Məhkəmə qərarları › İş №e-2-2(119)-948/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-948/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-948/2021 08.12.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommeriya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Fatmayı Bələdiyyəsinə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ċavabdehə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı mərhələsində iddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək, cavabdehlə aralarında aşağıda göstərilən məzmunda 07 dekabr 2021-cu il tarixli, barışıq sazişi bağladıqlarını bildirmişdir.

1. Abşeron Rayonu Fatmayi bələdiyyəsi "xxxx" ASC-nə elektrik enerjisindən istifadəyə görə yaranmış 19 433,33 manat borcun 7 651,65 manat hissəsini etiraf edir və həminm borcun 5 080,36 manat hissəsini ödəmişdir. Qalan 2 571,29 manat borcu 2021-ci ilin dekabr ayından başlayaraq hissə-hissə 2 ay ərzində aşağıda göstərilən cədvələ müvafiq olaraq ödənilməsini təmin etməyi öhdəsinə götürür: sıra № Aylar İllər Ödəniləcək məbləğ 1 Dekabr 2021 1 285,65 2 Yanvar 2022 1 285,64

"xxxx" ASC Fatmayi bələdiyyəsi tərəfindən yaranmış borc tam ödənildikdən sonra "xxxx" ASC dövründə yaranmış, qalan 11 781,68 manat məbləği tələb etməyəcəyini və **********4 nömrəli abunə kodundan siləcəyini öz öhdəsinə götürür.

2. X3 3 nüsxədən ibarət tərtib olunub: biri "xxxx" ASC-nə, biri Fatmayi Bələdiyyəsinə, digəri isə Sumqayıt Kommersiya Məhkəməsinə verilir.

Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə ċavabdeh Abşeron Rayonu Fatmayı Bələdiyyəsi arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. Abşeron Rayonu Fatmayi bələdiyyəsi "xxxx" ASC-nə elektrik enerjisindən istifadəyə görə yaranmış 19 433,33 manat borcun 7 651,65 manat hissəsini etiraf edir və həminm borcun 5 080,36 manat hissəsini ödəmişdir. Qalan 2 571,29 manat borcu 2021-ci ilin dekabr ayından başlayaraq hissə-hissə 2 ay ərzində aşağıda göstərilən cədvələ müvafiq olaraq ödənilməsini təmin etməyi öhdəsinə götürür: sıra № Aylar İllər Ödəniləcək məbləğ 1 Dekabr 2021 1 285,65 2 Yanvar 2022 1 285,64

2. "xxxx" ASC Fatmayi bələdiyyəsi tərəfindən yaranmış borc tam ödənildikdən sonra "xxxx" ASC dövründə yaranmış, qalan 11 781,68 manat məbləği tələb etməyəcəyini və **********4 nömrəli abunə kodundan siləcəyini öz öhdəsinə götürür.

3. X3; 3 nüsxədən ibarət tərtib olunub: biri "xxxx" ASC-nə, biri Fatmayi Bələdiyyəsinə, digəri isə Sumqayıt Kommersiya Məhkəməsinə verilir.

İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar