Məhkəmə qərarları › İş №e-2-2(121)-18/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-18/2020

15.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-18/2020 15.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı qeyri-qanuni yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq yaradılmış giriş-çıxış yolundan (yol birləşməsinin) istifadənin məhdudlaşdırılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı R-45 indeksli Respublika əhəmiyyətli Salyan- Noxudlu-Şirvan avtomobil yolunun 6-cı kmdə yolun sağ tərəfində sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehə məxsus “Royoil” adlı yanacaq doldurma məntəqəsi üçün qeyriqanuni yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq yaradılmış giriş-çıxış yolundan (yol birləşməsinin) istifadənin məhdudlaşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək, işin baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh, həmçinin üçüncü şəxslər X2 və X3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı qeyri-qanuni yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq yaradılmış giriş-çıxış yolundan (yol birləşməsinin) istifadənin məhdudlaşdırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar