Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-824/2024 20.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Açar sözlər: borcun tutulması Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları 1.İddiaçı 30 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 351,25 (üç yüz əlli bir manat 25 qəpik) manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq “Azəriqaz“ İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azəriqaz“ İstehsalat Birliyi ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (abunə kodu: **********03421) arasında bağlanmış “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən sonuncuya məxsus sahibkarlıq obyekti ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazla təchiz olunmuşdur. Həmin müqavilə üzrə istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir və istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə İstehlakçı tərəf üzərinə müvafiq öhdəlik götürmüşdür. Lakin, Cavabdeh müqavilə öhdəliklərinə əməl etməyərək, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş və bunun nəticəsində 01 fevral 2024-cü il tarixə onun “Azəriqaz“ İstehsalat Birliyinə 351,25 (üç yüz əlli bir manat iyirmi beş qəpik) manat məbləğində borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında“ 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanına əsasən, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir.
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və 01 fevral 2024-cü il tarixə istifadə olunmuş təbii qaza görə İddiaçınə yaranmış 351,25 (üç yüz əlli bir manat 25 qəpik) manat məbləğində əsas borc və ödənilmiş 30,40 manat məbləğində rüsum olmaqla, cəmi 381,65 (üç yüz səksən bir manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı “Azəriqaz“ İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
7. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı Sumqayıt Qaz İstismar İdarəsi ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istehlakçı” Cavabdeh (VÖEN: **********) arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 12 iyul 2021ci il tarixli AMX-3414/21 nömrəli Müqaviləyə əsasən sonuncunun Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə **********03421 saylı abonent kodu verilməklə, müvafiq qaydada “Kürə” tipli qaz sayğacı quraşdırılmışdır (Həmin Müqavilədən görünür ki, İstehlakçının təbii qazla təchiz edilən sahibkarlıq obyektində bir ədəd Kürədən istifadə edilməsi nəzərdə tutulmuşdur).
8. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilatıtexniki tədbirləri yerinə yetirmək və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərəri ödəmək - İstehlakçının vəzifələri kimi müəyyən edilmişdir.
9. İş materiallarında olan 30 noyabr 2023-ci ildə çap olunmuş Abonentin Saldosu ilə müəyyən olunur ki, 2023-ci ilin oktyabr ayına istehlakçı Cavabdeh (VÖEN: **********) Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********03421) istifadə olunan təbii qaza görə 351,25 (üç yüz əlli bir manat iyirmi beş qəpik) manat məbləğində borcu yaranmışdır və həmin borc 30 aprel 2024-cü il tarixinədək ödənilməmişdir (həmin Abonent Saldosuna əsasən 2020-ci ilin oktyabr ayından sonrakı dövrlərdə istehlakçı Cavabdeh sahibkarlıq obyektində təbii qazdan istifadə olunması müəyyən olunmur).
10. İş materialları ilə müəyyən olunur ki, istehlakçı Cavabdeh məxsus qeyri-yaşayış obyekti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahibkarlıq obyektində təbii qazdan istifadə ilə əlaqədar ödənilməyən debitor borcuna görə həmin abonentin qaz təminatı dayandırılmışdır.
11. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən bağlanmış 12 iyul 2021-ci il tarixli AMX-3414/21 nömrəli Müqavilənin tələblərinə görə paylayıcı İddiaçı istehlakçı Cavabdeh (VÖEN: **********) məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahibkarlıq obyektini (abonent kodu **********03421) müqavilə əsasında müəyyən edilmiş şərtlərə uyğun olaraq keyfiyyətli qazla təmin etməli, istehlakçı Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməlidir. Lakin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı Cavabdeh (VÖEN: **********) məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********03421) istifadə olunan təbii qaza görə hesablanmış 351,25 (üç yüz əlli bir manat iyirmi beş qəpik) manat məbləğində borc hal-hazıradək İddiaçınə ödənilməmişdir.
12. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar Cavabdeh müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
16. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh (VÖEN: **********) Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********03421) istifadə olunan təbii qaza görə 01 fevral 2024-cü il tarixinədək yaranmış 351,25 (üç yüz əlli bir manat iyirmi beş qəpik) manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır.
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
23. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
24. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
26. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Cavabdeh (VÖEN: **********) 01 fevral 2024-cü il tarixə Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********03421) istifadə olunan təbii qaza görə yaranmış 351,25 (üç yüz əlli bir manat 25 qəpik) manat məbləğində əsas borc iddiaçı “Azəriqaz İstehsalat Birliyinin xeyrinə tutulmalıdır.
27. Həmçinin, Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) xidmət haqqı tutularaq İddiaçınə ödənilməlidir.
28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur.
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh (VÖEN: **********) 01 fevral 2024-cü il tarixə Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********03421) istifadə olunan təbii qaza görə yaranmış 351,25 (üç yüz əlli bir manat 25 qəpik) manat məbləğində əsas borc İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İslam Əliyev