Məhkəmə qərarları › İş №e-2-2(121)-3/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3/2022

15.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-3/2022 15.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Avtomobil X2 “X1 Xidməti” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehə məxsus mebel fabriki üçün yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq yaradılmış giriş-çıxış (yol birləşməsi) yolundan istifadənin məhdudlaşdırılması barədə iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Avtomobil X2 “X1 Xidməti” MMC cavabdeh "xxxx" MMC-yə qarşı – M-3 indeksli respublika əhəmiyyətli Ələt-Astara-iran İslam Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 130 km-də, yolun sol tərəfindən cavabdehə məxsus mebel fabriki üçün qeyri-qanuni yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq yaradılmış giriş-çıxış (yol birləşməsi) yolundan istifadənin məhdudlaşdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırda ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən iddia tələbi məhkəmədən kənar həllini tapdığını, iddianın baxılmamış saxlanılmaqla, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, cavabdehin kredit borcunu ödəməklə kredit müqaviləsi üzrə ödəliyini tam icra etməsi səbəbindən, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, bununla da, iddia ərizəsi baxılmamış saxlandığından, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Avtomobil X2 “X1 Xidməti” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı M-3 indeksli respublika əhəmiyyətli Ələt-Astara-iran İslam Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 130 km-də, yolun sol tərəfindən cavabdehə məxsus mebel fabriki üçün qeyri-qanuni yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq yaradılmış giriş-çıxış (yol birləşməsi) yolundan istifadənin məhdudlaşdırılması barədə iddia ərizəsi baxılmamış saxlansın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti "xxxx" MMCdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar