Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-10/2024 27.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Fəxrəddin-K“ MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 285744,69 (iki yüz səksən beş min yeddi yüz qırx dörd manat, altmış doqquz qəpik) manat borcun və 175,74 manat ödənilmiş rüsum xərcləri məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, ***-**-** saylı müqavilə əsasında “Fəxrəddin-K“ MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022 -ci il tarixə 285744,69 (iki yüz səksən beş min yeddi yüz qırx dörd manat, altmış doqquz qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı borcun tutulması tələbinə dair iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən "xxxx" MMC-yə hesablanmış 193.927,14 manat məbləğində borcun onun **********00000 saylı abonent hesabından silinməsinə dair qətnamə qabul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-257/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması və.s tələbinə dair iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-257/2023 saylı qərardadı ilə, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-257/2023 saylı, 17 mart 2023-cü il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-257/2023 saylı qərardadı ilə, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 257/2023 saylı, 17 mart 2023-cü il tarixli və e-2-2(121)-257/2023 saylı, 30 mart 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın və həmin qərardadlardan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(106)-52/2023 saylı qərardadı ilə, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli e-2-2(121)-257/2023 saylı və 30 mart 2023-cü il tarixli e-2-2(121)-257/2023 saylı qərardadlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-257/2023 saylı qərardadı ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iş üzrə icraatın dayandırılması barədə vəsatətinin təmin edilməsi, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması və s. tələbinə dair e-e-2-2(121)-257/2023 saylı iş üzrə icraat hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair e-2-2(113)-2911/2023 saylı kommersiya mübahisəsi ilə bağlı işə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılması qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 193.927,14 manat məbləğində borcun onun **********00000 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2911/2023 saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, iddiaçı "xxxx" MMC-yə əsassız olaraq hesablanmış 193.927,14 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdeh İddiaçınə həvalə edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli, ***-**-** saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, "xxxx" MMC isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Sözügedən müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, "xxxx" MMC-nin 285.744,69 manat borcu yaranmışdır. İş materiallarında olan X1 "xxxx" MMC-yə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC-yə təbii qazdan istifadəyə görə xx.xx.2021-ci il tarixə yaranmış 285.744,69 manat məbləğində borcunun 3 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı tərəfindən 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialının rəyindən görünür ki, təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC ilə qaz paylayıcısı arasında xx.xx.2017-ci il tarixli, ***-**-** nömrəli qazın aqlı-satqısı müqaviləsi bağlanılmışdır. Müqavilədə obyektin qaz qurğuları qaz sərfiyyatları göstərilməyən 2 ədəd generator, 1 ədəd kərpic sobası və qurğuların qaz sərfinin ölçülməsi məqsədilə G-400 markalı 80071094 nömrəli qaz sayğacı qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli 110 nömrəli hesab fakturaya əsasən xx.xx.2022-ci il tarixinə qalıq borc məbləği 285.744,69 manat təşkil edir. Abşeron Qaz Xİdmə Sahəsi və "xxxx" MMC tərəfindən təsdiq olunmuş qarışılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən xx.xx.2021-ci il tarixinə qazdan istifadəyə görə "xxxx" MMC-nin 136.608,71 manat məbləğində borcu vardır. Abonent saldosuna əsasən xx.xx.2022-ci il tarixinə borc məbləği 285.744,69 manat, sayğacın mexaniki göstəricisi ******* m3, elektron göstəricisi isə 133881 m3 olmuşdur. Və xx.xx.2023-cü il tarixinə sayğac göstəricilərində və borc məbləğində dəyişiklik olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təbbi qazdan istifadəyə görə "xxxx" MMC-nin 285.744,69 manat borcu yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2911/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-yə əsassız olaraq hesablanmış 193.927,14 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdeh İddiaçınə həvalə edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-yə hesablanmış 193.927,14 manat məbləğində borc Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə silindiyindən, İddiaçı cavabdeh "xxxx" MMC-dən hazırki 285.744,69 manat məbləğində borc tələbi üzrə iddiası qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli, 87 saylı qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından "xxxx" MMC-nin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də İddiaçı iddia tələbi qismən təmin edilərək "xxxx" MMCdən 91.817,55 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın “dövlət rüsumu kimi ödənilmiş 175,74 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddia əsas borca münasibətdə qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 56,47 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 91.817,55 manat məbləğində əsas borc və 56,47 manat dövlət rüsumu olmaqla, ümumilikdə 91.874,02 (doxsan bir min səkkiz yüz yetmiş dörd manat, iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-10/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-10/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver