Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-85/2020 02.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X11 qızının katibliyi, iddiaçı “X2” X5 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Cəfərov Ceyhun Bəykişi oğlunun, cavabdeh “xxxxxxxx” X5 nümayəndəsi Əhmədov Nəsir Vahid oğlunun iştirakı ilə, iddiaçı “X2” X5 cavabdeh “xxxxxxxx” X3rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2” X9 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxxxxxx” X3rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh “xxxxxxxx” X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 006761 saylı və 193058 saylı aktların ləğv edilməsi və xəta faizinə əsasən hesablanmış 12409 (on iki min dörd yüz doqquz) manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxx» ASC iddiaçı «X2» ASC-nin ünvan 1 ünvanında yerləşən əmlak kompleksini elektrik enerjisi ilə təmin edir. Enerji sərfiyyatı iddiaçının ərazisindən 300 metr aralıda yerləşən 35/10 kv-luq Ceyranbatan yarımstansiyasında quraşdırılan sayğac vasitəsilə uçota alınır. Hazırda «X2» ASC-nin həmin əmlak kompleksi (müəssisə) işləmir və bu səbəbdən çox enerji sərf etmir. Yalnız bir gözətçi otağının işıqlandırılması və qızdırılması üçün enerji sərf edilir. Bu isə hər ay üçün təxminən 250-270 manat arasında elektrik enerjisi borcu yaradır. İddiaçı təşkilat həmin enerji borcunu hər ay vaxtında ödəyir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları xx xxxxxx 2020-ci ildə həmin ünvana gələrək sayğaca baxış keçirmiş və 006761 saylı Akt tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir və sayğac sərf olunan elektrik enerjisini düzgün qeyd etmir. Buna uyğun olaraq Aktda qeyd olunmuşdur ki, sayğacın xəta faizi 67,3%-dir və bu xəta faizi əsas götürülərək iddiaçı təşkilata ƏDV daxil olmaqla 12409 manat əlavə borc yazılmışdır. Cavabdehin əməkdaşları eyni tarixdə 193058 saylı Akt tərtib edərək cərəyan naqillərinin başlanğıc və son uclarının sxeminin bərpa edildiyini aktda göstərmişlər. Sayğaca baxış keçirilərkən həmin əməkdaşlara bildirilmişdir ki, sayğacın şəbəkəyə qoşulmasını iddiaçı deyil, cavabdeh təşkilat həyata keçirmişdir və əgər qoşulma zamanı səhvə yol verilibsə, buna görə cavabdeh təşkilat məsuliyyət daşıyır. Lakin, buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları həmin aktı tərtib etmişlər. Aşağıda göstərilən əsaslara görə iddiaçı hesab edir ki, cavabdeh təşkilatın tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli 006761 saylı Akt ləğv edilməli və xəta faizinə əsasən hesablanmış 12409 manat borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Həmin Qaydaların 8.4cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Bununla bağlı olaraq bildirilir ki, cavabdeh tərəf sayğacın xəta ilə işlədiyini iddia edir və xətanın 67,3 faiz olduğunu bildirərək son 5 il üçün cərimə tətbiq olunduğunu bəyan edir. Həmin iddia ilə bağlı olaraq bildiririk ki, həmin Qaydaların 7.4-cü bəndinə əasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanısı onun vəsaiti hesabına yerinə yetirilir. Qaydaların bu bəndinə istinad edərək bildirilir ki, sayğacın qoşulma sxeminin pozulması cavabdeh təşkilatın əməkdaşlarının təqsiri üzündən baş vermişdir. Odur ki, buna görə məsuliyyət də cavabdehə aid edilir. Bundan əlavə, Qaydaların 8.15-ci bəndinə əsasən elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Bununla bağlı olaraq bildiririk ki, Mülki Məcəllənin 373-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Halbuki cavabdeh təşkilat son 5 il üçün xəta faizi hesablamışdır. Bundan əlavə, Qaydaların 8.15-ci bəndinə əsasən əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Antiinhisar və X6 Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Bununla bağlı olaraq bildirilir ki, aktda xəta faizi cavabdehin əməkdaşları tərəfindən qərəzli olaraq 67,3 faiz göstərilmişdir. Bu isə iddiaçıdan qanunsuz və əsassız olaraq əlavə vəsait tələb edilməsi məqsədi daşıyır. Odur ki, həmin akt ləğv edilməlidir. Cavabdeh “xxxxxxxx” X9 tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, iddiaçı “X2” X5 cavabdeh “xxxxxxxx” X3rşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci ildə iddiaçıya məxsus obyektə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman sayğacın sərf olunan elektrik enerjisini düzgün qeyd etmədiyi müəyyən edilmişdir. Bundan əlavə daha obyektiv araşdırma aparılması məqsədi ilə xətdən axan yük ampermaşa ilə ölçülmüş və elektrik hesabat sayğacının naqildən keçən yükü düzgün qeyd etməməsi təsdiqlənmişdir. Belə ki, faktiki xətdən axan yükün 49 kvt olmasına baxmayaraq (Pfaktiki =49 kvt) sayğacın qeydə aldığı yük 16 kvt (Psayğac=16kvt) olmuşdur. Ölçmə zamanı sayğacın 67,3% xəta ilə işləməsi halı bir daha təsdiqlənmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra EEİQ) 8.16-cı bəndinin tələblərinin pozulması haqqında xx xxxxxx 2020-ci il tarixli NDQ 006761 saylı akt tərtib edilmişdir. Akt iddiaçının nümayəndəsi Balakişi Hüseynovun iştirakı ilə tərtib edilmiş və sonuncu həmin aktı imzalayaraq aşkar olunmuş halları təsdiqləmişdir. EEİQ-nın 8.16-cı bəndinə əsasən istehlakçının təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Sayğac quraşdırma və uçota nəzarət şöbəsinin əməkdaşları tərəfindən Abonentin nümayəndəsi Balakişi Hüseynovun iştirakı xx xxxxxx 2020-ci il tarixdə sayğacın sxemi bərpa olunmuş və bununla əlaqədar sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 193058 saylı akt tərtib edilmişdir. Abonentin nümayəndəsi aktı imzalayaraq onun düzgünlüyünü təsdiq etmişdir. Bu hal bir daha sayğacda yaranmış qüsurun mövcudluğunu və obyektdə EEİQ-nın tələblərinin pozulması ilə elektrik enerjisindən istifadə olunmasını sübut edir. Abunə haqqında çıxarışdan da aydın olur ki, sayğac sxemi bərpa olunduqdan sonra sayğac üzrə aylıq göstəricilərlə sayğacın xəta ilə işlədiyi dövrlərdə olan göstəricilər arasında kəskin fərq vardır. Belə ki, sxem bərpa olunduqdan sonra obyektin sayğac üzrə aylıq sərfiyyatı əhəmiyyətli dərəcədə artmışdır. Belə fərqin olması tərtib olunmuş aktın əsaslı olmasının sübutu kimi qiymətləndirilməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə sayğac sxemi bərpa olunduqdan sonra gün ərzində orta hesabla ən azı 49,45 manat dəyərində elektrik enerjisi istehlak edilməsinin hesabatı aparılmışdır. Lakin, sayğac sxeminin düzgün işləmədiyi və sayğacın xəta ilə işlədiyi dövrlərdə orta gündəlik elektrik sərfıyyatı 14,15 manat olmuşdur. Göründüyü kimi, yeni sayğacla qeydə alınmış orta hesabla gündəlik enerji sərfıyyatı 49,45 manat ilə sayğacın xəta ilə işlədiyi dövrdə qeydə aldığı orta gündəlik 14,15 manat müqayisə edildikdə, sayğacın xəta nəticəsində istifadə olunmuş enerji sərfiyyatını 3 dəfə az qeydiyyata aldığı bir daha öz təsdiqini tapmışdır. Qeyd olunanlardan əlavə məhkəmənin nəzərinə çatdırılır ki, tərtib edilmiş məlum akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 12052,62 (on iki min əlli iki manat 62 qəpik) manat məbləğində hesablaşma aparılmışdır. İddiaçı isə akt əsasında 12409 hesablaşma aparıldığını iddia edərək, həmin məbləğin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi məbləğin akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Yuxarıda sadalananlara əsasən iddiaçının “EEİQ”-nin tələblərinin açıq aşkar pozduğunu, onun öz vəzifələrini yerinə yetirməyərək hüquqlarından istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq iddiaçının iddia tələbi hüquqdan sui-istifadə hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir və həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Ona görə də, iddiaçı “X2” ASCnin cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “tərtib edilmiş 006761 saylı və 193058 saylı aktların ləğv edilməsi və hesablanmış 12409 manat məbləğində borcun silinməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı “X2” X5 nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və cavabdeh “xxxxxxxx” X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 006761 saylı və 193058 saylı aktların ləğv edilməsi və xəta faizinə əsasən hesablanmış 12409 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” X5 nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı etirazda göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün iddiaçı “X2” X5 cavabdeh “xxxxxxxx” X3rşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” X5 nümayəndəsi X1 cavab olaraq bildirdi ki, iddiaçı “X2” X7 məxsus qeyri-yaşayış sahəsi qeyri-əhali üçün nəzərdə tutulan müqavilə əsasında elektrik enerjisi ilə təmin olunur və bununla bağlı müvafiq sayğac quraşdırılmışdır. xx xxxxxx 2020-ci il tarixli aktla müəyyən edilmişdir ki, iddiaçıya məxsus obyektə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilərkən həmin sayğacın sərf olunan elektrik enerjisini düzgün qeyd etməməsi halı aşkar edilmişdir. Həmin akt tərtib edilərkən xətdən axan yük ampermaşa ilə ölçülmüş və elektrik hesabat sayğacının qeydə aldığı yükün 16 kvt, faktiki axan yükün isə 49 kvt olduğu müəyyən edilmişdir. Başqa sözlə desək, xətdən 49 kvt yük axdığı halda, sayğac həmin yükün 16 kvt-nı qeydə alıb. Yəni, ölçmə zamanı sayğacın 67,3 % xəta ilə işləməsi halı təsdiqlənmiş və bundan sonra yaranmış qüsurları aradan qaldırılaraq sayğac sxemi bərpa olunmuşdur. Ona görə də, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələblərinə əsasən 2019-cu ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək olan müddətdə itirilmiş elektrik enerjisinin bərpası məqsədilə bir illik müddət üçün itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılaraq, aşkar olunan sayğac xətasına görə cəmi 12052,62 manat məbləğində dəymiş zərər hesablanmışdır. Yəni, sayğacın aşkar olunmuş qüsurunda istehlakçı “X2” ASC təqsirli hesab edilməmiş və buna görə də, dəymiş zərərin hesabatı EEİQ-nin 8.16-cı bəndinə əsasən aparılmışdır. Abonent saldosuna əsasən həmin sayğac tərəfindən hesabatın bir il ərzində düzgün aparılmadığı müəyyən edilərək, orta günlük sərfiyyat müəyyən edilərək bir il üçün nəzərdə tutulan sərfiyyat hesablanmış və həmin sərfiyyatdan həmin müddətdə sayğacın hesabladığı elektrik enerji sərfiyyatının dəyəri çıxılmış və geridə qalan 12052,62 manat məbləğində itirilmiş sərfiyyatın dəyəri istehlakçıdan tələb edilmişdir. Sayğacın normal fəaliyyəti davam etdikdən sonra Abunə haqqında çıxarışdan da görsənir ki, xx xxxxxx 2020-ci il tarixindən sonra sayğac göstəricilərində kəskin artmalar müşahidə olunmuşdur. Belə ki, bərpadan sonra 18 gün ərzində 795 manat, 30 gün müddətində 1800 manat və növbəti 30 gün ərzində isə 1440 manat, məbləğində sərfiyyatlar qeydə alınmışdır. Bərpadan əvvəlki sərfiyyatlar isə hər ay təxminən 360 manat məbləğində olmuşdur. Bu hallar isə xx xxxxxx 2020-ci il tarixli aktın və həmin akt əsasında aparılan hesabatın əsaslı olduğunu bir daha təsdiq edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi “xxxxxxxx” X9 tərəfindən istehlakçı “X2” X7 (abonent kodu: **********5) məxsus qeyri-yaşayış sahəsi elektrik enerjisi ilə təchiz edilmiş və xx xxxxxxx 2014-cü ildə həmin qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmışdır. xx xxxxxx 2020-ci ildə isə həmin sayğacın texniki göstəriciləri istehlakçının nümayəndəsinin iştirakı ilə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən “ampermaşa” vasitəsi ilə yoxlanılarkən məlum sayğac tərəfindən elektrik sərfiyyatının düzgün hesabatı aparılmadığı müəyyən edilmiş və bununla əlaqədar xx xxxxxx 2020-ci il tarixli 006761 nömrəli akt tərtib edilərək, həmin sayğacda aşkar edilmiş qüsur (sayğacın şəbəkəyə qoşulma sxeminin səhv olması və sayğacın sərf olunan elektrik enerjisini düzgün qeyd etməməsi müəyyən edilmişdir. Çünki, sayğacın qeydə aldığı yük Psayğac=16 kvt olduğu halda, axan yük Pfaktiki=49 kvt olmuşdur) aradan qaldırılaraq, həmin tarixdə sayğac tərəfindən elektrik təchizatının sərfiyyatın düzgün hesabatının aparılması bərpa edilmişdir. Enerjitəchizatı müəssisəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələbləri tətbiq edilməklə orta günlük sərfiyyat müəyyən edilərək, xx xxxxxx 2020-ci il tarixli akt əsasında hesabatı qüsurlu apardığı müəyyən edilmiş sayğacın düzgün hesabat aparmadığı təxminən bir illik müddət üçün istifadə olunan elektrik enerjisinin miqdarı hesablanmışdır. Yəni, həmin müddətdə sayğac tərəfindən hesablanmamış sərfiyyatın yekun dəyərinin cəmi 12052,62 manatməbləğində müəyyən edilərək, həmin məbləğ borc kimi istehlakçının hesabına daxil edilmişdir. Lakin, istehlakçı (iddiaçı) “X2” ASC həmin hesabatla razılaşmamış və məlum sayğacın düzgün hesabat aparmamasında İstehlakçının (iddiaçının) təqsiri olmadığına və buna məsuliyyəti Enerjitəchizatı müəssisəsi (cavabdeh) daşıdığı üçün sayğac tərəfindən hesablanmamış sərfiyyata görə istehlakçıdan pul tələb edilməsini mübahisələndirmişdir. İş materiallarında olan istehlakçı “X2” ASC-yə (abonent kodu: **********5) aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, xx xxxxxxx 2014-cü ildə quraşdırılmış və xx xxxxxx 2020-ci ildə qüsurlu hesabat apardığı müəyyən edilmiş sayğac tərəfindən abonentin elektrik enerji sərfiyyatları xx xxxxxx 2019-cu ildə 540 manat (31 gün üçün), xx xxxxxx 2019-cu ildə 360 manat (28 gün üçün), xx xxxx 2019-cu ildə 360 manat (30 gün üçün), xx xxxxx 2019-cu ildə 360 manat (32 gün üçün), xx xxx 2019-cu ildə 360 manat (31 gün üçün), xx xxxx 2019-cu ildə 360 manat (31 gün üçün), xx xxxx 2019-cu ildə 360 manat (30 gün üçün), xx xxxxxx 2019-cu ildə 180 manat (32 gün üçün), xx xxxxxxxx 2019-cu ildə 360 manat (28 gün üçün), xx xxxxxxx 2019-cu ildə 360 manat (32 gün üçün), xx xxxxxx 2019-cu ildə 360 manat (30 gün üçün) və xx xxxxxx 2019-cu ildə 360 manat (30 gün üçün) məbləğlərində hesabat aparılmışdır. xx xxxxxx 2020-ci ildə isə həmin qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacda mövcud qüsur aradan qaldırıldıqdan sonra həmin sayğacla aparılan hesabatla müəyyən olunur ki, xx xxxxxx 2020-ci ildə 464,40 manat məbləğində (13 gün üçün), xx xxxxxx 2020-ci ildə 795,60 manat məbləğində (18 gün üçün), xx xxxxxx 2020-ci ildə 1800 manat məbləğində (30 gün üçün) və xx xxxx 2020-ci ildə 1440 manat məbləğində (30 gün üçün) elektrik enerjisi sərfiyyatı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Göründüyü kimi, təsvir olunanlarla müəyyən olunur ki, istehlakçıya (iddiaçıya) məxsus qeyri-yaşayış sahəsinin elektrik təchizatının hesabatı xx xxxxxx 2020-ci ilədək düzgün aparılmamış və bunda (sayğacın düzgün hesabat aparmamasında) istehlakçının (iddiaçının) təqsiri olmamışdır. Ona görə də, enerjitəchizatı müəssisəsi (cavabdeh) tərəfindən düzgün hesabatı aparılmamış elektrik enerjisi sərfiyyatının hesabatı “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələbləri nəzərə alınmaqla aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixli Akt əsasında düzgün hesabat aparmadığı müəyyən edilən sayğac tərəfindən hesabatı aparılmamış istifadə olunan elektrik enerjisi ilə əlaqədar istehlakçı (iddiaçı) “X2” ASC-yə (abonent kodu: **********5) məxsus qeyri-yaşayış sahəsi üçün 12052,62 (on iki min əlli iki manat 62 qəpik) manat məbləğində itirilmiş elektrik enerjisi sərfiyyatının (hesabat düzgün aparılmadığı üçün enerjitəchizatı müəssisəsinə dəymiş zərərin) hesablanması tam əsaslı və müvafiq hüquqi aktların tələblərinə uyğundur. Çünki, sayğac hesabat aparmadığı və yaxud, düzgün hesabat aparmadığı hallarda da İstehlakçı istifadə etdiyi elektrik enerjisinin dəyərini tam ödəməlidir. Ona görə də, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “cavabdeh “xxxxxxxx” X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 006761 saylı və 193058 saylı aktların ləğv edilməsi və xəta faizinə əsasən hesablanmış 12409 (on iki min dörd yüz doqquz) manat borcun silinməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı “X2” X5 cavabdeh “xxxxxxxx” X3rşı “borcun silinməsi” barədə iddia tələbi, yəni “cavabdeh “xxxxxxxx” X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020ci il tarixli 006761 saylı və 193058 saylı aktların ləğv edilməsi və xəta faizinə əsasən hesablanmış 12409 (on iki min dörd yüz doqquz) manat borcun silinməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X2” X5 cavabdeh “xxxxxxxx” X3rşı “borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-85/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-85/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver