Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-78/2020 12.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında cavabdeh X7 qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 5726,20 manat təbii qazdan istifadəyə görə yaranmış borc, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, cəmi 5756,60 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, cavabdeh X11 xx xxxxxx 2020-ci ildə həmin sadələşdirilmiş icraat qaydasında verilmiş kiçik mübahisələr üzrə iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, həmin iddia tələbinə öz etirazını bildirmiş və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh X7 qarşı verilmiş “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə baxışı zamanı İddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazdan istifadəyə görə yaranmış 6548,80 manat debitor borcun və məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu və xidmət haqqının tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə prosesi zamanı cavabdeh X11 iddia tələbinə dair yazılı etirazla məhkəməyə müraciət edərək, əsassız olduğu üçün iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə prosesi zamanı İddiaçı nümayəndəsi X9 məhkəməyə iddia tələbi və həmin tələbə qarşı cavabdeh tərəfindən verilmiş etirazla bağlı ərizə təqdim edərək, həmin ərizəsində iddia tələbinin əsaslandırıldığı halları şərh etmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində, “iddia tələbinin həcminin artırılması” barədə ərizədə və İddiaçı nümayəndəsinin ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı“ X5 X15 İdarəsi ilə cavabdeh X11 (VÖEN **********) arasında bağlanmış xx xxxxxxx 2106-cı il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə əsasında Şamaxı rayonu Avaxıl kəndində yerləşən cavabdehə məxsus “Qızıldaş” ailəvi istirahət mərkəzi müvafiq qaydada Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsi tərəfindən qazlaşdırılmışdır (abonent kodu **********00008). Lakin, cavabdeh tərəfindən istehlak edilmiş təbii qaza görə həmin Müqavilə üzrə müəyyən olunmuş öhdəliklər pozulmuş və hal-hazıradək cavabdehin “Qızıldaş” ailəvi istirahət mərkəzində istehlak edilən təbii qaza görə 6548,80 manat məbləğində debitor borcu yaranmışdır. İddiaçı nümayəndələri tərəfindən Şamaxı rayonu Avaxıl kəndində yerləşən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X7 məxsus qeyri-yaşayış obyekti olan “Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazın uçotu və TQİQna riayət edilməsi yoxlanılmış və yoxlama zamanı müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsində 1 ədəd PQ-4 tipli qeyri-standart qaz peçindən, 1 ədəd QSQ-32 litr, 1 ədəd Kombi 40 KV, 1 ədəd Kombi 32 KV və 1 ədəd Kombi 24 KV-dan istifadə edilir. Keçirilmiş baxışın nəticəsi ilə bağlı Birliyin nümayəndələri tərəfindən xx xxxxx 2019-cu il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Aktın tərtibatında həmin obyektin icarədarı X14 da iştirak etmişdir. Baxış zamanı aşkar edilmiş hallara görə həmin qeyri-yaşayış obyektində istifadə edilən qaz cihazlarının maksimal saatlıq qaz sərfi 28670 m3, istifadə edilən qazın dəyəri isə 5734 manat məbləğində hesablanaraq cavabdehin Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsindəki **********0008 saylı abonent hesabına işlənmişdir. Yəni, qaz işlədicilərindən restoran tipli PQ-4 maksimal saatlıq qaz sərfi 6,18 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3,2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, 40 KV-lik kombinin maksimal saatlıq qaz sərfi 4,3m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 90 gün, 32 KV-lik kombinin saatlıq qaz sərfi 3,4 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 90 gün, 24 KV-lıq kombinin maksimal saatlıq qaz sərfi 2,6 m/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq “Qızıldaş” ailəvi istirahət Mərkəzinin **********0008 saylı abonent hesabına işlənmişdir. “Qızıldaş” ailəvi istirahət Mərkəzi ilə bağlanmış xx xxxxxxx 2016-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” haqqında müqavilənin 4-cü hissəsi (qaz qurğularına dair tələblər) ilə obyektdə 2 ədəd SQ kombi 24 KV-dən və PQ-4 tipli Qaz Plitəsindən istifadə edilməsi nəzərdə tutulmuşdur. Lakin, keçirilən baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh həmin müqavilənin tələblərini pozaraq, obyektdə əlavə qaz cihazlarından istifadə etmişdir. Cavabdeh etirazında əsassız olaraq mübahisə predmeti olan hallara heç bir aidiyyəti olmayan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununa istinad etmişdir. Çünki, “Qızıldaş” ailəvi istirahət mərkəzi ilə Ağsu X15 İdarəsi arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli Müqavilənin 2.1.3-cü bəndinə əsasən İstehlakçını ildə bir dəfədən az olmayaq (qaz qurğularının istismara verilməsi və ya son texniki baxış tarixindən etibarən) qazdan istifadə qaydalarının tələblərinə əsasən təlimatlandırmaq nəzərdə tutulmuşdur. Həmçinin Müqavilə şərtlərinə əsasən aşkar olunmuş nöqsanları və digər qanun pozuntularını rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, eləcə də dəymiş ziyanın ödənilməsini istehlakçıdan tələb edilməsi nəzərdə tutulmuşdur. İddiaçı nümayəndələri tərəfindən Şamaxı rayonu Avaxıl kəndində yerləşən fiziki şəxs Azər Dadaşova məxsus qeyri-yaşayış obyektində təbii qazın uçotu və TQİQ-na riayət edilməsi yoxlanılması cavabdehlə Ağsu X15 İdarəsi arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli müqavilənin tələbləri əsasında aparılmışdır. İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin bərpasının hesablanmas Qaydaları isə təbii qazın alqı-satqısı müqaviləsi olmadan özbaşına qaz xəttinə qoşulma aşkar edildikdə, layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacı nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar edildikdə, sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar edildikdə və yaxud sayğaca plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda tətbiq edilir. Hazırkı iş üzrə cavabdehə məxsus qeyri-yaşayış obyektində müqavilədə nəzərdə tutulmuş qaz cihazlarından əlavə başqa qaz cihazlarından da istifadə halı aşkar edilmişdir. Eyni zamanda, xx xxxxx 2019-cu ildə Birliyin əməkdaşları tərəfindən “Qızıldaş” ailəvi istirahət mərkəzində gedən qaz xətti üzərində quraşdırlmış G-6 markalı 28256576 nömrəli qaz sayğacı yoxlanılarkən sayğacın çıxış plastmas borusunda deşik aşkar edilmiş və buna görə də, qaz sayğacı xətdən açılaraq yeni G-6 markalı ******* nömrəli sayğac qaz xətti üzərində bağlanılmışdır. Açılmış qaz sayğacına X1 müayinəsi labaratoriyasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğaca kənar təsir nəticəsində çıxış plastmas boru deşilmiş və plasmas qapağın ön tərəfi kiçik bir hissəsi sınmışdır. Cavabdeh onunla bağlanılmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə” müqavilənin şərtlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh X11 məhkəməyə təqdim etmiş olduğu iddia tələbinə dair etirazını onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzi ona məxsusdur və o, həmin obyekti etibarnamə ilə X10 işlətmək uçun vermişdir. Obyektdə təbii qazdan istifadə olunur, hər ay istifadə edilən təbii qazın dəyəri ödənilir və təbii qazla bağlı ödənişlərdə heç bir problem olmamışdır. xx xxxxx 2019-cu ildə "İddiaçı İstehsalat Birliyinin işçiləri “Qızıldaş” ailəvi istirahət mərkəzinə gəlmiş və obyektə gəlməklərinə dair aktda imza etmələrini xahiş etikdən sonra obyektin qaz cihazlarını yoxlamışlar. Sonradan X13 gəlib obyektin qazını kəsmişlər. İşlədiyi müddət ərzində obyektdə heç bir kənarlaşma baş verməmişdir. X13 yazılmış aktı əldə etdikdən sonra məlum olmuşdu ki, xx xxxxx 2019-cu ıl tarixli ******* nömrəli akt yazılıb və akta əsasən 5734 manat cərimə hesablanıb. Həmin Akt əsasszız yazılıb. Obyektdə heç bir qazda kənarlaşma olmayıb. Akt düzgün tərtib edilməyib və aktın heç bir əsası yoxdur. Obyektin sayğacı xx xxxxx 2019-cu ildə açılıb, yerinə yeni qaz sayğacı bağlanıb. İddiaçı İstehsalat Birliynin nümayəndələri xx xxxxx 2019cu il tarixli ******* nömrəli aktda guya Şamaxı rayonu Avaxıl kəndində 28256576 nömrəli syğacı yoxlayıblar. Haibuki, həmin sayğac xx xxxxx 2019-cu il tarixdə açılıb. Yerində olmayan sayğaca necə baxış keçirilə bilərdi. Həmçinin, sayğacdan keçən qaz xəttinə heç bir əlavə cihaz quraşdırlmayıb. Yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Çünki, sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilin yanvar ayının 1-dək dayandırılmışdır. Həmin Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan, o cümlədən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası Qanunlarının və onlara uyğun qəbul edilmş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yoxlama zamanı "İddiaçı” İB ilə bağlanmış müqavilənin də şərtləri pozmuşdur. Belə ki, yoxlama ilə əlaqədar X16 şifahi olaraq müraciət edərkən ona bildirilmişdir ki, onlar obyektdə yoxlama aparakən müqavilənin 2.1.15-ci bəndinə əsasən qazlaşdırlımış ərazidə və ya yaşayış sahəsində olan qaz qurğusuna yoxlama keçiriləcəyi barədə İstehlakçıya, yəni ona 3 gün əvvəl xəbərdar edilməlidir. Lakin, bu hal baş verməmiş və ona heç bir bildiriş göndərilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırlması haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilin yanvar ayının 1-dək dayandırılmış olduğu halda, səbəbsiz olaraq yoxlama edib cərimə yazmışlar. İddiaçı tərəfindən yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmiş və yoxlama aktının tərkib hissəsi olan yoxlama suallarının siyahısından istifadə edilməmişdir. Aktın tərtibatında müəyyən olunur ki, guya obyektdə əlavə cihazlar vardır. Halbuki, artıq cihazlardan istifadə olunmayıb. Akt üzrə hesabat 3 ay müddətində aparılıb. Halbuki, iddiaçının nümayəndəsi tərəfindən obyektin qaz sayğacına və cihazlarına hər ay ərzində 2 dəfə baxış keçirilir və bununla bağlı verilən bildiriş əsasında hesablanan məbləğ ödənilir. Əgər obyektdə artıq cihaz olsaydı nümayəndə bunu mütləq görməli idi. Məhz bu halda 3 aylıq hesabat aparılması düzgün qəbul edilə bilməz. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və cavabdeh X4 Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində istifadə olunan təbii qaza görə yaranmış 6548,80 manat məbləğində borc və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 6579,20 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X11 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə dair yazılı etirazında göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması və əsassız olduğu üçün İddiaçı ona qarşı verilmiş olan “borcun tutulması” barədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayici” İddiaçı Ağsu X15 İdarəsi ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istehlakçı” X11 (VÖEN **********) arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx xxxxxxx 2016-cı il tarixli Müqaviləyə əsasən sonuncunun Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzi təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə **********00008 saylı abonent kodu verilməklə, müvafiq qaydada G-6 tipli qaz sayğacı quraşdırılmışdır. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilatıtexniki tədbirləri yerinə yetirmək və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərərin ödəmək - istehlakçının vəzifələri kimi müəyyən edilmişdir. Həmin Müqavilənin tələblərinə görə İstehlakçının təbii qazla təchiz edilən “Qızıldaş” ailəvi istirahət mərkəzində 2 ədəd su qızdırıcı-kombi 24 KV-dən və PQ-4 tipli Qaz Plitəsindən istifadə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx xxxxx 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 2019-cu ildə saat 1102 radələrində İddiaçı nümayəndələri tərəfindən istehlakçı X7 məxsus qeyri-yaşayış obyekti olan Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazın uçotu və TQİQ-na riayət edilməsi İstehlakçının nümayəndəsi X8 iştirakı ilə yoxlanılmış və yoxlama zamanı həmin qeyri-yaşayış sahəsində 1 ədəd PQ-4 tipli Qeyri-Standart qaz peçindən, 1 ədəd QSQ-32 litr, 1 ədəd Kombi 40 KV, 1 ədəd Kombi 32 KV və 1 ədəd Kombi 24 KV-dan istifadə edildiyi və eyni zamanda, sayğacın plasmas borusunun deşilmiş olduğu müəyyən edilmişdir. Həmin Aktın məzmunu ilə müəyyən olunur ki, xx xxxxx 2019-cu ildə aparılan yoxlama zamanı tərəflər arasında qaz təchizatı ilə əlaqədar bağlanmış xx xxxxxxx 2016-cı il tarixli Müqavilədə nəzərdə tutulmayan qurğulardan istifadə edildiyi aşkar olunmuş və bununla bağlı qaz sərfiyyatının hesablanması qərara alınmışdır. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktdan görünür ki, İddiaçı əməkdaşları tərəfindən istehlakçı X7 məxsus qeyri-yaşayış obyekti olan Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində quraşdırılmış qaz sayğacına və borulara İstehlakçının nümayəndəsi X8 iştirakı ilə baxış keçirilən zaman sayğacın çıxış plasmas borusunda deşik aşkar olunmuş və sayğac götürülmüşdür. İş materiallarında olan Abonentin saldosu ilə müəyyən olunur ki, 2020-ci ilin fevral ayına istehlakçı X6 (VÖEN **********) Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində (abonent kodu **********00008) istifadə olunan təbii qaza görə 6548,80 (altı min beş yüz qırx səkkiz manat 80 qəpik) manat məbləğində borcu yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh X2 rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində istifadə olunan təbii qaza görə yaranmış borcun ödənilməsi üçün müvafiq qaydada xəbərdar edilmişdir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı X7 (VÖEN **********) məxsus Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində (abonent kodu **********00008) xx xxxxx 2019-cu ildə təbii qazın uçotu və TQİQ-na riayət edilməsi istehlakçının nümayəndəsi X8 iştirakı ilə paylayıcı İddiaçı nümayəndələri tərəfindən yoxlanılmış və həmin yoxlama zamanı tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx xxxxxxx 2016-cı il tarixli Müqavilədə nəzərdə tutulmayan əlavə qaz qurğularının qaz xəttinə qoşulduğu və eyni zamanda, sayğacın plasmas borusunun deşilmiş olduğu müəyyən edilmişdir. 2020-ci ilin fevral ayına istehlakçı X6 Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində istifadə olunan təbii qaza görə 6548,80 (altı min beşyüz qırx səkkiz 80 qəpik) manat məbləğində borc hesablanmışdır. Tərəflər arasında Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən bağlanmış xx xxxxxxx 2016-cı il tarixli Müqavilənin tələblərinə görə “paylayıcı” İddiaçı “istehlakçı” X7 (VÖEN **********) məxsus Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzini (abonent kodu **********00008) müqavilə əsasında müəyyən edilmiş şərtlərə uyğun olaraq keyfiyyətli qazla təmin etməli, “istehlakçı” X11 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X4 (VÖEN **********) Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində (abonent kodu **********00008) istifadə olunan təbii qaza görə 2020-ci ilin fevral ayına kimi yaranmış 6548,80 (altı min beş yüz qırx səkkiz manat 80 qəpik) manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. İddia tələbinə etirazda cavabdeh tərəfin əsaslanmış olduğu məlum yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması ilə aparılması ilə əlaqədar isə məhkəmə qeyd etməyi lazım bilir ki, xx xxxxx 2019-cu ildə “Qızıldaş” ailəvi istirahət mərkəzinin qaz təchizatı ilə əlaqədar qaz sayğacına və qaz qurğularına baxış keçirilməsi “paylayici” İddiaçı Ağsu X15 İdarəsi ilə “istehlakçı” X11 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx xxxxxxx 2016-cı il tarixli Müqavilənin şərtlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq keçirilmiş və həmin baxış sahibkarlıq fəaliyyətinin yoxlanması kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və cavabdeh X4 (VÖEN **********) Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində (abonent kodu **********00008) istifadə olunan təbii qaza görə yaranmış 6548,80 (altı min beş yüz qırx səkkiz manat 80 qəpik) manat məbləğində borc iddiaçı “İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,4 (40 qəpik) manat məbləğində xidmət haqqı da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh X4 (VÖEN **********) Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində (abonent kodu **********00008) istifadə olunan təbii qaza görə yaranmış 6548,80 (altı min beş yüz qırx səkkiz manat 80 qəpik) manat borc və 30,40 (otuz manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 6579,20 (altı min beş yüz yetmiş doqquz manat 20 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-78/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-78/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver