Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-825/2020 08.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi 15 saylı ərazi Maliyyə hesablaşma Mərkəzinin cavabdeh “xxxxxxxx” ASC-yə qarşı – qanunsuz hesablanmış elektrik enerjisindən istifadə pulunun silinməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi 15 saylı ərazi Maliyyə hesablaşma Mərkəzi cavabdeh “xxxxxxxx” ASC-yə qarşı – Astara rayon, Rinə kənd tam orta məktəbinə 2019-cu ilin avqust ayına görə qanunsuz və əsassız hesablanmış elektrik enerjisinin sərfiyatı (85167 kvts) ümumi sərfiyyatdan azaldılması öhdəliyini “xxxxxxxx” ASC-nin Cənub RETS–nin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fəaliyyət göstərdikləri müddətdə enerji təchizatı müəssisəsi tərəfindən təqdim edilmiş hesab elektron qaiməyə əsasən tamamilə istifadə edilmiş enerji pulu ödənilmişdir. Buna baxmayaraq X4 Cəmiyyətinin Cənub RETSİsi tərəfindən təqdim edilmiş hesab – elektron qaimədə Astara rayon Rinə kənd tam orta məktəbinin enerjidən istifadə etməsi yəni sərfiyyatı düzgün olmayaraq göstərilmişdir. Belə ki, əhatələrində olan Astara rayon, Rinə kənd tam orta məktəbinin enerjidən istifadə etməsi yeni sərfiyyatı düzgün olmayaraq göstərilmişdir. Belə ki, Astara rayon, Rinə kənd tam orta məktəbinə məxsus elektrik sayğacının (kod **********51001) göstəricisində sərfiyyat iyun ayı üzrə 18185-18474 iyul ayı üzrə sərfiyyat 18474-18790 olduğu halda avqust ayında sərfiyyat 85167 kvts göstərilmişdir. Maraqlı burasıdır ki, məktəb şagirdləri iyun ayının 16-dan sentyabr ayının 15-nə kimi tətil, müəllimlər isə iyul ayının 1-dən avqust ayının 27-nə kimi məzuniyyətdə olmuşlar. Belə bir vəziyyətdə iyun ayında 2987 kvts, iyul ayında 325 kvts elektrik enerjisinin sərfiyyatı olduğu halda avqust ayında isə 85167 kvts olması ağlabatan deyildir. Məhz bu səbəbdən xx.xx.2019-cu il tarixdə tərəflərindən Rinə kənd tam orta məktəbində quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, elektrik sayğacı işləmir. Odur ki, Astara Elektirk şəbəkəsinə şifahi və xx.xx.2019-cu il tarixdə xxxxxxxx ASC-nin Cənub RETSİ-nin rəisi M.F.Mehdiyevə müraciət olunmuş, Rinə kənd tam orta məktəbində quraşdırılmış elektrik sayğacına baxış keçirilməsinə, məktəb üçün hesablanmış elektrik enerji sərfiyatının azaldılmasına və yeni elektron qaimə yazılmasına göstəriş verilməsi xahiş edilmişdir. Müraciətə nə X3 nə də ki, Cənub RETSİ-si tərəfindən sıradan çıxmış elektrik sayğacı ilə bağlı heç bir tədbir görülmədiyindən xx.xx.2019-cu il tarixli 351 saylı məktubla “xxxxxxxx” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədova müraciət olunmuşdur. Tələblərinə əsasən xx.xx.2019-cu il tarixdə 452 saylı məktubla “xxxxxxxx” ASC-nin sədri vəzifəsini icra edən cənab Vüqar Əhmədov müraciət edilmiş, müraciətə X3 tərəfindən 15 saylı Ərazi Maliyyə hesablaşma Mərkəzi üçün tərtib olunmuş 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarında elekrik enerjisinin sərfiyyyatı haqqında aktların, elektrik enerjisinin istifadəsinə görə ödəniş sənədlərin surətləri cəmi 50 vərəqdən ibarət olan sənədlər əlavə edilmiş və bildirilmişdir ki, Rinə kənd tam orta məktəb üzrə avqust ayında yaranmış borc elektirk sayğacının sıradan çıxması, sıçrama nəticəsində yaranmışdır. Rinə kənd tam orta məktəbi 360 yerlikdir və şagird sayına görə rayonun orta səviyyəli təhsil müəssisələrindəndir. Elektrik sayğacı xx.xx.2013-cu il tarixdə məktəbdə quraşdırılmışdır, sayğaca müdaxilə olunmamış və sıradan çıxdığına görə elektrik şəbəkəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə elektrik sayğacı çıxarılmışdır. Elektrik sayğacının göstəricisinə anlaşılmazlıq olmuşdur. Bu səbəbdən hesab edirlər ki, Rinə kənd tam orta məktəbdə quraşdırılmış elektrik sayğacında 2019-cu ilin avqust ayında anlaşılmazlıq aşkar olduğundan, sayğac yoxlanılmalı, yoxlamanın nəticəsindən asılı olaraq yenidən hesablaşma aparılmalıdır. Cavabdeh on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə labaratoriya şəraitində sayğacı yoxlamalı və nəticəsindən asılı olaraq onlara məlumat verməli olduğu halda verməmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, Astara rayon Rinə kənd tam orta məktəbinə 2019-cu ilin avqust ayına görə hesablanmış və sərfiyyat kimi qeyd olunan 85167 KVTS-ın (85167*0,09=7665,03 manat) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi 15 saylı ərazi Maliyyə hesablaşma Mərkəzi məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “xxxxxxxx” ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən çoxsaylı “elektron qaimə” və “elektrik enerjisinin sərfiyyatı haqqında akt”lardan və digər sənədlərdən görünür ki, həmin sənədlərdə X3 tərəfindən 15 saylı Ərazi Maliyyə hesablaşma Mərkəzi üçün tərtib olunmuş 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust aylarında elekrik enerjisinin sərfiyyyatı haqqında məlumatlar, həmçinin elektrik enerjisinin istifadəsinə görə ödənişlər öz əksini tapmışdır. Həmin sənədlərdən aydın olur ki, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarında 15 saylı Ərazi Maliyyə hesablaşma Mərkəzinə elekrik enerjisindən istifadəyə görə orta hesabla 300-500 KVTS arası (o cümlədən, iyun ayında 298 KVTS, iyul ayında 325 KVTS elektrik enerjisinin sərfiyyatı) sərfiyyyat yazıldığı halda, avqust ayında 85167 KVTS göstərilmişdir. İş materiallarında olan iddiaçının “xxxxxxxx” ASC-nin Cənub RETS-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Rinə kənd tam orta məktəbində quraşdırılmış elektrik sayğacına baxış keçirilməsi, məktəb üçün hesablanmış elektrik enerji sərfiyatının azaldılaraq, yeni elektron qaimə yazılmasına göstəriş verilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş iddiaçının “xxxxxxxx” ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, hesablanmış yalnış sərfiyyatın aydınlaşdırılmasına göstəriş verilməsi xahiş edilmişdir. İşdə olan iddiaçının “xxxxxxxx” ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, müraciətə X3 tərəfindən 15 saylı Ərazi Maliyyə hesablaşma Mərkəzi üçün tərtib olunmuş 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarında elekrik enerjisinin sərfiyyyatı haqqında aktların, elektrik enerjisinin istifadəsinə görə ödəniş sənədlərin surətləri cəmi 50 vərəqdən ibarət olan sənədlər əlavə edilmiş və bildirilmişdir ki, Rinə kənd tam orta məktəb üzrə avqust ayında yaranmış borc elektirk sayğacının sıradan çıxması, sıçrama nəticəsində yaranmışdır. Rinə kənd tam orta məktəbi 360 yerlikdir və şagird sayına görə rayonun orta səviyyəli təhsil müəssisələrindəndir. Elektrik sayğacı xx.xx.2013-cu il tarixdə məktəbdə quraşdırılmışdır, sayğaca müdaxilə olunmamış və sıradan çıxdığına görə elektrik şəbəkəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə elektrik sayğacı çıxarılmışdır. Elektrik sayğacının göstəricisinə anlaşılmazlıq olmuşdur. Sayğacın labaratoriyaya yoxlamaya göndərilməsi və yoxlamanın nəticəsinin onlara təqdim edilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarında 15 saylı Ərazi Maliyyə hesablaşma Mərkəzinə elekrik enerjisindən istifadəyə görə orta hesabla təxminən 300-500 KVTS arası (o cümlədən, iyun ayında 298 KVTS, iyul ayında 325 KVTS elektrik enerjisinin sərfiyyatı) sərfiyyyat yazıldığı halda, avqust ayında 85167 KVTS göstərilmişdir. Digər tərəfdən, 85167 KVTS sərfiyyatın və buna görə hesablanmışborcun yaranma əsasına, o cümlədən borcun nə zaman yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Yəni cavabdeh “xxxxxxxx” ASC qeyd edilən borcun nə zaman və hansı əsaslarla yarandığını sübut edə bilməmişdir. Belə olan halda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci maddəsinə əsasən, enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X1 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən elektrik enerjisindən istifadəyə görə hər ay orta hesabla təxminən 300-500 KVTS miqdarında elektrik enerjisi istifadə edildiyi halda, 2019-cu ilin avqust ayında ona 85167 KVTS sərfiyyat hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Belə ki, məktəb şagirdləri iyun ayının 16-dan sentyabr ayının 15-nə kimi tətil, müəllimlər isə iyul ayının 1-dən avqust ayının 27-nə kimi məzuniyyətdə olmuşlar. Belə bir vəziyyətdə iyun ayında 298 KVTS, iyul ayında 325 KVTS elektrik enerjisinin sərfiyyatı olduğu halda, avqust ayında isə 85167 KVTS olması inandırıcı deyildir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.16-cı maddəsinə əsasən, hesablaşma uçot cihazlarının dövlət yoxlanışı Azərbaycan Respublikasının Antiinhisar və X2 Dövlət Agentliyinin müəyyən etdiyi müddətlərdə aparılmalıdır. Həmin Qaydaların 8.1-ci maddəsinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Qeyd edilən Qaydaların 8.16-cı maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Göstərilən Qaydaların 8.17-ci maddəsinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Yenə həmin Qaydaların 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, 85167 KVTS sərfiyyatın və buna görə hesablanmış borcun yaranma əsası olunmadığından, sayğacının göstəricilərinə əsasən elektrik enerjisinin sərfiyyatı və elektrik enerjisinin dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı istifadə olunmuş elektrik enerjisinə görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də, iddia təmin edilərək, “xxxxxxxx” ASC tərəfindən Astara rayon Rinə kənd tam orta məktəbinə 2019-cu ilin avqust ayına görə sərfiyyat kimi qeyd edilən 85167 KVTS və onun əsasında hesablanmış 7665,03 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun ödənilməyən hissəsi də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, 20 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən, qalan məbləğ, yəni 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxxxxxx” ASC tərəfindən Astara rayon Rinə kənd tam orta məktəbinə 2019-cu ilin avqust ayına görə sərfiyyat kimi qeyd edilən 85167 KVTS və onun əsasında hesablanmış 7665,03 manat məbləğində borc silinsin. 10 manat məbləğində dövlət rüsumu “xxxxxxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-825/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-825/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver