Məhkəmə qərarları › İş №e-2-2(121)-2067/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2067/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-2067/2022 03.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 36.169,88 manat əsas borc məbləğinin və mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı hesabına köçürülməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 36.169,88 manat əsas borc məbləğinin və mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası 03 oktyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia tələbi ilə əlaqədar tərəflərindən dəqiqləşdirmə aparılması zərurəti yarandığından iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1--261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə iddaçının ərizəsini və qanunverciliyin yuxarıda göstərilən normalarını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh “X1 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 36.169,88 manat əsas borc məbləğinin və mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı hesabına köçürülməsi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar