Məhkəmə qərarları › İş №e-2-2(119)-962/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-962/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq po
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-962/2022 29.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı qanuni təmsilçisi X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt X5 tərəfindən 31 may 2021-ci il tarixdə tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktın ləğv edilməsi və Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən İddiaçınə **********00000 saylı abonet koduna hesablanmış və itirilmiş 6480 kubmetr qaza görə hesablanmış 1498,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın Cavabdeh Sumqayıt X4 əməkdaşları tərəfindən 31 may 2021-ci il tarixdə tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktın ləğv olunması hissəsində iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə 3 halda işin icraatına xitam verilə bilər: - İş məhkəməyə aid olsa da, mülki məhkəmə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xəta) baxılmalı olduqda; - İş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - İş ümumiyyətlə şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki məhkəmə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Aktdan görünür ki, həmin akt iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə quraşdırılmış sayğaca baxış nəticəsində aşkar edilən hallara dair cavabdehin əməkdaşlarının mövqeyini əks etdirir və bu akt iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt, özözlüyündə, iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir, çünki həmin akt iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə quraşdırılmış sayğaca baxış nəticəsində aşkar edilən hallara dair cavabdehin əməkdaşlarının mövqeyini əks etdirir. Mübahisəli akt əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar, o cümlədən dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edilərək hesablanmış ziyanın ödənilməsi tələb olunarsa, iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz gedə bilər. Buna müvafıq olaraq, iddiaçı məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirməlidir, çünki aktın tərtib edilməsi və cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələlərdir. Aktın tərtib edilməsinə baxmayaraq, məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz gedə bilər. İşdən görünür ki, iddiaçı barəsində yalnız akt qəbul edilmiş, bundan sonra ona cərimə hesablanmışdır və deməli bu akt, öz-özlüyündə, onun hər hansı hüququna müdaxilə etmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları tərəfındən tərtib edilmiş akt iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozulması nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz, çünki şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müyyən olunsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-962/2022 nömrəli kommersiya işi üzrə icraata Cavabdeh Sumqayıt X4 31 may 2021-ci il tarixdə tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktın ləğv olunması hissəsində xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar