Məhkəmə qərarları › İş №e-2-2(119)-854/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-854/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-854/2021 27.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Əldər qızının, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Fərdi Şirkətinə və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 Fərdi Şirkəti və Cavabdeh2 955,00 (doqquz yüz əlli beş)manat məbləğində sığorta ödənişinin əvəzi, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsümu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, Cavabdeh1 Fərdi Şirkətinə məxsus ** JU *** dövlət qeydiyyat nişanlı İveco Astra markalı avtonəqliyyat vasitəsi 04.04.2018-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır 06.10.2018-ci il tarixində Cavabdeh1 Fərdi Şirkətinin sürücüsü Cavabdeh2 idarə etdiyi ** JU *** dövlət qeydiyyat nişanlı İveco Astra markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** OT *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C220 CDİ markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** OT *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C220 CDİ markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 955 (doqquz yüzəlli beş) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 07.03.2019-cu il tarixli sığorta aktına əsasən, ** OT *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C220 CDİ markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 955 (doqquz yüz əlli beş) manat sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari Sığortalar haqqında” Qanunda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 Fərdi Şirkətinin sürücüsü Cavabdeh2 ətrəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. İddia ərizəsində Mülki Məcəllənin 1099.1-ci maddəsinə istinad edilməklə göstərilir ki, "xxxx" ASC tərəfindən ödənilmiş 955 (doqquz yüz əlli beş) manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 Fərdi Şirkəti və Cavabdeh2 tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini, hadisə baş verən zaman digər avtomobilə ziyan dəymədiyini güman edərək idarə etdiyi avtomobili saxlamayaraq hərəkətə davam etdiyini, sığortaya ödəniş edilməsi üçün həmin vaxt işlədiyi Cavabdeh1 tərəfindən maaşından 1000 manat pul tutulduğunu, hazırda həmin məbləği ödəmək imkanının olmadığını bildirdi və dəymiş ziyanın əvəzinin Cavabdeh1ndən tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan PPA********** nömrəli İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 04.04.2018-cİ il tarixdə 1 (bir) il müddətinə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “İveco Astra” markalı **-JU-*** dövlət nömrə nişanlı avtomobilin sığortalanması üçün 225 manat sığorta haqqı ödənilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 Fərdi Şirkətinə məxsus Cavabdeh2 idarə etdiyi **-JU-*** dövlət qeydiyyat nişanlı “İveco Astra” markalı avtomobil 06.10.2018-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində 90-OT 312 dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220 CDİ” markalı avtonəqliyyat avtomobilə ziyan vurmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair hesabata əsasən **-OT-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220 CDİ” markalı avtomobilin təmiri üçün dəymiş zərərin ümumi miqdarı 955 (doqquz yüz əlli beş) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 05.02.2019-cu il tarixli, 982580 nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 955 manat olan ehtiyyat hissələri (xidmət haqqı) X2 tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir. Həmçinin, 001XOH********** nömrəli sığorta ödənişi aktından görünür ki, nəqliyyat vasitəsinə dəyən zərər görə X1 955 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 06.03.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 06.10.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış **-OT-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 955 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təvil verilmişdir. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödəniş məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddiməsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 Fərdi Şirkətindən və Cavabdeh2 vurulmuş zərərin əvəzi olaraq 955 (doqquz yüz əlli beş) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2 maddəsini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Fərdi Şirkətindən və Cavabdeh2 955 (doqquz yüz əlli beş) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 985,40 (doqquz yüz səksən beş manat 40 qəpik) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar