Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-37/2020 27.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Astara rayonu, Ərçivan kəndində yerləşən məişət xidməti ofisində təbii qazdan istifadə etdiyinə görə yaranmış 1.794,90 manat məbləğində əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 1.825,30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “xxxx “MMC” arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, ***-**-** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğususu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”yə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Astara rayonu, Ərçivan kəndində yerləşən “xxxx” MMC-nin Məişət xidməti ofisində istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2019-cu il tarixə İddiaçınə 1.794,90 manat məbləğində debitor borcu yaranmışdır. Borcun yaranmasına səbəb “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1.794,90 manat məbləğində dəymiş ziyanın ödənilməməsi olmuşdur. Belə ki, İddiaçı Lənkəran RQİİ-nin Astara XS-nin SQİX-nin mütəxəssisləri tərəfindən xx.xx.2018-ci il tarixdə “xxxx” MMC-yə məxsus Məişət xidməti ofisində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılarkən istismarda olan Elster tipli, G-6 markalı, 28195337 saylı qaz sayğacının qazı buraxması, lakin göstərici mexanizmin sərfiyyatı əks etdirməməsi səbəbi ilə əlaqədar xx.xx.2018-ci il tarixdə ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında çıxarılaraq, növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə idarəsinə göndərilmişdir. X7 iştirakı ilə həmin qaz sayğacı şəbəkədən çıxarılmış və o, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktı imzalamışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə idarəsinin xx.xx.2018-ci il tarixli, MS-29/1640-00630-3 saylı aktına əsasən “ARSMPDK-nin möhürü vurulmuş qurğuşun və nömrəli plomb sayğacın üzərində aşkar edilmədi. Sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsidə deşilib. Sayğac minimal və nominal sərfiyyatda-100% nisbi xəta ilə işləyir. Xatalar normaya uyğun deyil. Sayğac istismara yararsızdır” rəyi verilmişdir. X12 X4 Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən istehlakçıya məxsus qeyri yaşayış sahəsinə xx xxx 2018-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş və qeyd edilən akt istehlakçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərnin bərpasının hesablanması” Qaydalarına əsasən X12 İstismari İdarəsinin mütəxəssisləri tərəfindən “İtirilmiş qazın bərpası üzrə” cavabdeh “xxxx” MMC-nin **********00000 saylı abonent hesabında qaz işlədicilərdən dəmir sobası maksimal saatlıq qaz sərfi 1,4 m3 saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, cəmi 9.072 mx xxxxxxx 1814,40 manat məbləğində dəymiş ziyan hesablanmış və “xxxx” MMC-nin abonent hesabına daxil edilmişdir. İstehlakçı tərəfindən 19,50 manat ödənilmiş, 1.794,90 manat isə ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq olunan" Qazdan istifadə Qaydaları"nın 4.8. bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına ğörə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən, hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə tərəflərindən xx.xx.2019-cu il tarixli, 01/HŞ-554 saylı məktubla pretenziya qaydasında müraciət edilmiş və cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubunda istehlak olunmuş təbii qaza görə yaranmış 1.794,90 manat borcun 10 gün müddətində tam ödənilməsi bildirilsə də, istehlakçı tərəfindən həmin borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda “xxxx” MMC-nin istehlak etdiyi təbii qaza görə İddiaçınə 1.794,90 manat borcu vardır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh, həmçinin cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X10 iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2016-cı il tarixli, ***-**-** saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı “xxxx” MMC-yəməxsus müəssisəni qazla təmin etməyi, istehlakçı “xxxx” MMC isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesabata əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxxxx 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış Elster tipli, G-6 markalı, 28195337 saylı qaz sayğacının qaz buraxdığı, lakin göstərici mexanizminin əks etdirmədiyindən, sayğac növbəti dövlət yoxlanılmasına göndərilməsi üçün başqa sayğac ilə əvəz olunmuşdur. İş materiallarında olan qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2018-ci il tarixli, MS-29/1640-00630-3 saylı aktda görünür ki, İddiaçı İB-nin SOCAR**********31791640X00630 saylı, xx xxxx 2018-ci il tarixli məktubuna əsasən xx xxxxx 2018-ci il tarixində Lənkəran RQİİ-dən dövlət yoxlamasına aparılmış Almaniya istehsalı, G6 markalı, mexanika tipli qaz sayğacları xx xxx 2018-ci il tarixdə İnformasiya Texnologiyaları və X8 və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında baxış keçirilmiş və ARSMPDK-nin möhürü vurulmuş qurğuşunun və nömrəli plomb sayğacın üstündə aşkar edilmədiyi, sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi, sayğacın minimal və nominal sərfiyyatda -100% nisbi xəta ilə işlədiyi, xətaların normalara uyğun olmadığı, sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı nümayəndələri tərəfindən “xxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin sənaye məişət qaz sayğaclarının labaratoriyasının rəyinə əsasən abonentə məxsus çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar olunmuşdur. Həmçinin həmin akta əsasən, itirilmiş qazın bərpa olunması, hesablanmış qaz həcminin dəyərinin abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın həcmi 9.072 m3 (1,4x2x18x180) müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli abonentin saldosundan görünür ki, “xxxx” MMC-nin 1.795,10 manat borcu yaranmışdır. Borcun yaranmasına əsas İddiaçı tərəfindən “xxxx” MMC barəsində tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli akt olmuşdur. Belə ki, “xxxx” MMC-yə həmin akta əsasən, 2018-ci ilin may ayı üzrə 1.814,40 manat borc hesablanmışdır. İş materiallarında olan İddiaçı “xxxx” MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli, 01/EN-554 saylı pretenziya məktubunun surətindən görünür ki, “xxxx” MMC-yə təbii qazdan istifadəyə görə xx.xx.2020-ci il tarixə yaranmış 1.794,90 manat məbləğində borcunun 10 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanan etirazda qeyd olunur ki, Astara rayonunun Ərçivan qəsəbəsində “xxxx” MMC-nin mini çəltik qurutma sexi fəaliyyət göstərir. Lakin uzun illərdir ki, qəsəbədə çəltik əkilmədiyi üçün sex işləməmişdir. Qəsəbə ərazisində yenidən çəltik əkini aparıldığından 2017-ci ilin avqust ayının 21-dən noyabr ayının ilk 10 günlüyünə kimi çəltik qurutma sexi mövsümü olaraq fəaliyyət göstərmişdir. 2017-ci ilin dekabr ayından 2018-ci ilin iyul ayına kimi çəltik qurutma sexi işləməmişdir. Belə ki, 2018-ci ildə əkilmiş çəltik avqust ayının 21-dən sonra biçilmişdir. Astara Rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə X11 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 1143 saylı və Ərçivan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 85 nömrəli arayış ilə bir daha təsdiq edilir ki, Astara rayonunun Ərçivan qəsəbəsində fəaliyyət göstərən “xxxx” MMC-nin çəltik qurutma sexi uzun illərdir ki, qəsəbədə çəltik əkini aparıİmadığı üçün işləməmişdir. Torpağların əkin dövriyyəsinə salınması ilə əlaqədar qəsəbə ərazisində yenidən çəltik əkini aparıldığından 2017-ci ilin avqust ayının 21-dən noyabr ayının ilk on günlüyünə qədər 75-80 gün “xxxx” MMC-nin mini çəltik qurutma sexi mövsümü olaraq fəaliyyət göstərmişdir.Buna baxmayaraq X12 istismarı idarəsi Astara Xidmət sahəsinin əməkdaşları xx xxx 2018-ci il tarixdə qaz sayğacına baxış keçirmişlər və sayğacın çıxış plastik borusu kənar təsiri nəticəsində deşilmişdir deyə akt tərtib etmişlər. Həmin akt tərtib edilərkən “xxxx” MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş, həmçinin hal şahidləri də iştirak etməmişdirlər. Qaz sayğacı küçədə quraşdırılmış və tərəflərindən sayğaca müdaxilə edilməsi zəruriyyəti olmamışdır. Çəltik qurutma sexi mövsüm ərzində cəmi 75-80 gün fəaliyyət göstərir. Buna görədə sayğaca müdaxilə edilməsinə ehtiyac yoxdur.İddiaçı X12 İdarəsinin Astara Xidmət sahəsinin əməkdaşları tərəfindən qərəzli olaraq Azərbaycan Respublikası Prezdentinin sahibkarlığın inkişafına mane olan müdaxilənin qarşısını alınmasına dair fərmanların və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” -nın 4,2, 4.6, 4.7, 4.8, 4.9 maddələrinin və “Qaz təchizatı haqqında Qanunun 13-cü maddəsinin 8-ci hissəsinin tələblərinə əməl etməmiş, saxta akt tərtib edilmiş, qanunsuz olaraq sahibkarlıq fəaliyyətinə müdaxilə edilmiş və 9.072 kubmetr itirilmiş qazın dəyərinin alınmasına cəhd edilmişdir.Tərəflərindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı “xx xxx 2018-ci il tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktın ləğv edilməsi və həmin akt əsasında 9.072 kubmetr qaza görə hesablanmış borcun silinməsi barədə Astara rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(018)-1007/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-559/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti mübahisə predmeti üzrə iddia hüququ şəxs “xxxx” MMC tərəfindən verilməli olduğu halda, fiziki şəxs tərəfindən verildiyindən təmin edilmişdir. Odur ki, hüquqi şəxs “xxxx” MMC tərəfindən cavabdeh İddiaçınə qarşı aktın etibarsız hesab edilməsi hesablanmış qazın dəyərin ödənilməsindən azad edilməsi tələbi ilə 2 saylı Bakı İnzibati İqtisadi məhkəməsinə idddia ərizəsilə müraciət edilmişdir. İş materiallarında olan Astara rayonu Ərçivan Bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 85 saylı arayışında qeyd olunur ki, Astara rayonunun Ərçivan qəsəbəsində fəaliyyət göstərən “xxxx” MMC-nin mini çəltik qurutma sexi uzun illər qəsəbədə çəltik əkini aparıldığı üçün işləməmişdir. Torpaqların əkin dövriyyəsi salınması ilə əlaqədar, yəni qəsəbə ərazisində yenidən çəltik əkini aparıldığından 2017-ci ilin avqust ayının 21-dən noyabr ayının ilk on günlüyünə qədər “xxxx” MMC-nin mini çəltik qurutma sexi mövsümi olaraq fəaliyyət göstərmişdir. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə X11 üzrə nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli, 2958 saylı arayışında qeyd olunur ki, Astara rayonunun Ərçivan qəsəbəsində fəaliyyət göstərən “xxxx” MMC-nin mini çəltik qurutma sexi uzun illər qəsəbədə çəltik əkini aparılmadığı üçün işləməmişdir. Torpaqların əkin dövriyyəsi salınması ilə əlaqədar, yəni qəsəbə ərazisində yenidən çəltik əkini aparıldığından 2017-ci ilin avqust ayının 21-dən noyabr ayının ilk on günlüyünə qədər “xxxx” MMC-nin mini çəltik qurutma sexi mövsümi olaraq fəaliyyət göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Astara Dövlət X9 xx xxxxxxx 2020-ci il tarixli, R-34 saylı məlumatında qeyd olunur ki, Astara rayonu ərazisində çəltik əkinləri aprel ayının 15-dən may ayının axırına kimi aparılır. Çəltik biçini isə avqust ayından başlayaraq sentyabr ayının axırına kimi davam etdirilir. Beləliklə məhkəmə müəyyən etdi ki, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, İddiaçı“xxxx” MMC-yəxx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, 1.814,40 manat borc hesablanmışdır. Həmin akta əsasən hesablanmış, lakin cavabdeh tərəfindən ödənilməmiş1.795,10 manat məbləğində borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktına əsasən hesablanmış 1.814,40 manat borcdan ödənilməmiş qalan cəmi 1.795,10 manat pulun cavabdehdən tutulmasına münasibətdə məhkəmə iddianı əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, itirilmiş qazın həcmi cəmi 9.072 m3 müəyyən edilərkən, hesabat müddəti 180 gün, günlük iş rejimi 18 saat qəbul edilmişdir. Lakin bu müddətin nəyə əsasən qəbul edildiyi, yəni nəyə görə məhz 180 gün ərzində hesabat aparıldığı, həmçinin günlük iş rejiminin 18 saat kimi qəbul edilməsi müəyyən olunmur. O cümlədən saldodan göründüyü kimi, aktın tərtib edildiyi xx.xx.2018-ci il tarixdən əvvəlki 180 gün (6 ay) ərzində cavabdeh tərəfindən qazdan istifadə edilmiş və müəyyən ödənişlər aparılmışdır. Lakin yuxarıda qeyd olunan 180 günlük hesabat müddəti üzrə hesablama aparılarkən, iddiaçının həmin müddətdə istifadə etdiyi qazın həcmi və dəyəri nəzərə alınmamışdır. Yəni, hesabat aparılarkən, əgər dəymiş ziyan mövcuddursa, iddiaçı tərəfindən həmin dövrdə istifadə edilmiş qazın həcmi və dəyəri ümumi dəymiş ziyandan çıxılmalı, bundan sonra dəymiş ziyan müəyyən edilməli idi. Digər tərəfdən, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən, cavabdehə məxsus sayğac dövlət yoxlamasına göndərilməsindən ötrü çıxarılmış və müvəqqəti sayğacla əvəz edilmişdir. 1.814,40 manat borcun hesablanmasına əsas olan ******* saylı akt isə xx.xx.2018-ci il tarixdə müvəqqəti sayğacın quraşdırılmasından 3 aydan artıq müddətdən sonra tərtib edilmişdir. Yəni ən azından xx.xx.2018-ci il tarixdə cavabdehə məxsus qeyriyaşayış sahəsinə quraşdırılmış müvəqqəti sayğac saz və işlək vəziyyətdə olmasına baxmayaraq, hesablama180 gün üçün aparılmışdır ki, bu da anlaşılmazdır. Bundan başqa, saldodan görünür ki, cavabdeh 2011-ci il ərzində 65,50 manat, 2012ci il ərzində 65,70 manat, 2013-cü il ərzində 243,80 manat, 2014-cü il ərzində 581,10 manat, 2015-ci il ərzində 407,40 manat, 2016-cı il ərzində 550,70 manat, 2017-ci il ərzində 1.192,20 manat, 2018-ci il ərzində 540,40 manat məbləğində təbii qazdan istifadə etdiyi halda, yalnız 2018-ci ilin may ayı üzrə (180 gün üçün hesablama nəzərə alınmaqla) ərzində 1.814,40 manat məbləğində qazdan istifadə etməsi, yəni həmin dövr ərzində dəymiş ziyanın 1.814,40 manat hesablanması ağlabatan deyildir. Məhkəmə həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, Astara rayonu Ərçivan Bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 85 saylı və Astara Rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə X11 üzrə nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli, 2958 saylı arayışlarında qeyd olunur ki, Astara rayonunun Ərçivan qəsəbəsində fəaliyyət göstərən “xxxx” MMC-nin mini çəltik qurutma sexi uzun illər qəsəbədə çəltik əkini aparılmadığı üçün işləməmişdir. Torpaqların əkin dövriyyəsi salınması ilə əlaqədar, yəni qəsəbə ərazisində yenidən çəltik əkini aparıldığından 2017-ci ilin avqust ayının 21-dən noyabr ayının ilk on günlüyünə qədər “xxxx” MMC-nin mini çəltik qurutma sexi mövsümi olaraq fəaliyyət göstərmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən ******* saylı akt üzrə hesablama aparıldığı dövrdə faktiki olaraq “xxxx” MMC-nin mini çəltik qurutma sexi fəaliyyət göstərməmişdir. Çəltik qurutma sexinin fəaliyyət göstərdiyi dövrdə təbii qazdan istifadə edilmiş və buna görə hesablanmış borc saldoda öz əksini tapmışdır (2018-ci ilin avqust-noyabr ayları). Digər tərəfdən, iş materiallarından göründüyü kimi, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur – istixana işlədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi İddiaçı tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə cavabdehin barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 1.814,40 manat borc hesablanmışdır ki, həmin akt iddiaçı tərəfindən tərtib olunmuş, iddiaçının nümayəndələri tərəfindən imzalanmış və iddiaçı tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni iddiaçının) iradə ifadəsi yetərli deyildir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 1.794,90 manat məbləğində borc xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1.814,40 manat borcun tərkib hissəsi olduğundan (iddia ərizəsində də bu qeyd olunmuşdur), həmin akt isə qanunsuz tərtib edildiyindən, sözügedən akt əsasında hesablanmış borcun tutulması da yolverilməzdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki,İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-37/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-37/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver