Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-141/2024 13.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı aktlar əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair qarşılıqlı iddiasına Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 33.738,13 manat əsas borc məbləğinin və mediasiya sesiyası üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” xx.xx.2022-ci il tarixli AMX-5260/22 nömrəli müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdehin xx.xx.2023-cü il tarixə **********00052 nömrəli abonent kodu üzrə 1401,25 manat, **********00051 nömrəli abonent kodu üzrə 37836,88 manat, ümumilikdə 39238,13 manat məbləğində borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu və mübahisənin mediasiya vasitəsilə həll olunması ilə bağlı təklif məktubu göndərilmişdir. Lakin cavabdeh istixanada istehlak etdiyiniz təbii qazın dəyərini tam ödəməmiş, xx.xx.2023- cü il tarixdə 5500 manat ödəniş etmiş və xx.xx.2023-cü il tarixinə İddiaçınə **********00051, **********00052 nömrəli abonent kodları üzrə ümumilikdə 33738,13 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 4.6-cı bəndinə əsasən cavabdehə mübahisənin həll olunması üçün ilkin mediasiya sesiyasında iştirak etmək üçün mediasiyaya dəvət məktubu göndərilmişdir. ”Azəriqaz” İB-nin nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etsədə razılıq əldə olunmadığı üçün ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli MŞS/MT028/2023/140K nömrəli ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Həmçinin, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, xx.xx.2021-ci il tarixli 011886 saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar əsasında hesablanmış 19.132,66 manat cərimənin abonent hesabından silinməsi və ödənilmiş 147,4 manat dövlət rüsumunun İddiaçındən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli ******* saylı akt və xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında Azəriqaz İB Salyan RQİİ-nin əməkdaşları heç bir rəsmi sənəd olmadan özbaşına olaraq aktda adı qeyd olunan əməkdaşların birinin iştirakı olmadan ona məxsus olan istixanaya gələrək baxış keçirmişlər. Bu barədə ona heç bir xəbərdarlıq edilməmişdir. İştirakı təmin edilməmişdir. Bundan əlavə onun barəsində yazılmış akta əsasən nəzərdə tutulan dəymiş ziyanın hesablanması təmamilə şişirdilmiş və bilərəkdən qanunsuzluğa yol verilmişdir. Salyan RQİİ nümayəndələri tərəfindən pozuntu aşkar edilmiş belə olsaydı bunu mütləq şəkildə video kamera vasitəsilə qeydə almalı idi. İndi isə yenidən əsassız və saxtalıqla aktlar yazmaqla onu cərimə etmək istəyirlər. Həmin aktların yazılması qanunvericiliyin tələblərinə ziddir və bununla razı deyil. Yazılan aktların hüquqi əsası bilinmir və bugünə qədər ona heç bir məlumat verilməmişdir. Aktı da ona şəxsən nə rəsmi nədə ki poçt vasitəsilə təqdim edillməmişdir. Başqa heç bir qərar və ya sair sənəd təqdim edilməyib və həmin aktla bağlı çağırış və bildiriş verilməmişdir. Aşağıda göstərilənlərə əsasən cavabdehin nümayəndələri tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” həmin aktlara görə hesablanmış 19132.66 (on doqquz min yüz otuz iki üç manat otuz altı qəpik) manat cərimə təmamilə qanunsuzdur. Qeyd olunanlar cavabdehin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” həmin aktlar əsasında hesabladığı cərimənin qanunsuz olduğunu birbaşa sübut edir. X5 Əliyev ölkəmizdə qeyrineft sektorunun, xüsusəndə kənd təsərrüfatının inkişafı üçün sahubkarlara bütün şəraiti yaradır. Məndə bu sahədə ölkəmizə öz töhfəmi vermək, heç olmasa bir neçə adamın işlə təmin olunmasını, dolanışığlarını təmin etmək üçünistixanada kənd təsərrüfatı əhsulları becərmək istəyir. X5 Əliyev imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu qanunun 3.2, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də göstərilən tələblərə riayət edilmədən və ona bu barədə məlumat verilmədən yoxlama keçirilmiş və reyestrdə nəticə olaraq qeyd edilmişdir ki, heç bir nöqsan aşkar edilmədi. (çıxarış əlavə edilir). Eyni zamanda yoxlama yeri Salyan rayonu, Düzənlik kəndi göstərilmişdir. Əgər nöqsan aşkar edilməmişdirsə niyə tələbnamə yazılaraq 79518 kubmetr qaz sərfiyyatının pulu tələb edilməsi göstərilmişdir. Lakin cavabdeh tərəf səylə bu istiqamətdə görülən işlərə maneçilik törədirlər və qeyd olunan Qanunun tələblərini pozurlar. O bu qanunsuz aktın və cəriməni ləğv edilməsi üçün cavabdehlə danışıqlar aparsada heç bir nəticəsi olmadı. Odur ki, onda qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qarşılıqlı iddianın əsaslı olmasını aşağıda göstərilənlərdir: 1. "Təbii qazdan istifafə qaydalarının pozulması haqqında" tərtib olunmuş ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktda istixanada təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifafə olunması qeyd olunsa da faktiki olaraq kənar xətt aşkarlanmamış, kənar xəttin olması barədə hər-hansı fakt, mötəbər sübut, video çəkiliş, rəsmi sənəd mövcud deyil. Akt ehtimalla yazılmışdır. 2. Sayğacın yerində səyyar kompüter vasitəsilə yoxlanması, yoxlanma zamanı hansı xətaların və ya qanunauyğunsuzluqların olması, sayğacın düzgün yoxlqnıb yoxlanmaması, sayğacın yaddaş arxivinin oxunması hər-hansı bir səlahiyyəytli orqan tərəfindən həyata krçirilməmiş, yoxlama nəticəsinin düzgünlüyünü heç bir orqan təsdiq etməmişdir. 3. Aktda guya müəyyən günlərdə gecə vaxtlarında müəyyən saatlarda sayğacın dayandığı qeyd edilib. Sayğacın qeyd edilən formada dayanması belə kənar xətt vasitəsilə təbii qazdan istifafə olunması anlamına gəlmir. Bildirir ki, istixanada pomidor şitili əkilmişdir. Pomidor şitilinin inkişafı üçün istixanada təxminən 12-18 dərəcə (dəqiqləşdir) istilik olması kifayət edir. İstiliyin çox və ya az olması şitillərin yanması, qurumasına və ya xəstələnməsinə səbəb ola bilər. Salyan rayonu cənub, yəni isti, qışın nisbətən mülaim keçdiyi rayonlardandır. Ötən ilin müvafiq dövründə salyanda gecə saatlarında müsbət 5-7 dərəcə, gündüz saatlatında müsbət 7-12 dərəcə isti olub. İstixanada kənar xəttdən istifadə ehtimalı olsaydı belə Azəriqaz İB-nin apardığı hesabat həqiqəti əks etdirməzdi. 4. İstixanaya məxsus G-650 markalı, ********** nömrəli qaz sayğacı X4 yerləşir. Sayğacın qaz sərfiyyatında hər hansı uyğunsuzluq, dayanma olsaydı növbətçi operatorlar görməyə bilməzdi. 5. Kənar xətt, kənar qoşqu olsaydı bu xətt yalnız əhalinı təchiz edən qaz xəttindən götürülməli idi ki, bu xəttdə də qış ayında təzyiq aşağı və ya aşağı orta həddə olur ki, bu da istixananı qızdıracaq dərəcədə ola bilməz. Həmin xəttə qoşulma əhalinin qazsız qalmasına səbəb olardı. 6. 2 iyul 2013-cü il tarixli Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamalarının vahid məlumat reysterində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Göründüyü kimi cavabdeh təşkilat tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri kobud şəkildə pozulmuşdur. İlkin iddiada göstərilən borc məbləğinə əsas borc da daxil edilməklə pulu tələb etməyin heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ilk iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ilk iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, ilk iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 02 noyabr 2022-ci il tarixli, AMX-5260/22 saylı və AMX-5261/22 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilələrin surətindən görünür ki, İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilələrin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Sözügedən müqavilələrin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. İşdə olan **********00051 nömrəli abonent kodu üzrə (qazan, dəmir peçi) abonentin saldosunun surətindən görünür ki, Cavabdeh 32.336,88 manat borcu yaranmışdır. İşdə olan **********00052 nömrəli abonent kodu üzrə (kombi, qaz plitəsi) abonentin saldosunun surətindən görünür ki, Cavabdeh 1.401,25 manat borcu yaranmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, X2 məxsus istixanada təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, sayğacın elektron hissəsindən keçən qazın sərfinin düzgün qeydə alınmadığı aşkarlanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh məxsus istixanada təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, müəyyən günlərdə gecə saatlarında sayğacın yaddaş arxivində sərfiyyat aşkarlanmamışdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı tərəfindən 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-136/24 nömrəli məktubda qeyd edilmişdir ki, sayğacın göstəricisinin oxunması zamanı sayğadan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sahibkarın plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müracitə etməsi və sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi ilə bağlı məlumata əsasən İddiaçı xx.xx.2023-cü il tarixli müraciətinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”ndə adıçəkilən sahibkara münasibətdə xx.xx.2023-cü il tarixdən başlayaraq 3 iş günü müddətinə avtomatlaşdırılmış qaydada plandankənar (növbədənkənar) yoxlama qeydiyyata alınmışdır. Məhkəmə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış 33.738,13 manat məbləğində əsas borcun tutulması tələbinə dair ilk iddiasına münasibət bildirərək qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmişdir və nəticədə onun İddiaçınə **********00051 nömrəli və **********00052 nömrəli abonent kodları üzrə ümumilikdə 33.738,13 manat məbləğində borcu yaranmışdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli, 87 saylı qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də İddiaçı ilk iddia tələbi təmin edilməli, Cavabdeh 33.738,13 manat məbləğində pul tutularaq ilk iddia üzrə İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə, Cavabdeh İddiaçınə qarşı xx.xx.2021-ci il tarixli, 011886 saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 19.132,66 manat cərimənin abonent hesabından silinməsi və s. tələbinə dair qarşılıqlı iddiasını araşdıraraq hesab edir ki, Cavabdeh qarşılıqlı iddiası əsassızdır. Belə ki, qarşılıqlı iddiaçı X3 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 011886 saylı və özü barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 19.132,66 (1.638,40+17.493,96) manat cərimənin abonent hesabından silinməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, **********00051 nömrəli abonent kodu üzrə abonentin saldosunda 2021-ci ilin iyun ayında tərtib edilmiş akta əsasən X2 1.638,40 manat cərimənin hesablanıldığı, 2022-ci ilin avqust ayında 55.815,90 manat məbləğində borcun ödənildiyi və cavabdehlə müqavilə bağlanan tarixə borcun olmadığı müəyyən olunur. 2022-ci ilin noyabr ayında, yəni cavabdehlə müqavilə bağlandığı vaxtdan etibarən qazdan istifadə olunmuş və nəticədə cavabdehin 2023-cü ilin oktyabr ayına kimi sərf etdiyi təbii qaza görə 32.336,88 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 011886 saylı akt əsasında hesablanmış 1.638,40 manat borcun silinməsi üçün mövcud iddianı qaldırmaq hüququ olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasl Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də məhkəmə ilk öncə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdeh tərəfindən bu pozuntunun edilib-edilməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında” Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeyə görə məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 011886 saylı akt əsasında hesablanmış 1.638,40 manat borcu mübahisələndirməsi üçün subyektiv hüququ olmadığından, habelə həmin borc artıq ödənildiyindən qarşılıqlı iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə, eyni zamanda qarşılıqlı iddia tələblərindən biri olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 17.493,96 manat cərimənin abonent hesabından silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, araşdırma zamanı Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Bu hal, iş materialları və İddiaçı tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Belə olduğu təqdirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: -1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. -1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. -1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. -5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İşdən də göründüyü kimi İddiaçı tərəfindən 2023-cü ilin yanvar ayında aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmışdır. Qanunvericiliyin tələblərinə əsasən həmin yoxlama qanunidir və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə cavabdehin barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddianın İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 17.493,96 manat cərimənin abonent hesabından silinməsi hissəsi əsassızdır və təmin edilə bilməz. Məhkəmə, həmçinin 200 manat mediasiya xərcinin Cavabdeh alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair ilkin iddiası təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı aktlar əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia təmin edilsin. İlk iddia üzrə Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 33.738,13 manat məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 33.938,13 (otuz üç min doqquz yüz otuz səkkiz manat, on üç qəpik) manat məbləğində pul tutularaq ilk iddia üzrə İddiaçınə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı aktlar əsasında hesablanmış cərimənin silinməsi və s. tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-141/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-141/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver