Məhkəmə qərarları › İş №e-2-2(119)-940/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-940/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-940/2024 04.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən ƏDV daxil cəmi 41127,72 (qırx bir min yüz iyirmi yeddi manat yetmiş iki qəpik) manat məbləğində borc, 216 (iki yüz on altı) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 41463,72 (qırx bir min dörd yüz altmış üç manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə 34854 manat (ƏDV daxil deyil) məbləğində laminat məhsulunu satmış və təhvil vermişdir. 34854 manat əsas borc və 6273,72 manat ƏDV olmaqla, cəmi 41127,72 manat pulun ödənilməsi üçün İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2022-ci il tarixli EBCA seriyalı, 895350 nömrəli elektron qaimə göndərilmiş və cavabdeh firma da həmin elektron qaiməni təsdiq etmişdir. Lakin həmin pulun ödənilməsi cavabdehdən dəfələrlə tələb olunsa da, hələ də borc ödənilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 41689,4 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBE seriyalı 885711 nömrəli, 76676,4 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBL seriyalı 588967 nömrəli, 38046 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBM seriyalı 025814 nömrəli, 10340 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBM seriyalı 218594 nömrəli, 30650,2 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBM seriyalı 670528 nömrəli, 60327,5 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 004393 nömrəli, 27612,2 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 044945 nömrəli, 39050,5 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 914427 nömrəli, 55349,5 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBO seriyalı 761158 nömrəli, 24603 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBP seriyalı 445225 nömrəli, 24721 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2022ci il tarixli EBBP seriyalı 446388 nömrəli, 77703 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBS seriyalı 446765 nömrəli, 46928,6 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBS seriyalı 846233 nömrəli, 60050,2 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBU seriyalı 423743 nömrəli, 54634 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2022ci il tarixli EBBY seriyalı 022537 nömrəli, 41127,72 manat dəyərində laminat satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCA seriyalı 895350 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan ödəniş qəbzlərindən və "xxxx" Azərbaycan QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı "xxxx" Azərbaycan QSC-də olan bank hesabına xx.xx.2021-ci il tarixdə 35330 manat, xx.xx.2021-ci il tarixdə 64980 manat, xx.xx.2021-ci il tarixdə 90380 manat, xx.xx.2021-ci il tarixdə 51125 manat, xx.xx.2021-ci il tarixdə 100850 manat, xx.xx.2021-ci il tarixdə 20950 manat, xx.xx.2022-ci il tarixdə 39770 manat, xx.xx.2022-ci il tarixdə 65850 manat, xx.xx.2022-ci il tarixdə 50890 manat və xx.xx.2022-ci il tarixdə 46300 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçınə məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə xx.xx.2021-ci il tarixdə 6359,4 manat, xx.xx.2021-ci il tarixdə 11696,4 manat, xx.xx.2021-ci il tarixdə 16268,4 manat, xx.xx.2021ci il tarixdə 9202,5 manat, xx.xx.2021-ci il tarixdə 18153 manat, xx.xx.2021-ci il tarixdə 3771 manat, xx.xx.2022-ci il tarixdə 11853 manat, xx.xx.2022-ci il tarixdə 7158,6 manat, xx.xx.2022-ci il tarixdə 9160,2 manat və xx.xx.2022-ci il tarixdə 8334 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 329-cu madəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı 16 ədəd elektron qaimə üzrə ümumilikdə 709509,22 manat dəyərində laminat Cavabdehnə satılmışdır. Lakin Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, həmin malların dəyərindən iddiaçının bank hesabına 566425 manat, ƏDV sub-uçot hesabına 101956,5 manat olmaqla, ümumilikdə 668381,5 manat məbləğində ödəniş etmiş, 41127,72 (qırx bir min yüz iyirmi yeddi manat yetmiş iki qəpik) manat məbləğində borcu qalmışdır. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında şifahi alqı-satqıdan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, Cavabdehndən ödənilməmiş ƏDV daxil 41127,72 (qırx bir min yüz iyirmi yeddi manat yetmiş iki qəpik) manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. İddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməsini təsdiq edən 23 may 2024-cü il tarixli ödəniş sənədini əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “ödənilmiş 216 (iki yüz on altı) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 216 (iki yüz on altı) manat dövlət rüsumunun hazırkı iddia tələbi üzrə ödənilməli olan 213,38 (iki yüz on üç manat otuz səkkiz qəpik) manat hissəsi Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən ƏDV daxil cəmi 41127,72 (qırx bir min yüz iyirmi yeddi manat yetmiş iki qəpik) manat məbləğində borc, 213,38 (iki yüz on üç manat otuz səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 41461,10 (qırx bir min dörd yüz altmış bir manat on qəpik) manat məbləğində məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil cəmi 41127,72 (qırx bir min yüz iyirmi yeddi manat yetmiş iki qəpik) manat məbləğində borc, 213,38 (iki yüz on üç manat otuz səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 41461,10 (qırx bir min dörd yüz altmış bir manat on qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar