Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-887/2024 07.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Nümayəndə1 iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 578,88 (beş yüz yetmiş səkkiz man səksən səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il FT-FŞ/2022-10 saylı müqaviləyə əsasən satıcı alıcını müxtəlif mallarla təchiz etməyi, alıcı isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Alıcı öz müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022xx.xx.2023-cü il tarix aralığını əhatə edən dövr üzrə elektron qaimə əsasında cavabdehə ƏDV daxil 4550,48 (dörd min beş yüz əlli manat qırx səkkiz qəpik) manat dəyərində mal verilmişdir. Həmin malların dəyəri 30 gün sonra ödənilməli idi. Lakin cavabdeh tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il aralığında ƏDV daxil 3855,01 (üç min səkkiz yüz əlli beş manat bir qəpik) manat məbləğində ödəniş olunmuş və cavabdehin ƏDV daxil 578,88 (beş yüz yetmiş səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı tərəfindən Cavabdeh 23 fevral 2024-cü il tarixli pretenziya göndərilmiş, lakin hələ də 578,88 (beş yüz yetmiş səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borc ödənilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bununla yanaşı o, İddiaçı tərəfidən Cavabdeh satılan malların dəyərindən ödəniş məbləğlərini çıxdıqda iddia ərizəsində tələb edilən borc məbləğindən daha artıq məbləğ alınmasını cavabdeh tərəfindən təxminən yüz manat dəyərində malların geri qaytarılması ilə izah etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli FT-FŞ/2022-10 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı malları təchiz edir, alıcı isə həmin malları alır. Hər hansı bir təchiz ediləcək malların miqdarı, təchizat müddəti və şərtləri, həmçinin qiymətləri və ödəniş şərtləri qaiməfakturalarda da göstəriləcəkdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı satıcı tərəfindən təchiz edilmiş malların haqqını müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş mallar təhvil verildikdən sonra 30 gün ərzində nağdsız qaydada aparılır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən hər bir qaimə-faktura üzrə ödəniş qaimə fakturanın ümumi məbləğini təşkil edir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 301,05 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCK seriyalı 332970 nömrəli, 171 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCK seriyalı 334156 nömrəli, 82,88 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCM seriyalı 530105 nömrəli, 400,05 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCM seriyalı 680723 nömrəli, 298,35 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCO seriyalı 973853 nömrəli, 399,33 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDC seriyalı 496229 nömrəli, 400,01 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDE seriyalı 732199 nömrəli, 500 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDH seriyalı 532612 nömrəli, 500,16 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDL seriyalı 913096 nömrəli, 547,20 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDO seriyalı 722278 nömrəli, 500,13 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDR seriyalı 797393 nömrəli, 450,33 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDT seriyalı 915751 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə xx.xx.2022-ci il tarixdə 45,76 manat, xx.xx.2023-cü il tarixdə 61,02 manat, xx.xx.2023-cü il tarixdə 45,76 manat, xx.xx.2023-cü il tarixdə 61,02 manat, xx.xx.2023-cü il tarixdə 61,02 manat, xx.xx.2023-cü il tarixdə 76,27 manat, xx.xx.2023-cü il tarixdə 76,27 manat, xx.xx.2023-cü il tarixdə 61,02 manat, xx.xx.2023-cü il tarixdə 22,88 manat və xx.xx.2023-cü il tarixdə 76,27 manat olmaqla, cəmi 587,29 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “Unibank” Kommersiya Bankının 16 saylı filialının xx.xx.2024-cü il tarixli UB-BKS-ƏBX-150 nömrəli arayışında göstərilir ki, İddiaçınə məxsus olan AZ56UBAZ**********0060AZN001 saylı cari hesaba Cavabdeh tərəfindən xx.xx.2022ci il tarixdə 254,24 manat, xx.xx.2023-cü il tarixdə 338,98 manat, xx.xx.2023-cü il tarixdə 254,24 manat, xx.xx.2023-cü il tarixdə 338,98 manat, xx.xx.2023-cü il tarixdə 338,98 manat, xx.xx.2023-cü il tarixdə 423,73 manat, xx.xx.2023-cü il tarixdə 423,73 manat, xx.xx.2023-cü il tarixdə 338,98 manat, xx.xx.2023-cü il tarixdə 127,12 manat və xx.xx.2023-cü il tarixdə 423,73 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh arasında 27 oktyabr 2022-ci il tarixli FT-FŞ/2022-10 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 4550,49 manat dəyərində mallar cavabdehə satılmış, lakin Cavabdeh tərəfindən ƏDV daxil 3850 manat ödəniş həyata keçirilsə də, öhdəlik tam icra edilməyərək malların hamısının dəyəri ödənilməmişdir. Buna görə İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 578,88 (beş yüz yetmiş səkkiz man səksən səkkiz qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin cavabdehdən “ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 578,88 (beş yüz yetmiş səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 608,88 (altı yüz səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 578,88 (beş yüz yetmiş səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 608,88 (altı yüz səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-887/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-887/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver