Məhkəmə qərarları › İş №e-2-2(121)-1169/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1169/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1169/2021 04.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən təbii qazdan istifadə etdiyinə görə yaranmış 6.078 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 6.108 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azəriqaz“ İstehsalat Birliyi ilə cavabdeh “Qlobal Aqro“ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə əsasında cavabdehə məxsus olan qeyri-yaşayış sahəsi (yeməkxana) qazlaşdırılmışdır. Müəssisəyə məxsus olan qaz xətti üzərində qaz sayğacı quraşdırılmış, **********00002 nömrəli abonent hesabı açılmışdır. Cavabdehlə sonuncu dəfə 01 fevral 2020 -ci il tarixli, AMX-0618/20 saylı “Qazpaylayıcı ilə sənaye qazqurğusu istifadəçisi arasında qazın alqısatqı barədə” müqavilə bağlanılmışdır. “Qlobal Aqro“ Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı Ağsu X2 İdarəsinin Kürdəmir Xidmət Sahəsi tərəfindən təbii qazla təchiz edilmişdir. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt vasitəsi ilə tam ödənilməlidir. İstehlak edilmiş təbii qaza görə müqavilə üzrə müəyyən olunmuş öhdəliklər pozulmuşdur. Cavabdehin təbii qazdan istifadə ilə 6078 (altı min yetmiş səkkiz) manat debitor borcu yaranmışdır. Cavabdeh tərəfindən təbii qazdan istifadə ilə bağlı yaranmış borcu ödəmədiyi üçün Ağsu X2 İdarəsi tərəfindən borcun tam ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinin tələbinə uyğun borclunun ünvanına 05 mart 2021-ci il tarixli, 01OB-13HŞ-370 saylı pretenziya məktubu ünvanlanmışdır. Pretenziya göndərilsə də, həmin pretenziya rəsmi şəkildə qəbul edilsə də, keçən dövr ərzində qarşı tərəfdən ödəniş edilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 fevral 2020-ci il tarixli, AMX-0618/20 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Ağsu RQİİ Kürdəmir Xidmət Sahəsi ilə istehlakçı "xxxx" MMC arasında qazın alqı-satqısı üzrə yaranmış debitor borcun məbləği və aparılmış ödənişlərin 31 dekabr 2020-ci il tarixə qalıq borcu 7.547,42 manat olması müəyyən edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Cavabdeh 6.078,08 manat borcu yaranmışdır. İş materiallarında olan Ağsu X2 İdarəsinin Cavabdehnə ünvanladığı 01OB-13HŞ-370 saylı 05 mart 2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdehnə təbii qazdan istifadəyə görə 01.03.2021-ci il tarixə yaranmış 6.073 manat məbləğində borcunun 10 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdar edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu tərəfindən bildiriş qəbul edilməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada 01 fevral 2020-ci il tarixli, AMX-0618/20 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin, abonentin saldosunun və pretenziya məktubunun surətləri məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə uyğun olaraq öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmişdir və nəticədə onun İddiaçınə 6.078 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də İddiaçı iddia tələbi təmin edilməli, Cavabdehndən 6.078 manat tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 6.078 (altı min yetmiş səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 6.108 (altı min yüz səkkiz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar