Məhkəmə qərarları › İş №e-2-2(121)-24/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-24/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-24/2020 22.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 təbii qazdan istifadə etdiyinə görə yaranmış 41.515,40 manat borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı” İstehsalat Birliyitərəfindən məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edilərək, cavabdeh X2 təbii qazdan istifadəyə görə yaranmış 82.651 manat əsas borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı hesabına köçürülməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh X4 təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixə 41.515,40 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. Belə ki, cavabdeh 2018-ci ilin noyabr, dekabr aylarında 18.651,60 manat məbləğində qaz istifadə etmiş 2.200 manat ödəmiş, 16.451,60 manat qalıq borc qalmış, 2019-cu ilin yanvar-aprel aylarında 40.910,80 manat məbləğində təbii qaz istifadə etmiş 15.800 manat ödəmiş, 25.110,80 manat qalıq borc qalmışdır. xx.xx.2019-cu il tarixə ümumilikdə 41.515,40 manat borcu yaranmışdır. İddiaçı Salyan RQİİ-si tərəfindən 41.515,40manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, Salyan RQİİ-si ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Qeyd olunan mübahisənin məhkəməyədək həll olunması məqsədilə xx.xx.2019-cu il tarixli, 01İR/13-1692 saylı pretenziya məktubu ilə 41.515,40 manat borcun ödənilməsi barədə cavabdehə müraciət olunmuşdur. Cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. X7 tərəfindən 2019-cu ilin noyabr ayından 2020-ci ilin aprel ayınadək istixanada 75.135,60 manat məbləğində təbii qazdan istifadə edilmiş, 41.135,60 manat borcu qalmış və xx.xx.2020-ci il tarixə borc məbləği artaraq 82.651 manat olmuşdur. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X7 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, ASX-Şirvan/051 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı X5məxsus müəssisəni qazla təmin etməyi, istehlakçı X7 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2020-ci ilin may ayına X4 82.651 manat borcu yaranmışdır. Həmin borcun 68.893 manat hissəsi X4 istehlak etdiyi təbii qazın dəyərini təşkil edən cari qaz sərfiyyatına görə hesablanmış, 2016-cı ilin dekabr ayı üzrə 3.756,40 manat, 2017-ci ilin: yanvar ayı üzrə 3.224,20 manat, fevral ayı üzrə 3.184,20 manat, mart ayı üzrə 2.359,60 manat və aprel ayı üzrə 1.233,60 manat olmaqla, cəmi 13.758 manat hissəsi isə “Təbii X8nın pozulması haqqında” aktlara əsasən hesablanmışdır. İş materiallarında olan İddiaçı İstehsalat X1 ünvanladığı xx.xx.2019-cu il tarixli, 01İR/13-1692 saylı pretenziya məktubunun surətindən görünür ki, X5 təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixə yaranmış 41.515,40 manat məbləğində borcunun 10 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan X4 nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanan etirazda qeyd olunur ki, Salyan rayonu ərazisində yerləşən istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. O istixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmişdir və istixanada işlətdiyi qazın pulunu həmişə vaxtında ödəmişdir. Müəyyən səbəblərdən cari ildə işlətdiyi qazın pulunu tam ödəyə bilməmişdir. Bu səbəbdəndə borcu yaranmışdır. İddiaçı qazdan istifadəyə görə yaranmış 82.651 manat borcun ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qeyd olunan borc məbləğindən 13.758 manat hissəsini qəbul etmir, çünki həmin borc iddiaçı tərəfindən əsassız olaraq Ç.Hüseynovun qaz idarəsində olan hesabına əlavə olunub. Çingiz Hüseynov tərəfindən istixanada işlənmiş qazın pulu həmişə sayğaca əsasən ödənilib. İddiaçı isə 2016-cı ilin dekabr ayında 3.756,40 manat, 2017-ci ilin yanvar ayında 3.224,20 manat, fevral ayında 3.184,20 manat, mart ayında 2.359,60 manat, aprel ayında 1.233,60 manat,ümumilikdə 13.758 manat sayğacla qeydə alınmayan əsassız borc yazmışdır. Ç.Hüseynov həmin dövrlərdə sayğacla qaz işlətmişdir, bu iş materiallarında olan saldodada öz təsdiqini tapır. İddiaçı isə yuxarıda qeyd olunan aylarda həm sayğacla həmdə onlara məlum olmayan üsullarla qaz borcu hesablayıb. Ç.Hüseynovun həmin borcla bağlı heç bir məlumatı olmayıb. Onun sayğacla işlətdiyi qaza görə müəyyən qədər borcu olub və 2017-ci ilin oktyabr ayında istixananın qazın açılması üçün cavabdehin yerli təşkilatı olan X10 müraciət edərkən ona 36.000 manat borcu olduğunu bildiriblər. Ç.Hüseynov borc məbləğinin çox olmasından şübhələndiyi üçün araşdırma apardıqda 13.758 manat əsassız borc yazılmasını müəyyən edib və bu barədə cavabdehə öz etirazını bildirib. Cavabdehin nömayəndələri borcun səhvən yazılmasını bildirmişlər və düzəliş ediləcəyi barədə söz vermişdirlər. Lakin istixananın qazının açılmasını tələb etdikdə hesabda olan qalıq borclar tam ödənildikdən sonra qazın açılmasının mümkünlüyü, borcu tam ödəməyi, istixananın işlədiyi dövrdə əsassız yazılmış borcun əvəzləşdiriləcəyini bildirmişdirlər. Ç.Hüseynov istixanada əkilmiş şitillərin məhv olacağından çəkindiyi üçün 36.000 borcu ödəmişdir. Lakin iddiaçı əsassız hesabladığı borcu silməmişdir. Bu səbəbdəndə Ç.Hüseynov istifadə etdiyi qazın pulunu əsassız yazılmış borc məbləğinədək ödəmiş, qalan pulu ödəməmişdir. Hazırda iddiaçı əsassız hesabladığı borcda daxil olmaqla 82.651 manat borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı” İstehsalat Birliyinin nümayəndələri tərəfindən 2016-cı ilin dekabr ayında 3.756,40 manat, 2017-ci ilin yanvar ayında 3.224,20 manat, fevral ayında 3.184,20 manat, mart ayında 2.359,60 manat aprel ayında 1.233,60 manat, ümumilikdə 13.758 manat yazılmış borcu qanunsuz və əsassız hesab edirlər, ona görə də silinməsini xahiş edirlər. Ç.Hüseynov istifadə etdiyi qazın pulunu həmişə vaxtında ödəmişdir. İddiaçı tərəfindən 2016-cı ilin dekabr aymda 2017-ci ilin yanvar fevral, mart, aprel aylarında həm sayğacla həmdə onlara məlum olmayan qaydada Ç.Hüseynova məxsus istixanaya borc hesablamışdır. Borcun yazılmasına səbəb kimi guya müxtəlif vaxtlarda qaz sayğacının işləməməsini əsas göstərirlər. İddiaçı İB-nin işçiləri hər ay sayğaca baxır, qeydiyyat aparırlar. Əgər bu aylar ərzində sayğacda hər hansı bir nöqsan olsa idi iddiaçının işçiləri bu barədə Ç.Hüseynova məlumat verərdilər. İstixanaya həm sayğacla həmdə digər vasitə ilə hesabat aparmaqla iddiaçı tərəfindən “X8”nın tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Həmin qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş arayışda qeyd olunur ki, X5 məxsus istixana xx.xx.2016-cı il tarixdə G-250 markalı, 21420 saylı qaz sayğacı quraşdırılmış və istixana xx.xx.2016-cı il tarixdə abonent qeydiyyatına alınmışdır. X5 məxsus istixanaya 2016-cı ilin dekabr ayında sayğacın mexaniki hissəsinin hesablamalarına görə 8.095,60 manat, elektron hissəsinin hesablamalarına görə 3.756,40 manat, 2017-ci ilin yanvar ayında sayğacın mexaniki hissəsinin hesablamalarına görə 6.948,80 manat elektron hissəsinin hesablamalarına görə 3.224,20 manat, 2017-ci ilin fevral ayında sayğacın mexaniki hissəsinin hesablamalarına görə 6.125,60 manat elektron hissəsinin hesablamalarına görə 3.184,20 manat, 2017-ci ilin mart ayında sayğacın mexaniki hissəsinin hesablamalarına görə 4.539,20 manat elektron hissəsinin hesablamalarına görə 2.359,60 manat, 2017-ci ilin aprel ayında sayğacın mexaniki hissəsinin hesablamalarına görə 4.173,20 manat elektron hissəsinin hesablamalarına görə 1.233,60 manat hesabat aparılmışdır. 2016-cı ilin dekabr ayından 2017-ci ilin aprel ayınadək sayğacın mexaniki hissəsinin hesablamalarına görə ümumilikdə 29.882,40 manat, elektron hissəsinin hesablamalarına görə 13.758 manat hesabat aparılmışdır. X5 məxsus istixanada 2016-cı ilin dekabr ayından 2017-ci ilin aprel ayınadək ümumilikdə 43.640,04 manat məbləğində qaz sərf edilmiş, 44.200 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən pul məbləği istixanada istismarda olan qaz sayğacının mexaniki və elektron hissəsinin qeydiyyatı arasında yaranmış qaz sərfiyyatına görə hesablanmış məbləğdir. Hazırda mübahisələndirilən borc məbləği cavabdeh tərəfindən 2017-ci ilin oktyabr ayında tam olaraq ödənilmiş, cavabdeh 546,20 manat kreditor olmuşdur. Göstərilənləri nəzərə alaraq X7 və vəkili və nümayəndəsi Elman Hənifəli tərəfindən İddiaçı İB-nin iddia tələbinə verilmiş etirazda qeyd olunanları əsassız hesab edirlər, iddia tələblərinin tam təmin edilməsini xahiş edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllə`nin 425.2-ci maddəsinə uyğun olaraq öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə müəyyən etdi ki, İddiaçı ilə cavabdeh X7 arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin X7 müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və nəticədə İddiaçı tərəfindən ona 82.651 manat məbləğində borc hesablanmışdır. Həmin borcun 68.893 manat hissəsi X4 istehlak etdiyi təbii qazın dəyərini təşkil edən cari qaz sərfiyyatına görə hesablanmış, 13.758 manat hissəsi isə saldonun qalıq və aktlar bölməsində əks edilmişdir. İddiaçı cavabdehdən hesablanmış 82.651 manat məbləğində borcun ödənilməsini tələb edir, cavabdeh isə həmin borcun 13.758 manat hissəsini qəbul etmir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri 68.893 manat pulun (istehlak etdiyi təbii qazın dəyəri) tutulmasına münasibətdə öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməli, iddia qismən, yəni cavabdeh X2 68.893 manat tutularaq İddiaçınə ödənilməsi hissəsində təmin edilməlidir. İddia tələbinin borcun ümumi məbləğinin 13.758 manat hissəsinin tutulması hissəsinə münasibətdə isə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, 2016-cı ilin dekabr ayı üzrə 3.756,40 manat, 2017-ci ilin: yanvar ayı üzrə 3.224,20 manat, fevral ayı üzrə 3.184,20 manat, mart ayı üzrə 2.359,60 manat və aprel ayı üzrə 1.233,60 manat olmaqla, cəmi 13.758 manat borcun hesablanmasının əsası kimi, İddiaçı tərəfindən hər-hansı sənəd və sübut təqdim edilməmişdir. Qeyd olunan borc məbləğləri ayrı-ayrılıqda (2016-cı ilin dekabr ayından 2017-ci ilin aprel ayı daxil olmaqla) abonentin saldosunun “qalıq və aktlar” bölməsində əks edilməsinə baxmayaraq, cavabdehin həmin məbləğlərdə qalıq borcunun olduğu, həmçinin həmin məbləğlərə dair hər-hansı aktın tərtib olunduğu iş materialları ilə müəyyən edilmir. Yəni ümumilikdə 13.758 manat borcun hesablanmasının hüquqi əsası yoxdur. Digər tərəfdən, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş arayışda 2016-cı ilin dekabr ayından 2017-ci ilin aprel ayınadək sayğacın mexaniki hissəsinin hesablamalarına görə ümumilikdə 29.882,40 manat, elektron hissəsinin hesablamalarına görə 13.758 manat hesabatın aparıldığı bildirilmişdir. Məhkəmə bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X8”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı olması, qaz paylayıcısına onun istədiyi zaman öz mülahizəsinə əsasən sayğacın mexaniki, istədiyi zaman isə elektron göstəricilərə əsasən hesablama aparılmasına əsas vermir. Digər tərəfdən, məhkəmə hesab edir ki, sayğacın mexaniki və elektron göstəriciləri arasında fərqin mövcud olması o deməkdir ki, sayğac düzgün işləmir. Bu isə, sayğacın təmir olunması, texniki baxışdan keçirilməsi və dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) ilə nəticələnməli olduğu halda, İddiaçı tərəfindən 2016-cı ilin dekabr ayından 2017-ci ilin aprel ayınadək hərəkətsizlik göstərilərək, 5 ay ərzində bu problemi aradan qaldırmamış və şüurlu şəkildə cavabdehə əlavə borcun hesablanmasına şərait yaratmışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş arayışda qeyd olunur ki, X5 məxsus istixana xx.xx.2016-cı il tarixdə G-250 markalı, 21420 saylı qaz sayğacı quraşdırılmış və istixana xx.xx.2016-cı il tarixdə abonent qeydiyyatına alınmışdır. Abonentin saldosundan göründüyü kimi, cavabdeh tərəfindən 2016-cı ilin dekabr ayında qazdan istifadə edilməyə başlanılmış, elə həmin aydan etibarən də, iddiaçı tərəfindən ona mexaniki göstəricilərdən başqa, elektron göstəricilərə görə də ayrı-ayrılıqda borc hesablanmağa başlanılmışdır. Göründüyü kimi, artıq ilkin qeydiyyata alınarkən, cavabdeh qüsurlu sayğacla təmin edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən sayğacın elektron göstəricilərinə əsasən hesablandığı iddia edilən cəmi 13.758 manat borc həm də ona görə əsassız hesablanmışdır ki, abonentin saldosundan göründüyü kimi, 2016-cı ilin dekabr ayı və 2017-ci ilin yanvar-mart ayları üzrə sayğacın mexaniki və elektron göstəriciləri tamamilə eynilik təşkil edir. Yəni bu dövr üçün hər-hansı bir fərqin olduğu müəyyən olunmur. Fərq yalnız 2017-ci ilin aprel ayı üzrə vardır ki, hətta bu fərq belə (149412-147417=1.948 m3), həmin dövr üçün (2017-ci ilin aprel ayı) əlavə 1.233,60 manat borcun hesablanmasına əsas deyildir. Göründüyü kimi, iddiaçı tərəfindən 2016-cı ilin dekabr ayından 2017-ci ilin aprel ayı daxil olmaqla əsassız olaraq 13.758 manat borc hesablanmışdır və buna görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilməli, 25 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 68.893 manat borc və ödənilmiş dövlət rüsumuna görə 25 manat olmaqla, cəmi 68.918 (altmış səkkiz min doqquz yüz on səkkiz) manat pul məbləği cavabdeh X2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar