Məhkəmə qərarları › İş №e-2-2(121)-30/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-30/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-30/2020 10.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 nümayəndəsi və vəkili X11 iştirakları ilə, İddiaçı cavabdeh X9 qarşı cavabdehdən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 6.582,40 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair ilk iddia ərizəsi, iddiaçı X7 cavabdeh İddiaçınə qarşı İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı aktı əsasında hesablanmış 3.556 manat borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 6.582,40 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X8 təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixə 6.582,40 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. İddiaçı Salyan RQİİ-si tərəfindən 6.582,40manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, Salyan RQİİ-si ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bü müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəflərindən xx.xx.2019-cu il tarixli, 01İR/13-1711 saylı pretenziya məktubu ilə 6.582,40 manat borcun ödənilməsi barədə müraciət olunmuşdur. Cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı xx xxxx 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir.Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. X4 İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı aktı əsasında hesablanmış 3.556 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Qırxçıraq kəndində yerləşən ona məxsus istilikxanada tərəvəz məhsullarının istehsalı ilə məşğul olur və bunun üçündə qazdan istifadə edir. 2019-cu il tarixdə “İddiaçı" X16 RQİİ-nin əməkdaşları tərəfindən onun iştirakıolmadan akt tərtib etmişlər və həmin akta əsasənona 3.556 manat borc hesablanmışdır. Cavabdehin işçiləri istixana mövsümü başladıqda müraciəti əsasında istixananın qaz təsərrüfatına baxış keçirmişlər və heç bir kənarlaşma olmadığı üçün istixanaya qaz vermişdirlər. Qaz idarəsinin işçiləri mütəmadi olaraq günün istənilən vaxtı və gecə saatlarında istixanasına baxış keçiriblər və istixanada sayğacla qazdan istifadə etdiyini, heç bir nöqsan olmadığını görüblər. xx.xx.2019-cu il tarixdə cavabdehin nümayəndələri istixananın yerləşdiyi əraziyə gəlmişlər və istixanada olan qaz işlədicilərinə və sayğaca onun iştirakı olmadan baxış keçirmiş, sonra akt yazmışlar. Həmin vaxtı o kənddə olmamışdır. Ogələndən sonra onlara etiraz edərək sayğacın layihəyə uyğun quraşdırıldığını, layihəyə heç bir dəyişiklik edilmədiyini bildirsə də, heç bir nəticəsi olmamışdır, onun barəsində akt tərtib olunmuş və həmin akta əsasən 3.556 manat cərimə olunmuşdur. Hesab edir ki, xx.xx.2019-cu il tarixli akt əsassız tərtib olunmuşdur və bunun üçün də ləğv olunaraq həmin akt əsasında yazılmış borc silinməlidir. Qeyd olunanların nəzərə alınaraq, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 nümayəndəsi və vəkili X17 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, ilk iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X12 arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, Asan 5/436 saylı müqavilədən görünür ki, paylayıcı İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı X1 qazla təmin etməyi, istehlakçı X12 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. Həmçinin həmin müqavilənin surətindən görünür ki, X9 məxsus qeyriyaşayış sahəsində istifadə olunan 1 ədəd su qızdırıcı üçün G-6 markalı, 28196775 zavod nömrəli sayğac xx.xx.2018-ci il tarixdə quraşdırılmışdır. X3 fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və ona məxsus ********** saylı VÖEN vardır. Həmin müqavilədən göründüyü kimi müqavilədə paylayıcının (cavabdehin) və istehlakçının (iddiaçının) hüquq və vəzifələri müəyyən edilmişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə (DÜST-5542-87) uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, 2.1.3-cü bəndinə əsasən, istehlakçını ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilmə və ya son texniki baxış tarixindən etibarən) “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırmaq, 2.1.8-ci bəndinə əsasən, istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və istehlakçıya hesab təqdim etmək və s. paylayıcının, yəni İddiaçı vəzifələridir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktından görünür ki, İddiaçı nümayəndələri tərəfindən X9 məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda abonentə məxsus 28196775 nömrəli qaz sayğacının fərdi istixanaya quraşdırımış cihazın (su qızdırıcı) saatlıq qaz sərfiyyatının 24 m3 olduğu, cihazın saatlıq qaz sərfiyyatına uyğun olmaması aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın həcminin 17.780 m3 müəyyən edilərək hesablanmış borc məbləğinin ödənilməsi və qaz işlədicilərinin gücünü sayğacın sərfiyyatına uyğunlaşdırılması qərara alınmışdır. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, X7 6.582,40 manat borcu vardır ki, həmin borcun 3.556 manat hissəsi akt əsasında, 3.026,40 manat hissəsi isə istifadə olunmuş cari qaz sərfiyyatı əsasında hesablanmışdır. İş materiallarında olan X23 İstismar X2 ünvanladığı xx.xx.2019-cu il tarixli, 01İR/13- 1711 saylı məktubun surətindən görünür ki, X12 ona məxsus istixanada təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixə yaranmış 6.582,40 manat məbləğində borcunun 3 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə X12 xəbərdar edilmişdir. Məhkəmə İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktında X9 məxsus istixanada təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, sayğac xronometraj edilmiş, cihazın (su qızdırıcı) saatlıq sərfi sayğacın maksimal saatlıq qaz ölçmə həddini keçdiyi aşkar olunmuşdur. Həmçinin aktda “sayğacın birini saxlayıb o birindən istifadə edib” qeydi vardır. Lakin həmin aktda X9 məxsus istixanada nə əlavə cihazın quraşdırılması, nə də sayğaca onun tərəfindən müdaxilə olunduğuna dair hər-hansı qeydiyyat aparılmamışdır. Bununla bağlı İddiaçı tərəfindən məhkəməyə hər-hansı sənəd və sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrdən görünür ki, həmin müqavilələrə əsasən, X9 məxsus qeyri-yaşayış sahəsində G6 markalı, 28196775 nömrəli sayğac quraşdırılmışdır. X12 da öz növbəsində quraşdırılmış sayğacdan və özünə məxsus istixanada müqavilədə nəzərdə tutulmuş cihazlardan istifadə etmişdir. X5 müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yuxarıda göstərilən sayğacın quraşdırılması cavabdeh İddiaçı tərəfindən qəbul edildiyi, müqavilə üzrə istifadə olunacaq cihazın müəyyən edildiyi və bununla bağlı X12 ilə müqavilə bağlanıldığı halda, sonradan İddiaçı tərəfindən həmin sayğacın fərdi istixanaya quraşdırılmış cihazın saatlıq qaz sərfiyyatına uyğun olmaması qənaətinə gəlməyə əsas ola bilməz. Məhkəmə o cümlədən qeyd edir ki, müqavilədə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək cavabdehin vəzifəsi kimi müəyyən edilmişdir. Lakin qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda istehlakçıya müqavilədən irəli gəlməyən daha ağır şərtlərlə öhdəliyin qoyulması yol verilməzdir. İddiaçınə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı aktla müəyyən olunan hala dair müvafiq sübutların təqdim edilməsi təklif olunsa da, məhkəmə hər-hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin aktda “sayğacın birini saxlayıb o birindən istifadə edib” qeydi olsa da, X9 aid ikinci sayğacın mövcudluğuna dair məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. İddiaçı nümayəndəsi tərəfindən məhkəməyə X18 adlı şəxsə dair saldo təqdim edilərək, aktda qeyd olunan həmin ikinci sayğacın bu şəxsin adına rəsmiləşdirildiyini, lakin sayğacın X9 aid olduğunu bildirmişdir. Lakin məhkəmə İddiaçı bu dəlilini qəbul etmir. Belə ki, saldodan da göründüyü kimi, həmin saldo X9 deyil, X14 aiddir. Həmin saldonun və müvafiq olaraq da sayğacın X12 ilə bağlılığı iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, aktla X7 istifadəsində olan cihazın (su qızdırıcı) saatlıq sərfi sayğacın maksimal saatlıq qaz ölçmə həddini keçdiyi aşkar olunsa da, bunun məhz iddiaçının təqsiri (hərəkət və ya hərəkətsizliyi) nəticəsində baş verməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmçinin istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan normaları analogiya üzrə hazırki işə tətbiq etməklə belə nəticəyə gəlmək olar ki, cavabdeh yalnız iddiaçının təqsiri nəticəsində dəymiş ziyanı ondan tələb edə bilər. Hazırki iş üzrə abonentə məxsus istixanaya quraşdırımış cihazın (su qızdırıcı) saatlıq qaz sərfiyyatının saatlıq qaz sərfiyyatına uyğun olmamasında iddiaçının təqsiri müəyyən olunmadığından, məhkəmə hesab edir ki, ondan hər-hansı ziyan tələb edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi, X3 fəaliyyəti ilə məşğul olur. Bu, İddiaçı tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi İddiaçı tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 3.556 manat borca aid hissədə əsassız olduğundan təmin edilməməli, həmin hissədə qarşılıqlı iddia əsaslı olduğundan təmin edilərək, sözügedən akt əsasında hesablanmış 3.556 manat borc silinməlidir. O cümlədən ilk iddianın aktla bağlı olmayan 3.026,40 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə ilk iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X7 cari qaz sərfiyyatına əsasən 3.026,40 (6.582,40–3.556=3.026,40) manat borc hesablanmışdır. hesablanmış məbləğində hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə uyğun olaraq öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. İstixanada təbii qazdan istifadəyə görə yaranmış 3.026,40 (üç min iyirmi altı manat, 40 qəpik) manat borc X6 tutularaq, İddiaçınə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 hesablanmış 3.556 (üç min beş yüz əlli altı) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar