçı1 İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı1 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X İddiaçı1 İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia Cavabdeh1 münasibtdə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 aid edilsin. Cavabdeh2 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-690/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-690/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver