Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1572/2025 18.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “cərimənin silinməsi tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh Tərtər X3 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın əsassız olduğundan ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1836 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1572/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi tələbi”nə dair iş üzrə icraata “aktın ləğv edilməsi” hissəsində xitam verilmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o ailə üzvüləri ilə birlikdə Ağcabədi şəhəri, H.Aslanov küçəsi, ev 340-da qeydiyyatda olmaqla yaşayır. Fərdi sahibkardır va təndirdə çörək bişirməklə məşğuldur və bu məqsədlə qazdan istifadə edir. Cavabdeh Tartər RQİİ ilə qazdan istifadəyə görə müqavilə bağlamış və müvafiq sayğac verilmişdir. Qaz sərfiyyatına görə müvafiq ödənişləri vaxtında ödəyir. 09 aprel 2024-cü il tarixində istifadə etdiyi "Honeyvel" tipli, G6, 40379192 nömrəli qaz sayğacı gövdəsinin şişməsi əsası ilə çıxarılmış, 22 aprel 2024-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən sayğaca baxış keçirilərək 20630546 nömrəli plomb kəsilərək qutu açılmış, müəyyən edilmişdir ki, sayğacın gövdəsi təzyiq nəticəsində şişmiş, plastmas qapaq şişmə nəticəsində yan hissədən gövdədən aralanıb ve sayğac istismara yararsızdır. Bundan sonra Cavabdeh Tərtər X3 İdarəsi xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında onun adına olan qaz sayğacı ilə bağlı onu 1836 manat məbləğində cərimə etmişdir. Həmin cərimənin səbəbi kimi də sayğacın gövdəsinin təzyiq nəticəsində şişməsi, sayğacın plastmast qapağının şişmə nəticəsində yan hissədən gövdədən ayrıldığı göstərilmişdir. Sexdən aralıda quraşdırılmışdır. Lakin buna baxmayaraq Tərtər X3 İdarəsi məsələni düzgün araşdırmadan baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuşdur. Tərəflərin izahatları:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
7. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
İddia ərizəsinə etiraz:
9. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyi xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmiş, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən İddiaçı Ağcabədi rayonu Həzi Aslanov küçəsindəki qeyri-yaşayış (obyektinə) sahəsinə baxış keçirilməsi bağlı Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarları maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 2.3cü bəndinə əsasən Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə barədə xx.xx.2024-cü il tarixli, KY242147500 saylı çıxarış təqdim etməklə yoxlamalar aparılmışdır. Yoxlamalar zamanı qaz sayğacının İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilsə də, istehlakçı işlətdiyi Sənaye qaz qurğularının qazın alqı-satqı müqaviləsində göstərilən həcmindən artıq olduğu aşkar olunmuşdur. Yəni iddiaçının müəsissəsinə quraşdırılmış 28195955 nömrəli qaz sayğacı G-6 m3 maksimal qaz sərf 10 m3 olduğu halda müəssənin istifadəsində olan cihazları qaz sərfi 11.4 m3 olduğu müəyyən olnmuşdur. Müəssisə müəyyən olunmuş standartlarından 1.4 m3 artıq qaz sərfi ilə qazdan istifadə etmişdir. 1.4 m3 x 24 (saat) x 90 (gün) = 3024 m3 Tarif şurasının qərarına uyğun olaraq 3024 m3 * 0.25 manat = 756 manat məbləğ hesablanmışdır. İddiaçının cavabdeh olduğu qaz sayğacın saxlanmasına və nəzarəti düzgün aparılmaması səbəbindən sayğacın işləməsində xətaya gətirib çıxarmışdır. İstehlakçı təbii qazdan istifadə etmiş, lakin şəbəkəyə qoşulmuş müqavilədə qeyd olunan qaz qurğularından əlavə qaz qurğuların sayı və qaz işlətmə həcmi sayğacın maksimal qaz sərfindən artıq olduğu üçün sayğac keçən qazı tam qeyd etməmişdir. İstehlakçıya hesablanmış digər itirilmiş qaz məbləği qaz sayğacının quraşdırıldığı gündən çıxarıldığı günədək işlədiyi müddət ərzində sayğacın xəta ilə işləməsi səbəbindən qaz itkisi yaranmış və istehlakçıya hesablanmış 1080 manat məbləğ həmin xətadan irəli gələn itirlmiş qazın həcmidir. Həmin qeyd olunan məbləğ 1836 manat qazdan istifadə edib ödəmədiyi borcudur.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
10. İş materiallarında olan Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2020- ci il tarixli, 2329/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”: 1.1. paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 2.3. İstehlakçının vəzifələri: 2.3.1. qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək; 2.3.2. bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək; 2.3.3. qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək; 2.3.4. qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək; 2.3.5. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək. 4.3. İstehlakçının qaz qurğuları haqqında məlumat:
1. Təndir (4 ədəd).
2. X4.
11. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, müəssisədə istifadə olunan qaz qurğularının ümumi qaz sərfi sayğacın maksimal həddində çox olması aşkar olunmuşdur. Belə ki, qaz işlədici avadanlıqlar: 3 ədəd “Təndir” hər birinin saatlıq maksimal qaz sərfi 2m3, 1 ədəd “kürə” saatlıq maksimal qaz sərfi 3m3 və 1 ədəd “X4” saatlıq maksimal qaz sərfi 2,4m3.
12. İş materiallarında olan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Tərtər RQİİ Ağcabədi Xidmət Sahəsi ilə istehlakçı F/Ş İddiaçı arasında qazın alqısatqısı üzrə yaranmış Debitor borcu xx.xx.2024-cü ilə qalıq borcu 2.039 manat müəyyən edilmişdir. Üzləşdirmə aktı hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir.
13. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh İB-nin Tərtər RQİİ-dən, Kommunal Laboratoriyalar MMC-yə gətirdiyi G6 markalı, 40379192 nömrəli mexanika tipli qaz sayğacına birlikdə baxış keçirilmiş, 20630546 nömrəli plomb kəsilərək qutu açılmış, Sayğaca baxış keçirildi. Sayğacın gövdəsi təzyiq nəticəsində şişmiş, Plastmas qapaq şişmə nəticəsində yan hissədən gövdədən aralanmışdır. Sayğac istismara yararsızdır.
14. xx.xx.2025-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı (abonent kodu: **********50340) qeyd edilən aktlar üzrə borcu 01/2024 tarixə 1080 manat, 09/2024-cü il tarixə 756 manat təşkil edir.
15. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli “Sənayə üzrə inventar aktı”ndan görünür ki, iddiaçıya məxsu Ağcabədi şəhəri, H.Aslanov küçəsində yerləşən “Təndirxana”da istifadə olunan qaz qaz qurğuları aşağıdakılardır: 3 ədəd “Təndir” hər birinin saatlıq maksimal qaz sərfi 2m3/s, 1 ədəd “kürə” saatlıq maksimal qaz sərfi 3m3/s və 1 ədəd “QSQ” saatlıq maksimal qaz sərfi 2,4m3/s, istifadə olunan qaz qurğularının qaz sərfi ümumilikdə 11,4 m3/s təşkil edir.
16. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242147500 saylı, 04 sentyabr 2024-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh İB tərəfindən İddiaçı aid qeyri-yaşayış sahəsində (təndir) müqavilə şərtlərinə əməl olunması ilə bağlı plandankənar yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.
17. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, “Qazdan istifadə qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqı barədə Müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 11,4 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması: 11,4 - 10 = 1,4 х 24 х 90 = 3024 m3- cəmi 3024 m3
18. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialının 13 iyun 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları” (bundan sonra Qaydaları) ilə tənzimlənir. "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə əsasən istehlakçı Qazdan istifadə tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması şərtləri müəyyən edilsə də, həmin Qaydalarda özbaşına qaz qurğuları quraşdırılan zaman vurulmuş zərərin hesablanması şərtləri müəyyən edilməmişdir. Tikinti obyektində quraşdırılmış G-6 markalı qaz sayğacının pasport göstəricilərinə əsasən sayğacın maksimal ölçmə həddi 10 m³/saat təşkil edir. İstehlakçının işləmə rejiminin 24 saat (istehlakçı tərəfindən tərəfindən təqdim edilmiş subuta əsasən), qaz sayğacının maksimal ölçmə həddinin 10 m³/saat olduğunu nəzərə alsaq müəyyən edərik ki, sözgedən obyektdə 30 gün ərzində istehlak olunan qazın həcmi 7200 m³ (24 saat x 10 m³ x 30 gün) həddinə qədər olduqda faktiki olaraq yerində istismarda olan G-6 markalı qaz 1 sayğacı sərfiyyatı qeydə alır və əlavə hesabatın aparılması məqsədəuyğun deyil. Eyni zamanda istehlakçının abonent saldosu təhlil edilən zaman müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən hesablanmış dəymiş zərər tədbiq olunan həmin 3 ay ərzində istehlakçı tərəfindən 7200 m³ həcmindən yuxarı həcmdə qazdan istifadə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, qaz paylayıcısı tərəfindən hesablanmış 3024 m³ həcmində, 756 manat məbləğində dəymiş zərərin ləğv edilməsi məqsədə uyğun hesab edilir.
19. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh İB-nə pretenziya məktubu göndərilmşdir.
20. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 38 manat dövlət rüsumu ödənilmişdir.
21. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1572/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi tələbi”nə dair iş üzrə icraata “aktın ləğv edilməsi” hissəsində xitam verilmişdir.
b) Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. -18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, aktın ləğv edilməsi və cərimənin silinməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
22. “Qaz təchizatı haqqında” AR Qanununun:
- 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
23. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
- 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. -2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. -3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
-1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. -1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
25. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 80 saylı, xx.xx.2011-ci il tarixli qərarının:
- 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. - 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 6.5-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. - 6.5-1-ci bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; - istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. - İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
29. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə tərəflər arasında Qaz paylayıcısı (cavabdeh) ilə sənaye qaz qurğusu istifadəçisi (iddiaçı) arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasındakı müqaviləyə əsasən Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
30. İş materiallarından göründüyü kimi iddiaçı Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1836 manat məbləğində əsassız hesablanmış borcun silinməsini xahiş edir və tələbini onunla əsaslandırılır ki, sayğac obyektdə quraşdırılmışdır. Lakin buna baxmayaraq Tərtər X3 İdarəsi məsələni düzgün araşdırmadan baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuşdur. Cavabdeh isə iddia tələbinə etiraz edir və etirazı onunla əsaslandırır ki, Yoxlamalar zamanı qaz sayğacının İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilsə də, istehlakçı işlətdiyi Sənaye qaz qurğularının qazın alqı-satqı müqaviləsində göstərilən həcmindən artıq olduğu aşkar olunmuşdur. Yəni iddiaçının müəsissəsinə quraşdırılmış 28195955 nömrəli qaz sayğacı G-6 m3 maksimal qaz sərf 10 m3 olduğu halda müəssənin istifadəsində olan cihazları qaz sərfi 11.4 m3 olduğu müəyyən olnmuşdur. Müəssisə müəyyən olunmuş standartlarından 1.4 m3 artıq qaz sərfi ilə qazdan istifadə etmişdir. Eyni zamanda istinad olunur ki, istehlakçı təbii qazdan istifadə etmiş, lakin şəbəkəyə qoşulmuş müqavilədə qeyd olunan qaz qurğularından əlavə qaz qurğuların sayı və qaz işlətmə həcmi sayğacın maksimal qaz sərfindən artıq olduğu üçün sayğac keçən qazı tam qeyd etməmişdir.
31. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçı əsassız hesablanmış 1836 manat borcun silinməsini xahiş etdiyindən, cavabdeh isə iddia tələbinə etirazını iddiaçının “Qazdan istifadə Qaydaları" və həmin Qaydaların 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsi ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi, həmçinin istehlakçının işlətdiyi Sənaye qaz qurğularının qazın alqı-satqı müqaviləsində göstərilən həcmindən artıq olduğuna istinad etdiyindən, hesablanmış 1836 manat borcun qanuniliyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
32. İş materilallarında olan xx.xx.2025-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə borcu 01/2024 tarixə 1080 manat, 09/2024-cü il tarixə 756 manat, ümumilikdə 1836 manat təşkil edir.
33. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi 1836 manat borc müxtəlif tarixlərdə hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, qeyd olunan borcların qanuniliyinə ayrı ayrı hüquqi qiymət verilməlidir.
34. Məhkəmə ilk öncə aktlar üzrə 01/2024 tarixə olan 1080 manat borca münasibətdə qeyd edir ki, cavabdeh etirazına həmin borcun qanuniliyini təsdiq edən sübutları məkəməyə təqdim etməmiş, yalnız etirazda göstərmişdir ki, həmin borc istehlakçıya hesablanmış digər itirilmiş qaz məbləği qaz sayğacının quraşdırıldığı gündən çıxarıldığı günədək işlədiyi müddət ərzində sayğacın xəta ilə işləməsi səbəbindən qaz itkisi yaranmış və istehlakçıya hesablanmış 1080 manat məbləğ həmin xətadan irəli gələn itirilmiş qazın həcmidir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 1080 manat borcun qanuniliyi sübut olunmadığından, iddia tələbi həmin hissədə əsaslıdır.
35. 09/2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 756 manat borca gəldikdə isə, cavabdeh etirazında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən İddiaçı Ağcabədi rayonu Həzi Aslanov küçəsindəki qeyri-yaşayış (obyektinə) sahəsinə baxış keçirilməsi bağlı Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarları maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 2.3cü bəndinə əsasən Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə barədə xx.xx.2024-cü il tarixli, KY242147500 saylı çıxarış təqdim etməklə yoxlamalar aparılmışdır. Yoxlamalar zamanı qaz sayğacının İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilsə də, istehlakçı işlətdiyi Sənaye qaz qurğularının qazın alqı-satqı müqaviləsində göstərilən həcmindən artıq olduğu aşkar olunmuşdur. Yəni iddiaçının müəsissəsinə quraşdırılmış 28195955 nömrəli qaz sayğacı G-6 m3 maksimal qaz sərf 10 m3 olduğu halda müəssənin istifadəsində olan cihazları qaz sərfi 11.4 m3 olduğu müəyyən olnmuşdur. Müəssisə müəyyən olunmuş standartlarından 1.4 m3 artıq qaz sərfi ilə qazdan istifadə etmişdir. 1.4 m3 x 24 (saat) x 90 (gün) = 3024 m3 Tarif şurasının qərarına uyğun olaraq 3024 m3 * 0.25 manat = 756 manat məbləğ hesablanmışdır.
36. İş materiallarında olan xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, “Qazdan istifadə qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqı barədə Müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 11,4 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması: 11,4 - 10 = 1,4 х 24 х 90 = 3024 m3- cəmi 3024 m3
37. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan xüsusatlara, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialının 13 iyun 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən qiymət verilməlidir. Belə ki, həmin rəydə qeyd olunur ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları” (bundan sonra Qaydaları) ilə tənzimlənir. "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə əsasən istehlakçı Qazdan istifadə tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması şərtləri müəyyən edilsə də, həmin Qaydalarda özbaşına qaz qurğuları quraşdırılan zaman vurulmuş zərərin hesablanması şərtləri müəyyən edilməmişdir. Tikinti obyektində quraşdırılmış G-6 markalı qaz sayğacının pasport göstəricilərinə əsasən sayğacın maksimal ölçmə həddi 10 m³/saat təşkil edir. İstehlakçının işləmə rejiminin 24 saat (istehlakçı tərəfindən tərəfindən təqdim edilmiş subuta əsasən), qaz sayğacının maksimal ölçmə həddinin 10 m³/saat olduğunu nəzərə alsaq müəyyən edərik ki, sözgedən obyektdə 30 gün ərzində istehlak olunan qazın həcmi 7200 m³ (24 saat x 10 m³ x 30 gün) həddinə qədər olduqda faktiki olaraq yerində istismarda olan G-6 markalı qaz 1 sayğacı sərfiyyatı qeydə alır və əlavə hesabatın aparılması məqsədəuyğun deyil. Eyni zamanda istehlakçının abonent saldosu təhlil edilən zaman müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən hesablanmış dəymiş zərər tədbiq olunan həmin 3 ay ərzində istehlakçı tərəfindən 7200 m³ həcmindən yuxarı həcmdə qazdan istifadə edilməmişdir.
38. Məhəkəmə hesab edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialının 13 iyun 2025-ci il tarixli mütəxəssis rəyi işin faktiki halları ilə uyğun olduğundan, mötəbər sübut kimi nəzərə alınmalıdır.
39. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi akt əsasında hesablanmış 756 manat borcun silinməsinə aid hissədə də əsaslıdır.
40. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şirvan Kommersiya Məhkəməsinin e- 2-2(121)-1572/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi tələbi”nə dair iş üzrə icraata “aktın ləğv edilməsi” hissəsində xitam verildiyindən, iddia tələbi qismən təmin edilməli, Azəriqaz” İstehsalat Birliyi tərəfindən akt əsasında hesablanmış 1836 (bir min səkkiz yüz otuz altı) manat borc İddiaçı abonent hesabından (abonent kodu: **********50340) silinməlidir.
Məhkəmə xərcləri:
41. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 1836 (bir min səkkiz yüz otuz altı) manat borc İddiaçı abonent hesabından (abonent kodu: **********50340) silinsin və ödənilmiş dövlət rüsumuna görə 38 (otuz səkkiz manat) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev