Məhkəmə qərarları › İş №e-2-2(121)-399/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-399/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-399/2021 25.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, “xxxx” ASC tərəfindən tərtib edilən X3 qaydalarının pozulması haqqında 10.09.2020-ci il tarixli, 007961 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” ASC adından “ASAN Xidmətlə” İş və Elektron İdarəetmə Departamentinin direktoru E.Rüstəmli ilə “Sifarişçi” “xxxx” MMC arasında 28.09.2019-cu il tarixli, 001882/2019 saylı “Xidmət göstərilməsinə dair” müqavilə bağlanılmışdır. Müqavilənin predmetinə görə, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi, İddiaçı MMC-nin sifarişi ilə, “Sifarişçi” tapşırır, “İcraçı” isə 0.4 KV-luq kabel xəttlərinin sınağı, parametrlərinin təyini (avtomatla birlikdə), birləşmələrin yoxlanması, bərkidici detalların sıxılması, torpaqlama kontoruna nəzərən elektrik avadanlıqlarının torpaqlama müqavimətinin ölçülməsi, xəttin operativ açılıb-qoşulma əməliyyatları üzrə göstərilən işlərin görülməsini öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar, “xxxx” MMC olaraq istifadə etdiyi elektrik enerjisinin haqqını vaxtlı-vaxtında ödəməklə yanaşı heç bir qanun pozuntusuna yol verməmişdir. Bu müddət ərzində “xxxx” MMC ilə cavabdeh arasında istər X3 edilməsi, istərsə də onun dəyərinin ödənişi ilə bağlı hər hansı bir anlaşılmazlıq olmamışdır. 10 sentyabr 2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları, barələrində 007961 saylı akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları sayğaca baxış keçirən zaman heç bir qanun pozuntusu aşkar etmədikləri halda, cərəyan transformatorları yerləşən yuvanın möhürünə aid simin qırıq olduğunu və “C” fazası üzərində quraşdırılan C transformatorunun dəyişdirildiyini tərtib edilmiş aktda qeyd etmişlər. X3 qaydalarının pozulması haqqında 10.09.2020-ci il tarixli, 007961 saylı aktın tərtib edilən zaman müəssisənin heç bir nümayəndəsi iştirak etməmişdir. Müəssisənin nümayəndəsi kimi göstərilən Təbriz, onların işçisi deyil və “xxxx” MMC ilə heç bir əlaqəsi yoxdur. Həmin aktın tərtibi zamanı “xxxx” MMC-nin nümayənədlərinin iştirakı təmin edilməmiş və ümumiyyətlə sənədin tərtibindən məlumatları olmamışdır. Belə olduğu halda, aktın mətninin sonunda yer almış hər iki xüsusatın cavabdehin əməkdaşlarının imzaları ilə təsdiq edilməsi tam qanunsuzdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “xxxx” MMC-nin və cavabdeh “xxxx” ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin iddiaçı “xxxx” MMC teleqram vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməklə, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.01.2020-ci il tarixli, 026662 saylı enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatdan görünür ki, “xxxx” MMC (VÖEN:**********) 03.04.2008-ci il tarixində dövlət qeydiyyatına alınmışdır və hüquqi ünvanı İmişi rayonu, Çaxırlı kəndidir. İş materiallarında olan “xxxx” ASC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 10.09.2020-ci il tarixli, NDQ007961 saylı aktda qeyd edilmişdir ki, E.E.İ.Q-na uyğun obyektə məxsus el/sayğacına baxış keçirilən zaman məlum oldu ki, c/transformatorları yerləşən yuvanın möhürünün simi qırığdır, “C” fazasının üzərində quraşdırılan c/transformatoru dəyişdirilmişdir. Ölçmə zamanı axan Pay = 583 kvt (beş yüz səksən üç) cos f = 0,75 nəzərə alınmaqla, sayğac yeni tipli elektron sayğacla əvəz edilsin, yuva yenidən möhürlənsin. İş materiallarında olan abunə haqqında məlumatın surətindən görünür ki, abonent “xxxx” MMC-yə 10.09.2020-ci il tarixli, NDQ007961 saylı akta əsasən, 6.119,10 manat borc hesablanmışdır. İş materiallarında olan 11 sentyabr 2020-ci il tarixli 210908 saylı aktda 007961, 10.09.2020-ci il tarixli akta əsasən sayğacın yeni müasir tipli elektron sayğacla əvəz olunduğu, sayğac sxeminin təkrar yoxlanılaraq normal qəbul olunduğu, çıxan sayğacın SNİ-nin mühəndisi Hüseynov Raminə təhvil verildiyi və sayğacın salafon torbaya qoyularaq ******* saylı möhürlə möhürləndiyi qeyd edilmişdir. İş materiallarında olan 007961 saylı akt əsasında tərtib edilən 24 sentyabr 2020-ci il tarixli, 202977 saylı sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolunda qeyd edilmişdir ki, sayğacın dövlət möhürü normaldır. Sayğac normal buraxılan xəta ilə işləyir, lakin tərəfimizdən xüsusi proqram əlavəsi oxunan zaman proqram təminatının pozulması və bu səbəbdən displeydə fərqli tarix göstərməsi aşkar olundu. Sayğac istismara yararsızdır. Aktda göstərilən qüsur yerində aşkar olundu. İş materiallarında olan “xxxx” MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, “xxxx” MMC 10.09.2020-ci il tarixli, 007961 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsini “xxxx” ASC-dən xahiş etmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi X4 tərəfindən ünvanlanmış iddiaya qarşı etirazda qeyd edilir ki, “xxxx” MMC-nin aktın etibarsız hesab olunmasına dair iddia tələbi qüvvədə olan qanunvericiliyə zidd və əsassız olduğu üçün məhkəmə tərəfindən təmin edilməməlidir. Bildirirk ki, xxxx” ASC-nin X9 Təchizatı və Satışı İdarəsi Ağcabədi Elektrik Şəbəkəsinin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən 04 dekabr 2020-ci il tarixdə Ağcabədi rayonu, Şahsevən kəndində yaşayan X6 məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, C/transformatorları yerləşən yuvanın möhürünün simi açıqdır, “C” fazasının üzərində quraşdırılanC/transformatoru dəyişdirilməlidir. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 8.17-ci, həmçinin X1 Qaydalarf’nın 1-V-ci bəndlərinin tələblərinin istehlakçı tərəfindən pozulmasıdır. Ona görə də istehlakçının nümayəndəsinin iştirakı ilə X3 qaydalarının pozulması haqqında cavabdeh təşkilat tərəfindən akt tərtib olunmuşdur (istehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir). Barəsində tərtib edilmiş aktla iddiaçı “xxxx” MMC “xxxx” ASC-nə vurduğu ziyanın əvəzi kimi 6119,1 manat məbləğində əlavə ödəniş hesablanmışdır. Belə ki, ötən müddət ərzində obyektin istehlak. etdiyi enerjiyə görə hesabat aparılaraq itirilmiş 67990 kvt.s elektrik enerjisi bərpa olunmuşdur. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. İddiaçı ərizədə akt tərtib olunarkən hal şahidinin olmdığını qeyd etmişdir. Bildiririk ki, “X3 Qaydaları’Yıın 8.17-ci bəndinə əsasən akt tərtib olunarkən hal şahidi tələb olunmur. Qaydalara görə hal şahidi məişət abonentinə, yəni qaydaların 8,32-ci bəndinə əsasən akt tərtib olunarkən nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı təşkilat “xxxx” MMC tərəfindən “X3 Qaydaları”nın 8.17-ci bəndində nəzərdə tutulmuş pozuntuya yol verilmişdir. Həmin Qaydalar”ın 8.17-ci bəndində göstərilir: “İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparmalıdır.Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrar elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir.” Göründüyü kimi, iddiaçı təşkilat “EEİQ”-mn 8.21-ci bəndinin tələblərini pozmuşdur. Həmin bəndə əsasən İstehlakçının təqsirindən enerji təchizatı müəssisəsi ilə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin kefıyyətinin aşağı düşməsi halarında istehlakçı onun qidalandığı elektrik qurğusuna hesablaşma dövründə buraxılmış elektrik enerjisinin kefiyyətri aşağı düşmüş hissəsinin dəyərinin 25 faizi miqdarında enerji təchizatı müəssisəsinə ödəniş ödəyir. Əgər aşağı kefiyyətli elektrik enerjisinin təsirindən enerji təchizatı müəssisəsinə ziyan dəymişdirsə (eklektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.) istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerji təchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Bu fakt idddiaçı tərəfindən X3 göstəricilərini azaltmaq məqsədi ilə elektrik enerjisinin oğurlanmasıdır. Oyektə xidmət edən transformator onun balansında və xidməti ərazisində olduğu üçün sayğaca kənar müdaxilə olunmasını istisna edir. Bu xüsusatlar “xxxx” MMCnin təqsirini sübut edir. Buradan iddaçının qanunu pozduğunu və tələbinin əsassız olduğunu göstərən digər mühüm nəticələr ortaya çıxır. Belə ki, hesablaşma sayğacı onun balans mənsubiyyəti sərhədində quraşdırılmışdır. “X3 Qaydaları”nın 7.7-ci, həmçinin 9.1 -ci bəndinin tələbinə görə, sayğacın qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə, “xxxx” MMC cavabdehlik daşıyır. İş materiallarında olan mütəxəssis - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialının nümayəndəsi X5 27 aprel 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı “xxxx” MMC-yə məxsus sayğac “xxxx” ASC-yə məxsus yarımstansiyada quraşdırıldığından həmin sayğacın saxlanmasına cavabdeh “xxxx” ASC-dir, yəni həmin sayğacın qorunub-saxlanılmasına görə “xxxx” MMC cavabdehlik daşımır. İddiaçı “xxxx” MMC-yə yazılmış akta görə “X3 Qaydaları”nın 8.16-cı maddəsinə əsasən, uçot pozulduğuna görə yalnız uçot bərpa olunduqdan sonra və ya uçot olana qədər olan müddətin orta sərfiyyatına uyğun 1 aylıq müddət seçilməklə sərfiyyat hesablanmış ola bilər. Sayğaca müdaxilə olunmasına görə “xxxx” cavabdehlik daşımır, sayğacın saxlanılmasına görə enerjitəchizat müəssisəsi cavabdehlik daşıyır. Enerji sərfiyyatı sayğac göstəricisinə əsasən 1 aylıq müddət əsasında aparılır və bu haqda yazılı şəkildə istehlakçıya bildiriş təqdim olunur və bunun əsasında ödəniş aparılır. Sayğacın normal işləməsinə kimin nəzərət etməli olduğuna gəldikdə isə, bu məsələnin tənzimlənməsi sayğacın quraşdırılma yerindən asılıdır. Əgər sayğac istehlakçının obyektində olsaydı sayğaca görə məsuliyyəti istehlakçı daşıyacaqdı. İndiki halda isə sayğac “xxxx” ASC-yə məxsus yarımstansiyada olduğundan və istehlakçı ona nəzərət edə bilmədiyindən sayğaca görə cavabdehliyi enerjitəchizat müəssisəsi daşıyır. Məhkəmə müəyyən etdi ki, tərəflər arasında yaranmış mübahisə enerji təchizatı müəssisəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent arasında X3 qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş NDQ007961 saylı aktdan göründüyü kimi cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə elektrik enerjisi uçotu və EEİ Qaydalarına riayət olunmasının yoxlanılması keçirilmiş və yoxlamanın (baxışın) nəticələri 10.09.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Daha sonra isə həmin aktın məlumatları əsas götürülməklə iddiaçıya 6.119,10 manat məbləğində borc hesablanmışdır. İddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış X3 qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1-20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3” Qaydalarının 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə bir daha qeyd edir ki, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər, lakin bu hal iş materiallarında öz təsdiqini tapmır. Digər tərəfdən, cavabdeh tərəfindən tərtib olunmuş 10.09.2020-ci il tarixli, NDQ007961 saylı akt yalnız cavabdehin nümayəndələri tərəfindən imzalanmış və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. Ümumiyyətlə, iş materiallarında olan və cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş hər-hansı sənəddə iddiaçının nümayəndəsinin imzası yoxdur. Bundan başqa, 10.09.2020-ci il tarixli, NDQ007961 saylı aktda qeyd edilir ki, E.E.İ.Qna uyğun obyektə məxsus el/sayğacına baxış keçirilən zaman məlum oldu ki, c/transformatorları yerləşən yuvanın möhürünün simi qırığdır, “C” fazasının üzərində quraşdırılan c/transformatoru dəyişdirilmişdir. Ölçmə zamanı axan Pay = 583 kvt (beş yüz səksən üç) cos f = 0,75 nəzərə alınmaqla, sayğac yeni tipli elektron sayğacla əvəz edilsin, yuva yenidən möhürlənsin. Həmçinin, 24.09.2020-ci il tarixli, 202977 saylı protokolda qeyd olunmuşdur ki, sayğac normal buraxılan xəta ilə işləyir, lakin tərəflərindən xüsusi proqram əlavəsi oxunan zaman proqram təminatının pozulması və bu səbəbdən displeydə fərqli tarix göstərməsi aşkar olundu. Sayğac istismara yararsızdır. Bundan başqa, mütəxəssis - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialının nümayəndəsi X5 27 aprel 2021-ci il tarixdə məhkəmə iclasına verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı “xxxx” MMC-yə məxsus sayğac “xxxx” ASC-yə məxsus yarımstansiyada quraşdırıldığından həmin sayğacın saxlanmasına cavabdeh “xxxx” ASC-dir, yəni həmin sayğacın qorunub-saxlanılmasına görə “xxxx” MMC cavabdehlik daşımır. Göründüyü kimi, qeyd olunan aktda abonent tərəfindən hər-hansı qanunsuz hərəkətə yol verilməsi, kənar xəttin qoşulması, sayğaca müdaxilə edilməsi, enerji itkisinə yol verilən və digər neqativ halların aşkar edilməsinə dair hər-hansı hal müəyyən edilməmişdir. Sayğacın c/transformatorları yerləşən yuvanın möhürünün siminin qırılması nəticəsində isə sayğacın düzgün işləməməsi, sərfiyyatın düzgün aparılmaması, xronometraj aparılması, cavabdehə ziyan dəydiyinin müəyyən olunması və digər hallar da müəyyən edilməmişdir. Həmçinin sayğac “xxxx” ASC-yə məxsus yarımstansiyada olduğundan və istehlakçı ona nəzarət edə bilmədiyindən sayğaca görə cavabdehliyi enerjitəchizat müəssisəsi daşıyır. Belə olan halda isə c/transformatorları yerləşən yuvanın möhürünün siminin “xxxx” MMC tərəfindən qırılması, bunun hansı nəticələrə gətirib çıxarmasına dair hər-hansı halın müəyyən olunmadığı və bunun iddiaçının iştirakı olmadan, yalnız cavabdeh təşkilatın nümayəndələri tərəfindən müəyyən edildiyi vəziyyətdə cavabdeh tərəfindən 10.09.2020-ci il tarixli, NDQ007961 saylı akta əsasən iddiaçıya 6.119,10 manat borcun hesablanmasını məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “xxxx” ASC tərəfindən tərtib edilən X3 qaydalarının pozulması haqqında 10.09.2020-ci il tarixli, NDQ 007961 saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 6.119,10 manat məbləğində borc “xxxx” MMC-nin hesabından (abonent kodu **********02605) silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxx” ASC tərəfindən tərtib edilən X3 qaydalarının pozulması haqqında 10.09.2020ci il tarixli, NDQ007961 saylı akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 6.119,10 (altı min yüz on doqquz manat on qəpik) manat məbləğində borc “xxxx” MMC-nin hesabından (abonent kodu **********02605) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar