Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-997/2024 26.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı “Təbii X2nın pozulması haqqında” 04 mart 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2079 (iki min yetmiş doqquz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilatla bağladığı müqaviləyə əsasən Quba rayonu, H.Əliyev prospekti 33 ünvanında yerləşən “Gülüstan” adlı ictimai-iaşə obyektində təbii qazdan istifadə edərək istifadə etdiyi qazın dəyərini vaxtlıvaxtında ödəmişdir. 04 mart 2024-cü il tarixdə cavabdeh təşkilatın Xaçmaz X4 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları iddiaçıya məxsus obyektə gələrək G6-zenner tipli sayğaca baxış keçirərkən sayğacın saatlıq sərfiyyatının aşdığını qeyd edərək, itirilmiş təbii qazın hesablanması və dəyərinin ödənilməsi və təbii X2nın pozulması haqqında № ******* akt tərtib etmişdir. Həmin akta əsasən iddiaçıya məxsus obyektin abonent hesabına 2079 (iki min yetmiş doqquz) manat məbləğində borc hesablanmışdır. İddiaçıya məxsus obyektdə heç vaxt qanunsuz istifadə halı olmamış, istehlak etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş, ona görə yazılmış borc əsasız və qanunsuz olduğu üçün iddiaçı həmin aktla razılaşmır. Cavabdeh əməkaşları tərəfindən iddiaçının istifadə etdiyi qaz sayğacının göstəricisi şübhə altına alınsa da, heç bir sübut olmadan iddiaçıya əsassız olaraq borc hesablamaqla onun hüquqlarını kobudcasına pozmuşdur. İddiaçı sahibkardır və sahibkar kimi ona məxsus obyekt Cavabdeh əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi hqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 5 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. 23 aprel 2024-cü il tarixində iddiaçının cavabdeh təşkilata göndərdiyi məktubda əsassız tərtib edilmiş akt əsasında borcun onun abonent hesabından silinməsi barədə müraciət olunsa da, hələ cavabdeh təşkilatdan heç bir cavab məktubu gəlməmişdir. Ona görə də iddiaçı kommersiya məhkəməsinə müraciət etməli olmuşdur. Cavabdeh tərəfindən 11 iyun 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, “Azəriqaz" X1 X4 İdarəsinin Quba Xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan “Gülüstan” ictimai-iaşə obyektinin sahibi İddiaçı Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsini işlədir. Həmin obyektdə əhaliyə ictimai-iaşə xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə İddiaçı üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə “Azəriqaz" istehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman iddiaçının istifadəsində olan restoranda quraşdırılmış Zenner tipli G-6 markalı, **********7 №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 17,7 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 7,7 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 8316 m3 və ya 2079 manat hesablanmışdır. “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə” müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İddiaçı “Gülüstan” restoranının qaz xəttinin üstündə quraşdırılmış qaz sayğacına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istrismar etməklə X2nı təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Belə ki, layihə sənədlərində və müqavilədə 1 ədəd qaz piltəsi PQ-4,1 ədəd kombi 1/1, bir ədəd düz axımlı su qızdırıcı nəzərdə tutulduğu halda, faktiki olaraq həmin restoranda layihədən əlavə saatda 7,7 m3 artıq qaz sərf edən digər qaz işlədici cihazlar quraşdırılmışdır. Həmin Qərarın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı iddiasının əsasını ona məxsus obyekt yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 5 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə Cavabdeh Xaçmaz RQİİ-nin və Quba xidmət sahəsinin işçiləri tərəfindən əməl edilməməsi təşkil edir. Lakin onun bu dəlilləri tamamilə əsassızdır. Belə ki, həmin yoxlama xx.xx.2024-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə salınıb və KY242088060 saylı çıxarış alınmışdır. Bu barədə abonentin tam məlumatı vardır. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. 31 iyul 2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə verərək Cavabdeh tərəfindən ona “Təbii X2nın pozulması haqqında” 04 mart 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2079 (iki min yetmiş doqquz) manat məbləğində borcun silinməsi və ona dəymiş maddi və mənəvi ziyan olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 01 avqust 2024-cü il tarixdə İddiaçı məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə verərək məhkəmədən Cavabdeh tərəfindən ona “Təbii X2nın pozulması haqqında” 04 mart 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2079 (iki min yetmiş doqquz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli AMX-5477/23 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” 04 mart 2024-cü il tarixli ******* nömrəli aktda qeyd olunur ki, Quba Xidmət Sahəsi üzrə 04 mart 2024-cü il tarixdə İddiaçı məxsus müəssisəyə baxış keçirilən zaman onun istifadəsində olan G6 tipli sayğacın saatlıq sərfiyyatının aşdığı müəyyən olunmuşdur. İş materiallarında olan 04 mart 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, “X2”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqısatqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 17,7 m3/saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 8316 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2024-cü ilin fevral ayında akt əsasında İddiaçı məxsus **********00000 nömrəli abonent koduna 2079 (iki min yetmiş doqquz) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 04 mart 2024-cü il tarixli, KY242088060 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı məxsus sahibkarlıq obyektində aparılan yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış, yoxlamanın predmeti müqavilənin şərtlərinə əməl olunması və yoxlamanın müddəti xx.xx.2024xx.xx.2024-cü il göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, “paylayıcı” Cavabdeh ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istehlakçı” İddiaçı arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli AMX-5477/23 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən cavabdeh İddiaçı məxsus Quba rayonu, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi təbii qazla təchiz edilmiş və müvafiq qaydada G 6 tipli qaz sayğacı quraşdırılmışdır. 04 mart 2024-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyektinə baxış keçirilmiş, qaz sayğacına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazların qoşulduğu və G 6 tipli sayğacın saatlıq sərfiyyatının aşdığı qeyd olunaraq 04 mart 2024-cü il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən iddiaçıya 2079 (iki min yetmiş doqquz) manat borc hesablanmışdır. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat həmin aktı tərtib edərkən haqlı olmamışdır. Belə ki, Cavabdeh tərəfindən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 17,7 m3/saat olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, həmin qaz sayğacının saatlıq maksimal ölçmə həddinin 10 m3/saat olduğu nəzərə alınsa, iddiaçıya məxsus sahibkarlıq obyektində təbii qazdan istifadə üzrə aylıq sərfiyyat 7200 m3-dən az olmamalı idi (10 m3 x 24 saat x 30 gün =7200 m3). Lakin məhkəməyə təqdim edilmiş abonent saldosuna nəzər saldıqda görünür ki, tərəflər arasında 12 dekabr 2023-cü il tarixli AMX-5477/23 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlandıqdan sonra İddiaçı məxsus sahibkarlıq obyektində təbii qazdan istifadə üzrə sərfiyyat 2023-cü ilin dekabr ayında 3501 m3, 2024-cü ilin yanvar ayında 3822 m3, 2024cü ilin fevral ayında 3097 m3, 2024-cü ilin mart ayında 2476 m3 təşkil etmişdir. Göründüyü kimi, təbii qazdan istifadə üzrə aylıq sərfiyyat 7200 m3-dən dəfələrlə aşağı olmuşdur. Cavabdeh ona vurulmuş maddi zərərin (qaz itkisi) əvəzi olaraq iddiaçıya borc hesablasa da, lakin məhkəməyə məhz maddi zərərin vurulmasına dair heç bir sübut təqdim etməmişdir. Bundan başqa İddiaçı tərəfindən artıq qaz işlədici cihazların şəbəkəyə qoşulması Cavabdeh maddi zərərə uğramasına səbəb olsa idi, bu hal aşkar edildiyi gün cavabdeh tərəfindən müvafiq tədbirlər (qazın verilməsinin dayandırılması, qaz sayğacının işlədicilərə uyğun sayğacla əvəz edilməsi tələbi və s.) həyata keçirilərdi. Əksinə abonent saldosundan görünür ki, İddiaçı 04 mart 2024-cü il tarixdən sonra da G 6 tipli qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etməyi davam etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 2.7-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. Göründüyü kimi, müayinə zamanı aşkar edilmiş nöqsan və pozuntularla bağlı (qanunsuz qoşulma və sayğaca müdaxilə halları istisna olmaqla) qanun yalnız texniki xidmətin həyata keçirilərək nöqsan və pozuntuların aradan qaldırılmasını nəzərdə tutmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı “Təbii X2nın pozulması haqqında” 04 mart 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2079 (iki min yetmiş doqquz) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasənhakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00000) “Təbii X2nın pozulması haqqında” 04 mart 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2079 (iki min yetmiş doqquz) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00000) “Təbii X2nın pozulması haqqında” 04 mart 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2079 (iki min yetmiş doqquz) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-997/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-997/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver