Məhkəmə qərarları › İş №e-2-2(121)-4634/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-4634/2025

30.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-4634/2025 30.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Lənkəran rayon İcra Hakimiyyətinin cavabdeh “Mars-O” Kəndli (Fermer) Təsərrüfatına qarşı “torpaq sahəsindən qanuni istifadəyə maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı Lənkəran rayon İcra Hakimiyyətinin cavabdeh “Mars-O” Kəndli (Fermer) Təsərrüfatına qarşı “torpaq sahəsindən qanuni istifadəyə maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi əsaslandırılarkən qeyd olunur ki, Lənkəran şəhər İcra Hamiyyəti tərəfindən X2 icarəyə verilmiş və dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsindən qanuni istifadənin təmin edilməsi; 2. həmin torpaq sahəsinə “Mars-O” KFT və onun adından hərəkət edən şəxslər tərəfindən maneələrin aradan qaldırılması; 3. faktiki zəbt edilmiş torpaq sahəsinin boşaldılması; 4. gələcəkdə torpaq sahəsinə qanunsuz müdaxilələrin qadağan edilməsi. 4. Faktlar və işin mahiyyəti 4.1. Üçüncü şəxsin hüququ Fərdi sahibkar X2 icraəyə verilmiş torpaq sahəsi dövlət torpağıdır və kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bu işin mübahisəsiz halıdır. X2“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, qeydiyyat № **********, reyestr № **********71 nömrəliçıxarış verilmiş və 60 ha torpaq sahəsi üzrə hüququm dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Torpaq sahəsinin planı, ölçüləri və koordinatları çıxarışın ayrılmaz hissəsi kimi təqdim edilmişdir. Qeyd edilməlidir ki,“Mars-O” KFT özü də öziddia ərizəsində bu çıxarışımın mövcudluğunu və dövlət qeydiyyatını açıq şəkildə etiraf edir. 4.2. “Mars-O” KFT-nin iddiası və istinad etdiyi dövlət torpaq aktı “Mars-O” KFT 1995-ci il tarixli qərara, A-001430 saylı dövlət torpaq aktına, guya 73 ha “daimi istifadə” hüququna istinad edərək, X1 onun torpaq sahəsinə “müdaxilə etdiyini” iddia edir. 5. Hüquqi əsaslandırma 5.1. Dövlət reyestrində qeydiyyata alınmış hüquqa zidd inzibati akt X1 adına xx.xx.2025-ci il tarixli, **********71 reyestr nömrəli çıxarışla 60 ha torpaq sahəsi üzrə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Dövlət reyestrində qeydiyyata alınmış hüquq üçüncü şəxslər üçün məcburidir və ona zidd olan əvvəlki inzibati akt üstün hüquqi qüvvəyə malik ola bilməz. Bu baxımdan, “Mars-O” KFT-nin istinad etdiyi 1995-ci il dövlət torpaq aktı, sonradan dövlət reyestrində qeydiyyata alınmış hüququma zidd olduğu üçün hüquqi nəticə doğura bilməz. 5.2. Dövlət reyestrində qeydiyyatın hüquqi əhəmiyyəti və müdaxilənin yolverilməzliyi Dövlət reyestrində qeydiyyatdan keçmiş hüquq mövcud olduğu halda, qarşı tərəfin özbaşına qaydada bu hüququn həyata keçirilməsinə faktiki maneə törətməsi, sahədən istifadəni məhdudlaşdırması və sahə daxilində “faktiki nəzarət” yaratması mülki hüquqların pozulmasıdır və müdafiə mexanizmi kimi maneələrin aradan qaldırılması və müdaxilələrə son qoyulması tələbini yaradır. 5.3. “Daimi istifadə” iddiası avtomatik olaraq X1 qeydiyyatlı hüququnu “sıfırlamır” “Mars-O” KFT-nin iddiasında istinad etdiyi sənədlərin (1995 qərarı, A-001430 dövlət aktı və s.) mövcudluğu öz-özlüyündə X1 çıxarışla rəsmiləşmiş hüququnu aradan qaldırmır. Əksinə, tərəflərin hüquqlarının həcmi, sahələrin üst-üstə düşməsi, sərhədlərin eyniliyi/koordinatlar üzrə uyğunluğu işin mahiyyəti üzrə araşdırma tələb edir. Bu araşdırma aparılmadan qarşı tərəfin faktiki müdaxilələri qanunsuzdur. 5.4. Zərər və təsərrüfat fəaliyyətinin pozulması Kənd təsərrüfatı fəaliyyəti vaxt və mövsüm amili ilə bağlı olduğundan, sahəyə giriş-çıxışın, əkin/becərmənin, texnikainventar yerləşdirmənin faktiki məhdudlaşdırılmasıreal zərər yaradır (işlərin gecikməsi, əlavə xərclər, məhsul itkisi riski və s.). Bu zərər sonradan mübahisə yekunlaşsa belə tam bərpa olunmaya bilər. 5.5. Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən İstifadə hüququ – torpaqdan daimi və ya müvəqqəti istifadə etmək hüququdur. İstifadə müddəti 50-ci maddənin 3-cü hissəsində açıq göstərilib. Müvəqqəti istifadə müddətləri: Qısa müddətli istifadə: ➝ 15 ilədək Uzunmüddətli istifadə: Xüsusi mülkiyyətdə olan torpaqlar üçün: ➝ 15 ildən 99 ilədək Dövlət və bələdiyyə torpaqları üçün:➝ 15 ildən 49 ilədək. Dövlət mülkiyyətində olan torpaq üzərində daimi istifadə hüququ mümkün deyil. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50.3-cü maddəsinə əsasən: Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə uzunmüddətli müvəqqəti istifadə maksimum 49 il ola bilər; Müddətsiz(daimi) istifadə yalnız dövlət orqanlarına, büdcə təşkilatlarına və qanunda açıq göstərilən subyektlərə verilir. İddiaçı isə özəl hüquqi şəxs – X3dır. 1995-ci ildə verilmiş “daimi istifadə” adlı sənəd indiki hüquqi rejimlə uyğun gəlmir, hüquqi nəticə doğurmur və mütləq şəkildə yenidən hüquqi qiymətləndirməyə açıqdır. Deməli “Mars-O” Kəndli (Fermer) Təsərrüfatına daimi istifadə hüququnun verilməsi qanunvericiliyə ziddir. 5.6. “Mars-O” Kəndli (Fermer) Təsərrüfatı “Fuad” Kəndli (Fermer) Təsərrüfatına necə keçib və nə üçün bu barədə yerli icra hakimiyyətinə məlumat verilməmişdir? “Fuad” X3 ilə “Mars- O” KFT eyni hüquqişəxs deyil. İddiaçı bildirir ki, guya “Fuad” KFT-nin hüquqi varisidir. Lakin: 1. Hüquqişəxsin adının dəyişdirilməsi ilə torpaq üzərində hüquqlar avtomatik keçmir; 2. Dövlət torpaqları üzrə istifadəçi dəyişərsə, müvafiq icra hakimiyyəti orqanının yeni qərarı tələb olunur; 3. Bu dəyişiklik barədə Lənkəran Rayon İcra Hakimiyyətinin qərarı, torpaq ayrılması barədə yeni hüquqmüəyyənediciakt təqdim olunmamışdır. Deməli,“Mars-O” KFT-nin həmin torpaq sahəsi üzərində heç bir müstəqil hüquqiəsası yoxdur. 5.7. Dövlət aktı hüquq müəyyənedici sənəd kimi etibarsızdır iddiaçının istinad etdiyi A-001430 saylı dövlət aktında torpaq sahəsinin dəqiq sərhədləri, kadastr məlumatları, plan və ölçü sənədləri mövcud deyil. Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə görə isə dövlət torpaq aktı yalnız kadastr planı və reyestr qeydiyyatı ilə birlikdə hüquqi qüvvə kəsb edir. Bu tələblər yerinə yetirilmədiyindən, təqdim edilən dövlət aktı mübahisəsiz hüquq yaratmır. 5.8. Cavabdehin icarə hüququ qanunidir və dövlət qeydiyyatındadır Cavabdeh X1 60 ha torpaq sahəsinə dair icarə müqaviləsi, həmin müqavilə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışımövcuddur və qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144 və 157-cimaddələrinə əsasən Dövlət qeydiyyatına alınmış hüquq üstün hüquqdur və məhkəmə tərəfindən qorunmalıdır. 5.9. İddiaçı torpaqdan təyinatı üzrə və səmərəli istifadə etmir Torpaq Məcəlləsinin 34 və 50-ci maddələrinə əsasən istifadəçi torpaqdan səmərəli, təsərrüfat məqsədlərinə uyğun istifadə etməlidir. Lakin faktiki vəziyyət göstərir ki, iddiaçı 100 ha-dan artıq sahəni faktiki zəbt etmiş, torpaqlar istifadəsiz saxlanılır, digər sahibkarların əkin aparmasına maneçilik törədilir, dövlətin aqrar siyasətinə və subsidiya mexanizmlərinə uyğun fəaliyyət göstərilmir. Bu hallar torpaqdan qanunsuzistifadə kimi qiymətləndirilməlidir.

6. “Mars-O” KFT-nin iddiasının mahiyyəti və mövqeyi “Mars-O” KFT iddia ərizəsində 1995ci il qərarı və A-001430 dövlət aktıəsasında “73 ha daimi istifadə” hüququna istinad etməklə, guya X1həmin sahəyə “müdaxilə etdiyini” iddia edir və “istifadə hüququna qəsdə son qoyulması”nı tələb edir. 6.1. Real vəziyyət – X1 qanuni istifadəsinə maneələr və faktiki zəbt Faktiki vəziyyətdə isə “Mars-O” KFT və onun işçiləri/tapşırığı ilə hərəkət edən şəxslər: X1 çıxarışla təsdiqlənən sahəsində kənd təsərrüfatı fəaliyyəti aparmasına (əkin, becərmə, texnika və inventarın yerləşdirilməsi, sahəyə giriş-çıxış və s.) maneələr yaradırlar; torpaq sahəsinin böyük bir hissəsini faktiki olaraq zəbt edirlər(sahə daxilində sərbəst istifadəniməhdudlaşdırırlar); sahədə qanuni fəaliyyətin qarşısınıalmaqla X2 maddi zərər yetirirlər və zərər riski yaradırlar. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Yəni, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericilik sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 24.2-ci maddəsi isə birmənalı qaydada tələb edir ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri, yəni üç elementin üçü də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, “...məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.”. Həmin Qərarın 25-ci bəndində isə qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət orqanı olub, onun hazırki tələbi əşya hüquqi münasibətlərdən irəli gəlir və həmin münasibətlərin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisəyə Kommersiya məhkəmələrində baxıla bilməz. Göstərilən xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommesiya Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə geri qaytarılmalıdır. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yenə həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152 və 355-5-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddiaçı Lənkəran rayon İcra Hakimiyyətinin cavabdeh “Mars-O” Kəndli (Fermer) Təsərrüfatına qarşı “torpaq sahəsindən qanuni istifadəyə maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət MPMnin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. İddiaçı Lənkəran rayon İcra Hakimiyyəti tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı Lənkəran rayon İcra Hakimiyyətinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar