Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1086/2023 01.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1, Mütəxəssis Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2 Lənkəran filialının aparıcı müfəttişi X5 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı –borcun silinməsi barəsində iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – cavabdeh ******* nömrəli, Cavabdeh xx.xx.2023-cü il tarixli aktı əsasında hesablanmış 2668,38 manat borcun silinməsi, mediasiya xərcləri kimi ödənilmiş 55 manat vəsaitin cavabdehdən alınaraq onun hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin X10 İstismar İdarəsinin nümayəndələri tərəfindən istifədəsində olan çörəkbişirmə sexində xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt yazılmışdır və həmin akta əsasən 2668,38 manat borc hesablanmışdır. Cavabdeh İB-nin X10 İstismar İdarəsinin nümayəndələri tərəfindən çörəkbişirmə sexinə qaz şəbəkəsi üzərinə quraşdırlmış “Elster G-65 RVG EK-220” markalı, 75117622 nömrəli qaz sayğacına 12129 m3 uçota alınmayan qaz həcmi üzrə hesablanmış borc qanunsuzdur. Lənkəran rayonu Moğonojoba kəndində yerləşən çörəkbişirmə sexinə qaydalara uyğun şəkildə qaz sayğacı quraşdırılmışdır. Çörəkbişirmə sexinə çörək bişirmək üçün qazdan istifadə edilir və istifadə elədiyi qazın pulun sayğaca əsasən vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları gələrək qaz sayğacına baxış keçirmiş istifadə etdiyi qaz cihazlarına, qaz sayğacına baxış keçirmişlər. Onlara heç bir maneçilik etməmişdir. Onlar qaz xəttinə, işlətdiyi qaz cihazlarına, sayğaca baxış keçirmişlər və qeydiyyat apararaq qaz sayğaclarına xidmət mərkəzi tərəfindən əhali və qeyri-əhali abonentlərinin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğacına texniki xidmət göstərilməsini bildirmişlər. Quraşdırlan və istifadə olunan qaz sayğaclarına xidmət mərkəzi tərəfindən əhali və qeyri-əhali abonentlərinin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğacına texniki xidmət göstərilməsinə etiraz etmişdir. Qaz sayğaclarına texniki xidmət göstərilməsindən sonra ******* nömrəli, xx.xx.2023cü il tarixli akt yazılmışdır. Lakin sonradan ödənişlə bağlı müraciət etdikdə 2668,38 manat borc hesablanmışdır. Borcun əsassız olaraq hesablanması və ləğv edilməsi ilə əlaqədar müraciət etdikdə, cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.3-cü bəndinə əsasən, sənaye qaz qurğularından istifadə edən istehlakçılar əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərtilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamağı yerinə yetirməlidirlər. İstehlakçılar tərəfindən bu tələblərin yerinə yetırilməməsı qaz sayğacının istismar müddəti ərzində mexaniki hissələrinin aşınması, ölçü elementlərinin çirklənməsi (texniki amillər) nəticəsində normadan artıq xətalara yol verildiyi səbəbindən real istehlak olunmuş qaz həcminin qaz sayğaclarında uçotunun pozulması ilə nəticələnir. Belə olan halda, “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsi olan qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndınə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq vəzifəsi paylayıcının və 2.3.5-ci yarımbəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək öhdəliyi istehlakçının üzərinə qoyulmuşdur. Bu məqsədlə Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinin Sənaye qaz sayğaclarına xidmət mərkəzi tərəfindən əhali və qeyri-əhali abonentlərinin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğaclarına texniki xidmət göstərilir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən çıxarılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Məlumdur ki, turbin “TRZ” və rotor “RVG” tipli qaz sayğacları təmizlənmiş qeyrı-aqressiv və rəvan dəyişən axının kommersiya və ya texnoloji uçotu, o cümlədən qaz təchizatı sistemlərində, eləcə də sənaye qaz qurğularında istifadə edilən və “TOCT 5542-2014” standartının tələblərinə cavab verən kimyəvi cəhətdən heterogen təbii qaz, həmçinin hava azot və digər qeyri-aqressiv qazların həcminin ölçülməsi üçun nəzərdə tutulmuş ölçmə vasitəsidir. Bir çox hallarda layihəyə uyğun olaraq seçilmiş qaz sayğacı istehlakçılar tərəfindən layihə gücünə uyğun olmayaraq, həmçinin sayğacın minimal sərfölçmə qabiliyyətindən aşağı həddə (səviyyədə) istifadə olunur ki, belə olan halda da qazın sərfi xəta ilə hesablanır və ya sayğacdan qaz keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Digər tərəfdən “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Belə ki, TİP 50 2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0,25 %, qazın tərkibindəki azota görə 3,5 % və karbon qazına görə 4,0% təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən qazdan istifadə qaydaları və qazın alqısatqısı müqaviləsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsinə, eyni zamanda qaz sayğacının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə ölçmə metodikasına əsasən yerində texniki xidmət göstərilən sənaye tipli qaz sayğaclarının göstəricilərinə uyğun olaraq uçota alınmayan qaz həcminin hesablanması məqsədəuyğun hesab edilir. Göstərilənləri nəzərə alaraq, ona məxsus “Elster G-65 RVG EK-220” markalı, 75117622 nömrəli qaz sayğacına 12129 m3 uçota alınmayan qaz həcmi müəyyən edilmişdir. Cavabdeh təşkilatın müraciətinə bu qaydada yanaşması hesab edir ki, qətiyyən düzgün deyildir. Belə ki, istehlakçı olaraq təqsiri olmadığı halda, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində cavabdehə heç bir zərər vurulmamışdır. Cavabdeh təşkilatın məsul şəxsləri onun qazdan qanunsuz işlətməyini təsdiq edən heç bir sübut göstərə bilməmişlər, borcun sistemə düşdüyünü, ancaq məhkəmə qərarı ilə silinə biləcəyini bildirmişlər. X10 İdarəsinin öz qanunsuz yazdıqları aktı və cəriməni ləğv etməyəcəklərini başa düşdüyü üçün məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Cavabdehin nümayəndələri qanunsuz yazdıqları borcu tələb etdilər, ödənilməzsə qaz təminatının dayandırılması bildirilir. Məhkəməyə müraciət etmək məcburiyyətindədir. Çörəkbişirmə sexinə çörək bişirmək üçün qazdan istifadə edilir, qaz sayğacı küçədə, gözlə görünən yerdə quraşdırılıb, istənilən şəxs istədiyi vaxt sayğaca baxa bilir. İstifadə edilən qazın sərfiyyatı vaxtında və dəqiq ödənilmişdir. Dövr ərzində qaz təminatında və ödənişlərdə ciddi dəyişiklik olmamışdır. Akt cavabdehin nümayəndələri tərəfindən yazılmış, cavabdehin maraqlarına xidmət göstərir. Qeyd olunanlardan əlavə cavabdehin nümayəndələri xx.xx.2023-cü il tarixdə onun çörəkbişirmə sexinə baxış keçirərkən və akt tərtib edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçının nümayəndələri isə ona texniki baxış keçiriləcəyi barədə heç bir rəsmi bildiriş təqdim etməmişdir. Bundan əlavə, cavabdeh ona məxsus çörəkbişirmə sexinə baxış keçirərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərini pozmuşdur. Qeyd edilən normativ aktların tələbləri cavabdeh tərəfindən təmin olunmamışdır. Qeyd olunanlar Cavabdeh İB-nin ******* saylı, xx.xx.2023-cü il tarixli aktının və 2668,38 manat yazılmış cərimənin qanunsuz yazılmasının sübutudur. Mübahisənin məhkəməyədək həll olunması üçün cavabdehə pretenziya qaydasında müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktının və həmin akt əsasında hesablanmış 2668,38 mnat cərimənin məhkəmə qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, iddiaçı Mahmudov X8 rayonu, Moğonojoba kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla X10 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00000 kodla abonent qeydiyyatındadır. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə AMX-5131/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si bağlanmışdır. Bu məqsədlə, “Azəriqaz" İB-nin Təmir Tikinti İdarəsinin Sənaye qaz sayğaclarına xidmət mərkəzi tərəfindən əhali və qeyri-əhali abonentlərinin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğaclarına texniki xidmət göstərilir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən çıxarılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Məlumdur ki, turbin TRZ və rotor RVG tipli qaz sayğacları təmizlənmiş qeyri- aqressiv və rəvan dəyişən axının kommersiya və ya texnoloji uçotu, o cümlədən qaz təchizatı sistemlərində, eləcə də sənaye qaz qurğularında istifadə edilən və TOCT 5542- 2014 standartının tələblərinə cavab verən kimyəvi cəhətdən heterogen təbii qaz, həmçinin hava, azot və digər qeyri-aqressiv qazların həcminin ölçülməsi üçün nəzərdə tutulmuş ölçmə vasitəsidir. Bir çox hallarda layihəyə uyğun olaraq seçilmiş qaz sayğacı istehlakçılar tərəfindən layihə gücünə uyğun olmayaraq, həmçinin sayğacın minimal sərfölçmə qabilyyətindən aşağı həddə (səviyyədə) istifadə olunur ki, belə olan halda da qazın sərfi xəta ilə hesablanır və ya sayğacdan qaz keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Digər tərəfdən, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Belə ki, ПP 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən, təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0,25 %, qazın tərkibindəki azota görə 3,5 % və karbon qazına görə 4,0 % təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən qazdan istifadə qaydaları və qazın alqı-satqı müqaviləsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsinə, eyni zamanda qaz sayğacının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə ölçmə metodikasına əsasən yerində texniki xidmət göstərilən sənaye tipli qaz sayğaclarının göstəricilərinə uyğun olaraq uçota alınmayan qaz həcminin hesablanması məqsədəuyğun hesab edilir. Göstərilənləri nəzərə alaraq, İddiaçı məxsus Lənkəran rayonu, Moğonojoba kəndində yerləşən çörəkbişirmə sexində Elster G-65 RVG EK-220 markalı 75117622 nömrəli qaz sayğacına xx.xx.2022-ci il tarixdə yerində texniki xidmət göstərilən zaman 22129 m3 uçota alınmayan təbii qazın həcmi və 2668,38 manat məbləğində dəyəri müəyyənləşdirilmişdir. Elster G-65 RVG EK-220 markalı 75117622 nömrəli qaz sayğacı iddiaçının vəsaiti hesabına alınmış və təsərrüfat sahəsində quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın tələblərinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar”. Qeyd olunan normativ aktlarının tələblərindən müəyyən olunur ki, İddiaçı çörəkbişirmə sexində istismarda olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsinin və mütəxəssisin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iş üzrə tərəflər arasında AMX-5131/20 saylı, xx.xx.2020-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan ******* nömrəli, xx.xx.2023-cü il tarixli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, İddiaçı məxsus sayğacı sökülərək, qaz xəttindən ayrılmış, sayğacın daxili hissələri və süzgəci təmizlənərək quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, İddiaçı akt əsasında 2668,88 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2 Lənkəran filialının aparıcı müfəttişi X7 izahat verərək göstərdi ki, iddia ərizəsində qeyd edilən Lənkəran rayonu, Moğonojoba kəndində yerləşən fiziki şəxs İddiaçı məxsus çörək bişirmə sexi X10 İstismarı İdarəsinin abonent bazasında **********00000 nömrəli kodla qeydiyyata alınmışdır. Çörək bişirmə sexində xx.xx.2018-ci il tarixdə Elster tipli, G-65 markalı, 75117622 zavod nömrəli qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Akt və ona əlavə edilmiş sonuncu 29/1640-0440 nömrəli, xx.xx.2018-ci il tarixli, “SOCAR” İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin “Sayğacın istismara yararlığı haqqında” arayışda bildirilir ki, sözügedən qaz sayğacı istismara yararlıdır və xx.xx.2021-ci il tarixdə növbəti dövlət yoxlamasına göndərilməsi təmin olunmalıdır. İstehlakçının iddia ərizəsində qeyd olunan və ödənilməsi tələb olunan 2668,38 manat məbləğində uçotu pozulmuş qazın hesablanması ilə bağlı tərtib edilmiş müvafiq sənədlərin, eyni zamanda həmin sənədlərin tərtibatında istinad edilən normativ-hüquqi aktlar barədə məlumatların filiala təqdim olunması ilə bağlı RQİİ-yə göndərilən sorğuya cavab məktubundan məlum olmuşdur ki, istehlakçıya məxsus qaz sayğacının növbəti dövlət yoxlanılmasına göndərilməsi vaxtında təmin edilməmiş və Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə sayğac yerində sökülərək daxili hissələri və süzgəci təmizlənmiş, yerinə quraşdırılaraq istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmiş və normativ-hüquqi sənədlərə istinad edilmədən bu akt əsasında istehlakçıya borc hesablanmışdır. Məktuba normativ-hüquqi sənəd qismində sayğac vasitəsi ilə ölçmənin aparılması metodikası əlavə edilsə də, borcun hesablanması ilə bağlı sənəd əlavə edilməmişdir. Həmçinin, müəyyən edilmişdir ki, hər il, o cümlədən 2022-ci ildə sayğac göstəricisinə əsasən, qaz sərfi və dəyəri barədə istehlakçıya təqdim edilən üzləşmə aktları heç bir istisnalar olmadan RQİİ-nin və istehlakçının möhürləri ilə iki tərəfli təsdiq edilmiş və bunun əsasında ödənişlər həyata keçirilmişdir. Bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydalan”nın 1.1-ci yarımbəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Qaydaların 1.3cü yarımbəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir və qaz paylayıcısı ilə istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. İstehlakçı ilə qazpaylayıcısı arasında Qaydalara əlavə edilmiş 3 nömrəli formaya uyğun bağlanmış AMX- 5131/20 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilənin (Müqavilə) 2.1.11-ci və 2.2.4-ci yarımbəndinin tələblərinə əsasən, qaz paylayıcısı istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirməli, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərməlidir. Bu Müqavilənin 3.5-ci yarımbəndinin tələblərinə əsasən, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 4.8-ci bəndinin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.3-cü yarımbəndinə əsasən, qaz sayğacları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaydaların 4.9-cu bəndinin tələbinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, Qaydaların 2.11-2-ci yarımbəndində qeyd edilir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Araşdırmanın nəticələrindən məlum olmuşdur ki, borcun hesablanması və həmçinin, dəyərinin ödənilməsinin istehlakçıdan tələb edilməsi “Qazdan istifadə Qaydaları”nın 4.3, 4.8, 4.9-cu, həmçinin Müqavilənin 2.1.11, 2.2.4ci və 3.5-ci yarımbəndlərinin tələbləri ilə ziddiyyət təşkil edir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Lənkəran rayonu, Moğonojoba kəndində yerləşən iddiaçıya məxsus çörək bişirmə sexi X10 İstismarı İdarəsinin abonent bazasında **********00000 nömrəli kodla qeydiyyata alınmışdır. Çörək bişirmə sexində xx.xx.2018-ci il tarixdə Elster tipli, G-65 markalı, 75117622 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçıya məxsus qaz sayğacının növbəti dövlət yoxlanılmasına göndərilməsi vaxtında təmin edilməmiş və Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə sayğac yerində sökülərək daxili hissələri və süzgəci təmizlənmiş, yerinə quraşdırılaraq istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmiş və normativ-hüquqi sənədlərə istinad edilmədən bu akt əsasında iddiaçıya 2668,38 manat məbləğində borc hesablanmışdır. Həmçinin, müəyyən edilmişdir ki, hər il, o cümlədən 2022-ci ildə sayğac göstəricisinə əsasən, qaz sərfi və dəyəri iddiaçı tərəfindən heç bir istisnalar olmadan ödənilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Qeyd edilən Qaydaların 2.11-2-ci bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Göstərilən Qaydaların 4.3 və 4.4-cü bəndlərinə əsasən, qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Yenə həmin Qaydaların 4.8 və 4.9-cu bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borcun hesablanması və dəyərinin ödənilməsinin iddiaçıdan tələb edilməsi “Qazdan istifadə Qaydaları”nın 4.3, 4.8, 4.9-cu bəndlərinin, həmçinin tərəflər arasında bağlanmış müqavilənin 2.1.11 və 3.5-ci bəndlərinin tələblərinə ziddir və pozuntudur. Belə ki, tərəflər arasında bağlanmış AMX-5131/20 saylı, xx.xx.2020-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.1.11-ci bəndinə əsasən, istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək qaz paylayıcısının vəzifələrindəndir. Həmin Müqavilənin 3.5-ci yarımbəndinin tələblərinə əsasən, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus qaz sayğacının növbəti dövlət yoxlanılmasına göndərilməsi vaxtında təmin edilmədiyindən, “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilərək, normativ-hüquqi sənədlərə istinad edilmədən həmin akt əsasında iddiaçıya 2668,38 manat məbləğində borc hesablanması qanunsuz və əsassızdır. Bundan başqa, qeyd edilən aktın ləğv edilməsinə (və ya etibarsız hesab edilməsinə) də əsas yoxdur, çünki, həmin akt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulunu özündə əks etdirir. Odur ki, göstərilən aktın ləğv edilməsinə (və ya etibarsız hesab edilməsinə) zərurət yoxdur. Qeyd olunanlara əsasən, aktın düzgün tərtib olunmadığı və hesabatın əsassız aparıldığı məlum olur. Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixi 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, hesablanmış 2668,38 manat məbləğinin abonent hesabından silinməsi məqsədəuyğundur. Belə ki, həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə göstərilən çörəkbişrmə sexi üzrə iddiaçıya hesablanmış 2668,38 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin iddianın 55 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan, cavabdehdən 55 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 46,68 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Lənkəran rayonu, Moğonojoba kəndində yerləşən çörəkbişirmə sexi üzrə İddiaçı (abonent kodu **********00000) hesablanmış 2668,38 manat məbləğində borc silinsin. 55 manat manat məbləğində mediasiya xərci Cavabdehndən alınaraq İddiaçı ödənilsin. 46,68 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1086/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1086/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver