Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1170/2021 04.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı cavabdeh X5 qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 tərəfindən Kürdəmir şəhərində yerləşən qeyri-yaşayış sahəsində (yeməkxana) təbii qazdan istifadəyə görə yaranmış 1.120,80 manat məbləğində əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 1.151,20 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azəriqaz“ İstehsalat Birliyi ilə cavabdeh X8 arasında bağlanmış müqavilə əsasında, cavabdehə məxsus olan qeyriyaşayış sahəsi (yeməkxana) qazlaşdırılmışdır. Müəssisəyə məxsus olan qaz xətti üzərində qaz sayğacı quraşdırılmış, **********00040 nömrəli abonent hesabı açılmışdır. Cavabdehlə sonuncu dəfə 28 aprel 2017 -cu il tarixli, ***-**** saylı “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə” müqavilə bağlanılmışdır. X6 məxsus olan qeyri-yaşayış sahəsi (yeməkxana) İddiaçı Ağsu X9 İdarəsinin Kürdəmir Xidmət Sahəsi tərəfindən təbii qazla təchiz edilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən, qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt vasitəsi ilə tam ödənilməlidir. İstehlak edilmiş təbii qaza görə müqavilə üzrə müəyyən olunmuş öhdəliklər pozulmuşdur. Cavabdehin təbii qazdan istifadə ilə 1.120,80 manat debitor borcu yaranmışdır. Cavabdeh tərəfindən təbii qazdan istifadə ilə bağlı yaranmış borcu ödəmədiyi üçün Ağsu X9 İdarəsi tərəfindən borcun tam ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinin tələbinə uyğun borclunun ünvanına 28.10.2020-ci il tarixli, 01 OB-13HŞ-2515 saylı pretenziya məktubu ünvanlanmışdır. Lakin həmin pretenziya rəsmi şəkildə qəbul edilsə də, keçən dövr ərzində qarşı tərəfdən 50 manat ödəniş edilmişdir.Tələb olunan borc tam ödənilmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Beləliklə, cavabdeh onunla bağlanılmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə” müqavilə müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən “istehlakçı” qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.5-ci bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan 28 aprel 2017-ci il tarixli, ***-**** saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq X5 məxsus qeyri-yaşayış obyektini qazla təmin etməyi, X7 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən, ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, X2 2020-ci ilin oktyabr ayına 1.120,80 manat borcu yaranmışdır. İş materiallarında olan Lənkəran X9 İdarəsinin X5 ünvanladığı 28.10.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, təbii qazdan istifadəyə görə 26.10.2020-ci il tarixə yaranmış 1.120,80 manat məbləğində borcunun 10 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi X5 təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə X7 xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X5 bildiriş və digər zəruri sənədlər göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuş, həmçinin Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə məktub ünvanlanaraq məhkəmə tərəfindən tərtib olunmuş sənədlərin X5 təqdim edilməsi qeyd olunmuşdur. Cavabdeh müvafiq sənədləri 05.07.2021-ci il tarixdə qəbul etməsinə baxmayaraq, iddia ərizəsinə münasibət bildirilməmiş və məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada 28 aprel 2017-ci il tarixli, ***-**** saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin, abonentin saldosunun və pretenziya məktubunun surətləri məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə uyğun olaraq öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə müəyyən etdi ki, İddiaçı ilə cavabdeh X7 arasında alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin X7 müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmişdir və nəticədə onun İddiaçınə 2020-ci ilin oktyabr ayına 1.120,80 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan borc X3 cari qaz sərfiyyatına əsasən hesablanmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də, İddiaçı iddia tələbi təmin edilməli, cavabdeh X1 1.120,80 manat tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı da cavabdehdən tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 1.120,80 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 1.151,20 (bir min bir yüz əlli bir manat, iyirmi qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1170/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1170/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver