Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-120/2021 17.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı – elektrik cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş protokolun ləğv edilməsi və 4916,09 manat məbləğində cərimənin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkardır. Ağcabədi rayon Hacıbədəlli kəndi, Ağcabədi-Ağdam şossesi (dört yol deyilən ərazidə) yolun sol tərəfində un dəyirmanı işlədir, VÖEN-də varıdır. Un dəyirmanının işıq sayğacı onun adınadır və o, hər ay işıq pulunu vaxtı-vaxtında ödəyir. Lakin “xxxx” ASC-nin əməkdaşları xx.xx.2020-ci il tarixli 036301 nömrəli akt əsasında onun adına olan işıq sayğacı ilə bağlı əsassız və qanunsuz akt tərtib edərək, ona 4916,09 manat məbləğində cərimə yazmışlar. Cərimənin səbəbi kimi də sayğaca müdaxilə edildiyi göstərilmişdir. O, heç-bir qanun pozuntusuna yol verməmiş, sayğaca heç bir müdaxilə etməmiş və bütün növ kommunalların pulunu vaxtında ödəmişdir. Lakin, cavabdehin əməkdaşları məsələni düzgün araşdırmadan qərəzli olaraq ona 4916,09 manat cərimə yazmışlar. Həmin cərimə Azərbaycan Respublikası qanunvericiliyin tələblərini pozmaqla qanunsuz olaraq onun üzərinə qoyulmuşdur. İddiaçı sonradan tələbini dəqiqləşdirərək, cavabdeh tərəfindən tərtib edilmiş 036301 saylı, xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi və akt əsasında hesablanmış 4916,09 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6 məhkəmədə iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən “xxxx” ASC tərəfindən tərtib edilmiş AKT R № 036301 saylı xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, “xxxx” ASC-nin nümayəndələri tərəfindən iddiaçıya məxsus obyektdə elektrik sayğacına baxış keçirilən zaman sayğacın köhnə tipli elektrik sayğacı olması məlum olmuşdur. Aktda həmçinin, elektrik sayğacının yenisi ilə əvəz edilməsi, laboratoriya şəraitində yoxlanılıb rəy verilməsi qeyd edilmişdir. İşdən görünür ki, qeyd edilən sayğac “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” xx.xx.2020-ci il tarixdə 197664 nömrəli akta əsasən onun iştirakı ilə birgə çıxarılaraq dövlət möhürü 1512876, alt qapaq möhürü 1349703, zavod nömrəsi 67512076 olan Luna tipli elektron sayğacla əvəzlənmişdir. Həmin aktda sayğacın göstəricisinin 7023.19 kVts olması qeyd edilmişdir. İş materiallarından görünür ki, çıxarılan sayğac yoxlanılması üçün “Sayğac quraşdırma və uçota nəzarət” İdarəsinə göndərilmiş və laboratoriyada xx.xx.2020-ci il tarixdə iddiaçının iştirakı ilə birgə sayğaca rəy verilərkən 200/5 cərəyan transformatorları yerləşən qutunun 373894 nömrəli möhüründə müdaxilə izlərinin olması, sayğacın tablosunun alt hissəsinin qızmadan əriməsi, lakin keçən yükü düzgün qeydə alması barədə 172939 saylı “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması” protokolu tərtib edilmişdir. İşdən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi bağlanmışdır. İşə əlavə olunan Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi İmişli filialının İddiaçı ünvanladığı AERA-26-356/20 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı təqdim olunmuş sənədlər təhlil olunarkən müəyyən olunmuşdur ki, X3 əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə sözügedən obyektə məxsus transformatorun 0,4 kV-luq tərəfində quraşdırılmış zavod nömrəsi **********07016 olan enerqomer ЦЭ6803В tipli elektrik sayğacına baxış keçirilərkən sayğacın köhnə tipli olması barədə 036301 nömrəli akt tərtib edilmişdir. Akt tərtib edilərkən tələb olaraq qüsurlu sayğacın yeni tipli sayğacla əvəz edilməsi, habelə sayğaca laboratoriya şəraitində yoxlanılaraq rəy verilməsi qeyd olunmuşdur. Həmin sayğac “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” xx.xx.2020-ci il tarixdə 197664 nömrəli akta əsasən onun iştirakı ilə birgə çıxarılaraq dövlət möhürü 1512876, alt qapaq möhürü 1349703, zavod nömrəsi 67512076 olan Luna tipli elektron sayğacla əvəzlənmişdir. Məlum olmuşdur ki, dövriyyə sənədlərində çıxarılan sayğacın göstəricisi xx.xx.2020-ci il tarixə 7439 kVts, lakin “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” xx.xx.2020-ci il tarixli 197664 nömrəli aktda isə 7023.19 kVts olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitechizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizat müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin adıçəkilən Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchızatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Tərtib edilmiş 197664 nömrəli aktda çıxarılan sayğacın laboratoriyaya rəyə göndərildiyi və xx.xx.2020-ci il tarixdə veriləcək rəydə iştirak etməyi barədə qeyd aparılmışdır. Çıxarılan sayğac yoxlanılması üçün “Sayğac quraşdırma və uçota nəzarət” İdarəsinə göndərilmiş və laboratoriyada xx.xx.2020-ci il tarixdə onun iştirakı ilə birgə sayğaca rəy verilərkən 200/5 cərəyan transformatorları yerləşən qutunun 373894 nömrəli möhüründə müdaxilə izlərinin olması, sayğacın tablosunun alt hissəsinin qızmadan əriməsi, lakin keçən yükü düzgün qeydə alması barədə 172939 saylı “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması” protokolu tərtib edilmişdir. Ticarət obyektinə aid dövriyyə sənədlərinə baxış keçirdərkən məlum olmuşdur ki, sərf olunmuş elektrik enerjisinə görə hər ay enerjitəchizatı müəssisəsinin əməkdaşı tərəfindən ona bildiriş təqdim olunmuş və həmin müddətdə qeyd olunan qüsur aşkar edilməmişdir. “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması” barədə 172939 nömrəli protokol əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 150 gün müddətinə görə 54532 kVts, dəyəri 4907,88 manat olmaqla hesabat aparılaraq obyektə aid **********41001 saylı abonent koduna daxil edilmişdir. Həmin Qaydaların 7.6-cı bəndinə gorə enerjltəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirıci qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdarılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqət pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçol pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan adıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının norma işi enerjitəjchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Beləliklə, obyektə aid dövriyyə sənədlərindəki xx.xx.2020-ci il tarixə olan sayğacın son göstərici ilə “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” xx.xx.2020-ci il tarixdə 197664 nömrəli aktda qeyd olunan sayğac göstəricisi arasındakı istifadə olunmamış elektrik enerjisi sərfiyyatının dəyərinin **********41001 saylı abonent koduna daxil edilməsi, həmçinin tərtib edilmiş xx.xx.2020-ci il tarixli 036301 saylı aktın hesabatına “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən yenidən baxılması və nəticəsi barədə X1 Agentliyinin İmişli filialına məlumat verilməsi üçün onlar tərəfindən Aran RETSİ-yə 09.07,2020-ci il tarixdə AERA-26-287/20 nömrəli məktubla müraciət olunmuşdur. Aran RETSİ-nin xx.xx.2020-ci il tarixli 01-01/195 nömrəli cavab məktubunda bildirilmişdir ki, aktın hesabatına yenidən baxılması üçün “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixli 88/516 nömrəli məktub göndərilmiş və Müştəri Xidmətləri icarəsində aparılmış hesabatın düzgünlüyünə qərar verilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq obyektə aid dövriyyə sənədlərindəki xx.xx.2020-ci il tarixə olan sayğacın son göstərici ilə “Sayğac sxemlərinin yoxlanışı quraşdırılması və dəyişdirilməsi üzrə” xx.xx.2020-ci il tarixdə 197664 nömrəli aktda qeyd olunan sayğac göstəricisi arasındakı istifadə olunmamış elektrik enerjisi sərfiyyatının dəyərinin **********41001 saylı abonent koduna daxil edilməsi, həmçinin tərtib edilmiş xx.xx.2020-ci ıl tarixli 036301 saylı aktın hesabatına “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsəsən yenidən baxılması və nəticəsi barədə X1 Agentliyinin İmişli filialına məlumat verilməsi üçün onlar tərəfindən “xxxx” ASCyə xx.xx.2020-ci il tarxdə AERA-26-355/20 nömrəli məktubla müraciət olunmuşdur. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi İmişli filialının məhkəməyə (e-mail vasitəsi ilə) ünvanladığı məktubundan (mütəxəssis rəyindən) görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Abonentə məxsus dövriyyə cədvəli təhlil olunarkən uçot pozulana qədər sərfiyyatı (xx.xx.2020-ci il tarixində) 244,80 manat, uçot bərpa olunduqdan sonra (xx.xx.2020-ci il tarixdə) 903,60 manat təşkil etmişdir. Odur ki, qarşılıqlı razılaşma əsasında göstərilən sərfiyyatlardan biri seçilməklə odəniş oluna bilər. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, “xxxx” ASCnin nümayəndələri tərəfindən iddiaçıya məxsus olması bildirilən obyektdə elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac köhnə tipli elektrik sayğacıdır. Buna görə də, AKT R № 036301 saylı xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Sonradan iddiaçıya 4907,88 manat məbləğində borc hesablanmışdır. Göründüyü kimi, sayğac köhnə tipli elektrik sayğac olduğundan, göstərilən akt tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.7-ci maddəsinə əsasən, bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göstərilən Qaydaların 8.34-cü maddəsinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Qeyd edilən Qaydaların 9.4-cü maddəsinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı daşıdığından, sayğacın köhnə tipli elektrik sayğacı olması səbəbindən akt tərtib edildiyindən və aktın tərtib edilməsi zamanı pozuntuya yol verilmədiyindən, aktın ləğv edilməsinə əsas yoxdur. Digər tərəfdən, həmin akt qüsurun aşkar edilməsini özündə əks etdirir. Odur ki, onun ləğv edilməsinə zərurət yoxdur. Həmçinin, akt qüsurlu olmuş olsa belə, bu onun ləğv edilməsinə deyil, etibarsız hesab edilməsinə səbəb ola bilər. Belə ki, qeyd edilən hal göstərilən akt əsasında müəyyən edilmiş olsa da, iddiaçıya hesablanmış olan borc həmin aktla hesablanmamışdır. Lakin, cavabdeh tərəfindən qeydə alınmış elektrik enerjisinin dəyəri düzgün hesablanmamışdır. Belə ki, qeyd edilən aktda göstərilən qüsurların, pozuntunun olması (yəni, sayğacın köhnə tipli elektrik sayğacı olması) belə, bu miqdarda elektrik enerjinin itkilərinə səbəb olması halı kimi qiymətləndirilə bilməz. Bu halda, bu cür hesabatın aparılması əsassızdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci maddəsinə əsasən, enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X2 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, çıxarılan sayğac yoxlanılması üçün “Sayğac quraşdırma və uçota nəzarət” İdarəsinə göndərilmiş və laboratoriyada xx.xx.2020-ci il tarixdə rəy verilərkən 200/5 cərəyan transformatorları yerləşən qutunun 373894 nömrəli möhüründə müdaxilə izlərinin olması, sayğacın tablosunun alt hissəsinin qızmadan əriməsi, lakin keçən yükü düzgün qeydə alması barədə 172939 saylı “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması” protokolu tərtib edilmişdir. Ticarət obyektinə aid dövriyyə sənədlərinə baxış keçirdərkən məlum olmuşdur ki, sərf olunmuş elektrik enerjisinə görə hər ay enerjitəchizatı müəssisəsinin əməkdaşı tərəfindən ona bildiriş təqdim olunmuş və həmin müddətdə qeyd olunan qüsur aşkar edilməmişdir. “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması” barədə 172939 nömrəli protokol əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 150 gün müddətinə görə 54532 kVts, dəyəri 4907,88 manat olmaqla hesabat aparılaraq obyektə aid **********41001 saylı abonent koduna daxil edilmişdir. Halbuki, abonentin uçot pozulana qədər sərfiyyatı (xx.xx.2020-ci il tarixində) 244,80 manat təşkil etmişdir. Belə olan halda, sərfiyyat 4663,08 manat (4907,88 – 244,80 = 4663,08 manat) təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, hesabat düzgün aparılmamış və iddiaçıya elektrik enerjisindən istifadəyə görə 4671,29 manat (4916,09 – 244,80 = 4671,29 manat) məbləğində artıq borc hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci maddəsinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.16-cı maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Göstərilən Qaydaların 8.17-ci maddəsinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, bununla da, yalnışlığa yol verildiyindən, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış və artıq hesablanmış elektrik enerjisinin dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı istifadə olunmuş elektrik enerjisinə görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Odur ki, iddia tələbi qismən təmin edilərək, iddiaçıya elektrik enerjisindən istifadəyə görə hesablanmış 4671,29 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “xxxx” ASC tərəfindən İddiaçı hesablanmış 4671,29 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-120/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-120/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver