Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-427/2020 30.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi, hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən təbii qazdan istifadə etdiyinə görə yaranmış 9.955,60 manat borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-cı il tarixli, 1032-05-15 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Füzuli rayonu, Qarabağ kəndində yerləşən Cavabdeh İddiaçı İB-nin Tərtər RQİİnin Füzuli xidmət sahəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilənin bəndlərinə əsasən üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdehnə qarşı istifadə olunmuş təbii qaza görə yaranmış 8.499,20 manat borcun ödənilməsi ilə bağlı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsi 2-2(86)-89/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasını təmin etmişdir. Cavabdeh direktoru X1 İnzibati- İqtisadi Məhkəməsinin 2-2(86)-89/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsi üzrə 8.499,50 manat borcun və istehlak etdiyi təbii qazı ödəməsi barədə iltizam yazaraq öhdəlik götürmuşdür. X9-İqtisadi Məhkəməsinin 2-2(86)-89/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsi üzrə borcun 5.000 manatını ödəsə də 3.499,20 manat hələ də ödənilməmişdir. Qətnamə üzrə qalıq borcdan əlavə təbii qazdan istifadə etmiş nəticədə 9.955,60 manat borc yaranmışdır. Cavabdeh MMC müqavilə üzrə irəli gələn öhdəliklərinə əməl etməmişdir. Həmin müqavilənin 2.3.1-cı bəndinə əsasən istehlakçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 494 saylı Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 163 saylı Qərarına əsasən plan üzrə aylıq nəzərdə tutulmuş qazın dəyərini əvvəlcədən, yəni hər ayın 1,10 və 20-si tarixlərindən gec olmayaraq “Təchizatçı”nın hesabına və ya “Təchizatçı” göstərən ünvana ödəməlidir. Göstərilən borcun ödənilməsinin təmin edilməsi və qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə Birliyin Tərtər RQİİ tərəfindən Cavabdeh MMC-yə xx.xx.2018-ci il tarixli, AM-13-5204/Dt saylı pretenziya məktubu göndərilsə də hazırkı vaxta kimi borc ödənilməmişdir. Məktubda yaranmış borcun 10 (on) gün müddətində Birliyin müvafiq bank hesabına ödənilməsinin vacib hesab edildiyi, borcun ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı və yaranmış borcdan əlavə məhkəmə xərclərinin tələb ediləcəyi bildirilmişdir.Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı xx xxxx 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan xx xxx 2015-ci il tarixli, 1032-05-15 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdehnə məxsus müəssisəni qazla təmin etməyi, istehlakçı Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Cavabdeh 13.454,20 manat borcu vardır. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-2(86)-89/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı iddiası təmin edilmiş, Cavabdehndən istifadə olunmuş təbii qaza görə yaranmış 8.499,20 manat borcun tutulması qət edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X8 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli iltizamda qeyd edilmişdir ki, mən X2 rayon Qarabağ kəndində yerləşən Cavabdeh MMC-nin istehlak etdiyi təbii qaza görə xx.xx.2017-ci il tarixə olan 8.499,40 manat debitor borcundan xx.xx.2017-ci il tarixdə 2.000 manat ödəyib, qalan borcumdan xx.xx.2017-ci il tarixdə isə 2.000 manat və ay ərzində istehlak etdiyim təbii qazın dəyərini ödəyəcəyəm. 4.499,50 manat qalan borcumu isə noyabr ayının 25 gününə qədər ay ərzində istehlak etdiyim təbii qazın dəyəri ilə birlikdə ödəməyi öz üzərimə götürürəm. Ödəmədiyim halda qeyri-şərtsiz təbii qaz təchizatının dayandırılmasına və qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb olunmağıma razıyam. İş materiallarında olan İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2018-ci il tarixli, AM- 13-5204/DT saylı pretenziya məktubunun surətindən görünür ki, Cavabdehnə təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixə yaranmış 13.454,20 manat məbləğində borcunun 10 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə uyğun olaraq öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmişdir və nəticədə hazırda cavabdehin İddiaçınə 13.454,20 manat borcu vardır. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Cavabdeh tərəfindən 2017-ci ilin oktyabr ayı üzrə 3.000 manat, noyabr ayı üzrə 1.000 manat və dekabr ayı üzrə 1.000 manat olmaqla, cəmi 5.000 manat ödəniş aparılmışdır. Həmçinin qeyd olunan dövrdə (oktyabr-dekabr 2017) ümumilikdə 9.881,80 manat dəyərində təbii qazdan istifadə edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, göstərilən 5.000 manat ödəniş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-89/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsi üzrə aparılmış, həmin qətnamə üzrə cavabdehin 3.499,20 manat borcu qalmışdır və hazırda tələb olunan 9.955,60 manat borc məbləği sözügedən qətnamə qəbul edildikdən sonra istifadə olunmuş təbii qaza görə ödənilmiş borc məbləğidir. İddiaçının nümayəndəsi də məhkəmə iclasında oxşar məzmunlu izahat vermiş və bunu sübut edəcək hal qismində Cavabdeh MMC-nin direktoru X8 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli iltizamı məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə Cavabdeh tərəfindən ödənilmiş 5.000 manat pulun bütövlükdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-89/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsinin icrası olaraq ödənilməsi ilə bağlı iddiaçının dəlillərini əsaslı hesab etmir. Belə ki, iddiaçının istinad etdiyi sözügedən iltizamla cavabdeh tərəfindən xx.xx.2017ci il tarixə olan 8.499,40 manat debitor borcundan xx.xx.2017-ci il tarixdə 2.000 manat ödənilməsi, qalan borcdan xx.xx.2017-ci il tarixdə isə 2.000 manat və ay ərzində istehlak edilmiş təbii qazın dəyərinin ödəniləcəyi, 4.499,50 manat qalan borcundan isə noyabr ayının 25 gününə qədər ay ərzində istehlak edilən təbii qazın dəyəri ilə birlikdə ödənilməsi öhdəliyi götürülmüşdür. Belə olan halda, məhkəmə cavabdeh tərəfindən ödənilmiş 5.000 manat pulun 2.000 manatının Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-89/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsinin icrası olaraq ödənilməsinə dair iddiaçının dəlilləri ilə razılaşsa da (bu hal iltizamda da öz əksini tapmışdır), ödənilmiş qalan 3.000 (5.000-2.000=3.000) manatın məhz sözügedən qətnamənin icrası olaraq ödənilməsinə dair dəlilləri ilə razılaşmır. Çünki iltizamda 8.499,40 manat debitor borcundan ödənişdən başqa, istehlak olunan cari qaz sərfiyyatına əsasən ödənişlərin aparılması öhdəliyi də götürülmüşdür ki, cavabdeh həmin dövr ərzində (2017-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə) 9.881,80 manat məbləğində təbii qaz istehlak etmişdir. Yəni, cavabdeh tərəfindən ödənilmiş qalıq 3.000 manat pulun Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-89/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsinin icrası olaraq ödənildiyinə dair iş materiallarında hər-hansı sübut yoxdur. İddiaçı həmin ödənişin də (3.000 manat) sözügedən qətnamənin icrası olaraq ödənildiyinə dair məhkəməyə hərhansı sübut təqdim etməmişdir. Belə olan halda, cavabdeh tərəfindən 2017-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə təbii qaz istehlak edildiyindən və iltizamda da əvvəlki borcdan başqa cari qaz sərfiyyatı ilə əlaqədar borcunun ödəniləcəyi öhdəliyi götürdüyündən, məhkəmə hesab edir ki, ödənilmiş ümumilikdə 5.000 manat pulun 2.000 manatı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-89/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsinin icrası olaraq qəbul edilməli, qalan 3.000 manat isə cari qaz sərfiyyatına əsasən aparılmış ödənişlər kimi qəbul edilməldir. Bu baxımdan məhkəmə hesab edir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)- 89/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsi üzrə cavabdehin 6.499,20 (8.499,20- 2.000) manat borcu qaldığından, hazırda həmin qətnamə ilə əhatə olunmayan və cari qaz sərfiyyatı üzrə cavabdehin borcu 6.955 manat (13.454,20 cari borc – 6.499,20 qətnamə üzrə qalıq borc) borcu vardır. Ona görə də iddia qismən təmin edilməli, Cavabdeh MMCdən 6.955 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 9 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, 21 manat dövlət rüsumu isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 6.955 manat borc və ödənilmiş dövlət rüsumuna görə 21 manat olmaqla, cəmi 6.976 (altı min doqquz yüz yetmiş altı) manat pul məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-427/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-427/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver