Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-741/2020 11.08.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı – borcun tutulması barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı – təbii qazdan istifadəyə görə yaranmış 62053,50 manat məbləğində əsas borc, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı, cəmi 62083,90 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ***-**-** saylı, xx.xx.2016-cı il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”yə və MAX/392 saylı, xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Masallı rayonu Şərəfə kəndində yerləşən istixanada 2018-ci ilin noyabr ayından istehlak etdiyi təbii qazın dəyərini tam şəkildə ödəməmiş və xx.xx.2019-cu il tarixə 76681,50 manat məbləğində borcu yaranmışdır. Müraciət edilmiş pretenziya məktubunda cavabdehə istehlak olunmuş təbii qaza görə yaranmış 76681,50 manat borcun 10 gün müddətində tam şəkildə ödənilməsi bildirilsə də, istehlakçı tərəfindən həmin məbləğin müəyyən hissəsi ödənilmiş, hazırda cavabdehin istehlak etdiyi təbii qaza görə 62053,50 manat məbləğində borcu vardır. İddiaçı iddia tələbinin həcmini artıraraq, təbii qazdan istifadəyə görə yaranmış 312 409,80 manat məbləğində borc və 30,40 manat məbləğində dövlət rüsumu, cəmi 312 440,20 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcmini azaldaraq, təbii qazdan istifadəyə görə yaranmış 119 232,10 manat məbləğində borc və 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərdi ki, X3 məxsus istixanada təbiiqazdanistifadəyəgörə312 409,80 manat məbləğində borcuvardır. Lakin, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)- 431/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X1 İddiaçı” İstehsalat Birliyinin xeyrinə təbii qazdan istifadə etdiyinə görə yaranmış 193 177,70 manat məbləğində əsas borc, 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı vəsaitinin tutulması qət edilmişdir. Hesab edir ki, 312 409,80 manat məbləğində borcdan qeyd edilən qətnamə ilə tutulmuş 193 177,70 manat məbləğində borc çıxıldıqdan sonra qalan məbləğ olan 119 232,10 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Buna görə də, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iş üzrə tərəflər arasında ***-**-** saylı, xx.xx.2016-cı il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə” və MAX/392 saylı, xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmışdır. Müqavilə(lər)yə əsasən paylayıcıhəminmüqaviləiləmüəyyənedilmişşərtlərəuyğunolaraqistehlakçınıkeyfiyyətliqaz latəminedir, istehlakçıisəaldığıqazındəyəriniqazsayğacınıngöstəricisinəuyğunolaraqpaylayıcıtərəfind əntəqdimedilənhesabaəsasənödəyir. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, istixanaya verilən qaz xətti üzrə abonent kodu **********00010 olan X4 qeydiyyata alınmışdır. ünvan 1i ünvanında “Elster G-1600 TRZ EK-220” tipli qaz sayğacı xx.xx.2017-ci il tarixdə quraşdırılmışdır. Qeyd edilən istixanada “Eleksan” tipli istilik qazanı mövcuddur. X2 təbiiqazdanistifadəyəgörə312 409,80 manat məbləğində borcuvardır. İşdən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)-431/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X1 İddiaçı” İstehsalat Birliyinin xeyrinə təbii qazdan istifadə etdiyinə görə yaranmış 193177,70 manat məbləğində əsas borc, 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədə qeyd edilən iddiaçının tələbini əsaslandırdığı hallardan aydın olur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ***-**-** saylı, xx.xx.2016-cı il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Masallı rayonu Şərəfə kəndində yerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam şəkildə ödəməmiş və xx.xx.2018-ci il tarixə 197 177,70 manat məbləğində borcu yaranmışdır. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2019-cu il tarixdə pretenziya məktubu göndərmişdir. Həmin məktubla ona məxsus istixanada 2018-ci ilin noyabr ayından təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixə yaranmış 76691,50manat məbləğində borcunun 10 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı təbii qazdan istifadəyə görə yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə(lər)yə əsasən cavabdeh təbii qazdan fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər)yə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə müqavilə(lər) əsasında təbii qazdan fasiləsiz istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə(lər)yə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrini isə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. HəminMəcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəməhesabedirki, təbiiqazdanistifadənəticəsindəyaranmış119 232,10 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, təbii qazdan istifadəyə görə yaranmış borc cavabdehdən alınmaqla yanaşı, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçınındövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıyaödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, o cümlədən, xidmət haqqı kimi iddiaçı tərəfindən 0,40 manat məbləğində vəsaitin ödənilməsinə dair sübut təqdim edilmədiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 25 manatı cavabdehə, 5,40 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X1 119 232,10 manat məbləğində borc, ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 119 257,10 manat məbləğində pulvəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-741/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-741/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver