Məhkəmə qərarları › İş №e-2-2(119)-75/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-75/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-75/2025 21.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Zəhmət-Ruzi" Məhdud Məsuliyyətli Cəmiyyətindən 42192,08 (qırx iki min yüz doxsan iki manat səkkiz qəpik) manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1552,72 (min beş yüz əlli iki manat yetmiş iki qəpik) manatın, 221,24 (iki yüz iyirmi bir manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 17 aprel 2023-cü il tarixli, ******* nömrəli xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə alış sifarişində nəzərdə tutulan malları və ya xidmətləri tədarük etmək, sifarişçi isə bu ümumi şərtlər və bu müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında belə malları və ya xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini icraçıya ödəmək barədə öhdəlik götürür. Tərəflər arasında imzalanmış elektron qaimə və təhvil-təslim aktlarına əsasən 76586,72, 80853,60 və 531 manat dəyərində mallar və göstərilmiş xidmətlər icraçı tərəfindən sifarişçiyə təhvil verilmiş və sifarişçi tərəfindən təhvil alınmışdır. İddiaçı nümayəndəsi 14 oktyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin həcminin artırılması barədə” ərizə təqdim edərək cavabdeh “Zəhmət-Ruzi" Məhdud Məsuliyyətli Cəmiyyətindən 42192,08 (qırx iki min yüz doxsan iki manat səkkiz qəpik) manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 5335,23 (beş min üç yüz otuz beş manat iyirmi üç qəpik) manatın, 232,58 (iki yüz otuz iki manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun və hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil 20 avqust 2024-cü il tarixdə məhkəməyə etiraz təqdim edərək məhkəmədən İddiaçı Cavabdehnə qarşı “pul tələbi" barədə iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı peşəkar şirkət olduğunu düşünərək onların təklifləri ilə razılaşıb tövsiyə etdikləri avadanlıqları sifariş vermiş və avadanlıqların bir qismi üçün ödəniş etmişdir. Lakin qısa müddət ərzində məlum olmuşdur ki, həmin avadanlıqlar cavabdehin ehtiyacını ödəmir. Belə ki, həmin filtrasiya sistemlərinin gücü çatmadığından avadanlıqlar sıradan çıxır və normal fəaliyyət göstərə bilmir. Bu səbəbdən cavabdeh məcbur qalaraq su xətlərini filtrlərdən ayırmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məəhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasının iki-üç həftə sonraya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 aprel 2023-cü il tarixli ******* nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə alış sifarişində nəzərdə tutulan malları və ya xidmətləri tədarük etmək, sifarişçi isə bu ümumi şərtlər və bu müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında belə malları və ya xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini icraçıya ödəmək barədə öhdəlik götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən təchiz edilmiş mallar və göstərilmiş xidmətlərin yoxlanılmasından sonra tərəflər malın keyfiyyəti və miqdarına dair məlumatın əksini tapdığı təhvil-təslim aktını imzalayacaqlar. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri müqavilənin qüvvədə olma müddətində icraçının sifarişçiyə təqdim etdiyi hesab-fakturaların cəminin yekun məbləği olaraq hesablanır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş şərtləri təqdim edilmiş hesab fakturanın dəyərinin 6 ay ərzində ödənilməsi razılaşdırılır və tərəflər arasında əlavə razılaşma protokolu imzalanaraq bu müqaviləyə əlavə edilir. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli ******* nömrəli müqavilənin satış və servis-quraşdırılma xidmətləri üzrə 1 saylı qiymət razılaşdırma protokolunda Cavabdeh tərəfindən İddiaçınə 80853,60 manatın müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli ******* nömrəli müqavilənin satış və servis-quraşdırılma xidmətləri üzrə 2 saylı qiymət razılaşdırma protokolunda Cavabdeh tərəfindən İddiaçınə 76586,72 manatın müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 531 manat dəyərində malların və xidmətin təqdim edilməsi ilə əlaqədar 07 iyun 2023-cü il tarixli EBDH seriyalı 316383 nömrəli, 80853,60 manat dəyərində malların və xidmətin təqdim edilməsi ilə əlaqədar 08 avqust 2023-cü il tarixli EBDL seriyalı 646219 nömrəli və 76586,72 manat dəyərində malların və xidmətin təqdim edilməsi ilə əlaqədar 11 avqust 2023-cü il tarixli EBDL seriyalı 905349 nömrəli elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 01 avqust 2023-cü il tarixli ******* nömrəli malların təhviltəslimi haqqında akta əsasən 76586,72 manat və 08 avqust 2023-cü il tarixli ******* nömrəli malların təhvil-təslimi haqqında akta əsasən 80853,60 manat dəyərində mallar və xidmətlər İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli 2207/019 nömrəli cədvəldən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına xx.xx.2023-cü il tarixdə 11420 manat, xx.xx.2023-cü il tarixdə 11420 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, xx.xx.2023-cü il tarixdə 10820 manat, xx.xx.2023-cü il tarixdə 45680 manat, xx.xx.2024-cü il tarixdə 17878 manat, cəmi 98118 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan “Flitstok" Məhdud Məsuliyyətli Cəmiyyətinon ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 03 may 2023-cü il tarixdə 2055,60 manat, 09 iyun 2023-cü il tarixdə 2055,60 manat, 21 iyun 2023-cü il tarixdə 81 manat, 16 noyabr 2023-cü il tarixdə , 8222,40 manat, 18 noyabr 2023-cü il tarixdə 2028,60 manat, 12 fevral 2024-cü il tarixdə 3218,04 manat olmaqla, cəmi 17661,24 manat ƏDV ödənilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 14 oktyabr 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh İddiaçınə 42192,08 manat əsas borcu, illik gecikdirilmiş vaxt üçün 5 (beş) % məbləğində hesablanmaqla 5335,23 manat faiz borcu vardır. İddiaçı Cavabdeh vəsatəti əsasında şahid kimi dindirilmiş həmin cəmiyyətdə mühəndis işləyən X2 ifadəsində bildirmişdir ki, su anbarından çıxan su filterlərdən keçirilərək istehsal sexlərinə verilir. Suyun keyfiyyətini daha da yaxşılaşdırmaq üçün istehsal sexlərinə də filterlər quraşdırılması qərara alındı. Buna görə İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlandı və sonuncuya məxsus süd emalı sexində filter quraşdırıldı. Lakin quraşdırılan həmin filterlər istehsal sexini tələb olunan su ilə təmin edə bilmirdi. Bu səbəbdən İddiaçı əməkdaşları dəvət edilməklə filterlərə baxış keçirildi və filterlərin lazımi miqdarda suyu keçirmədiyi müəyyən olundu. İddiaçı əməkdaşları tərəfindən həmin filterdən süzgəclər çıxarıldı, lakin filterin işə yaramadığını gördükdən sonra filteri bağlayıb suyu əvvəlki qayda ilə istehsal sexlərinə verməyə başladıq. Filterlərin ət emalı və süd emalı sexlərinə quraşdırılması nəzərdə tutulsa da, süd emalı sexinə quraşdırılan filter lazımi effekti vermədiyi üçün Cavabdeh tərəfindən ət emalı sexinə filterin quraşdırılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci madəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 17 aprel 2023-cü il tarixli ******* nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdehnə məxsus istehsal sexində filtrasiya sistemi quraşdırılmış və 157971,32 manat dəyərində malların və xidmətin təqdim edilməsi ilə əlaqədar cavabdehə elektron qaimələr göndərilmişdir. 76586,72 manat və 80853,60 manat dəyərində mallar və xidmətlərin təhvil verilməsi barədə 01 və 08 avqust 2023-cü il tarixli malların təhvil-təslimi haqqında aktlar Cavabdeh tərəfindən imzalanmışdır. Mal və xidmətlərin dəyərindən cavabdeh ƏDV daxil 115779,24 manat ödəniş etsə də, o, öz öhdəliyini lazımi qaydada icra etməyərək mal və xidmətlərin dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında 17 aprel 2023-cü il tarixli ******* nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 42192,08 (qırx iki min yüz doxsan iki manat səkkiz qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan başqa iddiaçı iddia tələbində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə illik gecikdirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 5335,23 (beş min üç yüz otuz beş manat iyirmi üç qəpik) manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. İddiaçı həmin məbləği cavabdeh tərəfindən 14 oktyabr 2024-cü il tarixədək öhdəliyin yerinə yetirilməməsi ilə əsaslandırmışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Həmin Məcəllənin 445.3 cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Həmin Məcəllənin 445.3 cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur. Tərəflər arasında bağlanmış 17 aprel 2023-cü il tarixli ******* nömrəli müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş şərtləri təqdim edilmiş hesab fakturanın dəyərinin 6 ay ərzində ödənilməsi razılaşdırılsa da, faktiki olaraq cavabdehə borcun ödənilməsi üçün möhlət verilmiş, borcun ödənilməsi tələb edilməmişdir. Belə olan halda Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir. İddiaçının 13 iyun 2024-cü il tarixdə 7 gün müddətində borcun ödənilməsi tələbi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq 21 iyun 2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı 21 iyun 2024-cü il tarixdən hesablanmaqla iddia tələbinin həcminin artırılması barədə ərizənin verildiyi tarixədək hesablanmalıdır. İddia tələbinin həcminin artırılması barədə ərizənin məhkəməyə 14 oktyabr 2024-cü il tarixdə verilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “illik gecikdirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 5335,23 (beş min üç yüz otuz beş manat iyirmi üç qəpik) manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilərək, 21 iyun 2024-cü il tarixdən hesablanmaqla əsas borca illik 5%-lə hesablanmış 670,45 manat (42192,08 x 5% /365 gün (bir günün faizi) x 116 gün (gecikdirilən günün sayı)) faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 08 iyul 2024-cü il tarixli ödəniş sənədini əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “232,58 (iki yüz otuz iki manat əlli səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 218,59 (iki yüz on səkkiz manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 42192,08 (qırx iki min yüz doxsan iki manat səkkiz qəpik) manat məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 670,45 (altı yüz yetmiş manat qırx beş qəpik) manat məbləğində pul, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 218,59 (iki yüz on səkkiz manat əlli doqquz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 43381,12 (qırx üç min üç yüz səksən bir manat on iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 42192,08 (qırx iki min yüz doxsan iki manat səkkiz qəpik) manat məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 670,45 (altı yüz yetmiş manat qırx beş qəpik) manat məbləğində pul, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 218,59 (iki yüz on səkkiz manat əlli doqquz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 43381,12 (qırx üç min üç yüz səksən bir manat on iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar