Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-838/2020 24.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi, Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 təbii qazdan istifadə etdiyinə görə yaranmış 40.541,80 manat borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh fiziki şəxs X9 arasında bağlanmış xx.xx.2019-ci il tarixli, AMX7957/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq, Lənkəran rayonu, Şağlaküçə kəndindəyerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx xxx 2020-cu il tarixə İddiaçınə 40.541,80 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinəəsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci bəndinəəsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəfimizdən xx.xx.2020-ci il tarixli məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən 40.541,80 manat borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı, xx xxxx 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(121)-838/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh X6 qarşı cavabdeh X6 məxsus Lənkəran rayonu Şağlaküçə kəndində yerləşən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 40.541,80 manat məbləğində əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 40.572,20 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsinin, “6.221 manat əsas borcun cavabdeh X3 tutularaq, İddiaçınə ödənilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 izahat verərək bildirdi ki, sahibkardır, səhhətində yaranmış problemlə bağlı əməliyyat olunmaq üçün 2020-ci ilin yanvar ayında xarici ölkəyə getmişdir, lakin pandemiya ilə əlaqədar uzun müddət Azərbaycana geri qayıda bilməmişdir. 2020-ci ilin fevral ayında məhsulları xarab olmuşdur. İstifadə etdiyi qazın borcunu ödəməyə hazırdır, lakin digər borcları qəbul etmir. Cari ilin mart və aprel aylarında qazdan istifadə etməmişdir. Fevral ayında zərər çəkdiyi üçün istixananı bağlamışdır. X7 tanımır, elə bir işçisi olmamışdır. Hazırda ona məxsus istixanada qazdan istifadə olunmur, qaz kəsilmişdir. Qeyd olunanlara əsasən qanunamüvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən, işə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, AMX-7957/19 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı X6məxsus müəssisəni qazla təmin etməyi, istehlakçı X9 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2020-ci ilin aprel ayı daxil olmaqla X5 40.581,80 manat borcu yaranmışdır. Həmin borcun 22.052,60 manat hissəsi 2020-ci ilin mart ayı üzrə, 4.369,20 manat hissəsi isə 2020-ci ilin aprel ayı üzrə qalıq və aktlar bölməsində əks edilmişdir. İş materiallarında olan İddiaçı İstehsalat X1 ünvanladığı xx.xx.2020-ci il tarixli, SOCAR**********305600X03811 saylı pretenziya məktubunun surətindən görünür ki, X6 təbii qazdan istifadəyə görə xx.xx.2020-ci il tarixə yaranmış 40.541,80 manat məbləğində borcunun 10 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2020-ci il tarixli, 002.04.20 saylı akta əsasən, xx.xx.2020-ci il tarixdən X6 məxsus müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ay(lar)ın orta günlük sərfiyyatına uyğun, əvvəlki il(lər)in cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlı qaz sərfinə uyğun) hesabatlara əsasən 3.641 m3 müəyyən edilmiş, qeyd olunan akta əsasən 2020-ci ilin mart ayı üzrə (31 gün üçün) X6 22.052,60 manat borc hesablanmışdır. İş materiallarında olan İddiaçı qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2020-ci il tarixli, 006.04.20 saylı akta əsasən, xx.xx.2020-ci il tarixdən X6 məxsus müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ay(lar)ın orta günlük sərfiyyatına uyğun, əvvəlki il(lər)in cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlı qaz sərfinə uyğun) hesabatlara əsasən 3.641 m3 müəyyən edilmiş, qeyd olunan akta əsasən 2020-ci ilin aprel ayı üzrə (6 gün üçün) X6 4.369,2 manat borc hesablanmışdır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli aktda qeyd olunur ki, fiziki şəxs X6 məxsus G-650 markalı, 340130-2859 zavod nömrəli qaz sayğacı mart ayı ərzində cəmi 2.678 m3 qaz sərfi olduğundan qaz sayğacı yoxlanıldı və sərfiyyatı qeyd etmədiyi aşkarlandı. Abonentin qaz təminatı xx xxxxx 2020-ci il tarixdə dayandırılmışdır. Qaz sayğacının yoxlanmasından ötrü qaz təminatı nümayəndənin yanında bərpa edildi və təkrarən qaynaq vasitəsi ilə dayandırıldı. Abonentin mart ayı ərzində qaz sərfiyyatı normativ əsasla hesablanacaqdır. Akt İddiaçı nümayəndələri və X5 nümayəndəsi kimi qeyd olunmuş X10 tərəfindən imzalanmışdır. Beləliklə məhkəmə müəyyən etdi ki, İddiaçı ilə cavabdeh X9 arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, İddiaçı İstehsalat X2xx.xx.2020-ci il tarixə40.541,80 manat məbləğində borc hesablanmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(121)-838/2020 saylı qərardadı 40.541,80 manat məbləğində əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 40.572,20 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsinin, “6.221 manat əsas borcun cavabdeh X3 tutularaq, İddiaçınə ödənilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Qalan 34.320,80 manat borcun 22.052,60 manat hissəsi 2020-ci ilin mart ayı üzrə, 4.369,20 manat hissəsi isə 2020-ci ilin aprel ayı üzrə aktlara, 7.899 manat hissəsi isə cari sərfiyyata əsasən hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə uyğun olaraq öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanılmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən,cavabdeh X9 müqavilənin şərtlərini yerinə yetirməyərək, istehlak etdiyi 7.899 manat həcmində təbii qazın dəyərini ödəmədiyindən, məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddia tələbinin 7.899 manat borcun (istehlak etdiyi təbii qazın dəyəri) tutulması hissəsinə münasibətdə cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməli, iddia cavabdeh X3 7.899 manat tutularaq İddiaçınə ödənilməsi hissəsində təmin edilməlidir. Lakin aktlara əsasən hesablanmış cəmi 26.421,80 (22.052,60 + 4.369,20) manat pulun cavabdehdən tutulmasına münasibətdə məhkəmə iddianı əsaslı hesab etmir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur – istixana işlədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi İddiaçı tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli akta əsasən 22.052,60 manat, xx.xx.2020-ci il tarixli akta əsasən isə 4.369,20 borc hesablanmışdır. İddiaçı tərəfindən tərtib olunmuş sözügedən aktlariddiaçının nümayəndələri tərəfindən imzalanmış və iddiaçı tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni iddiaçının) iradə ifadəsi yetərli deyildir. Ümumiyyətlə iş materiallarında olan və iddiaçının nümayəndələri tərəfindən tərtib olunmuş hər-hansı sənəddə cavabdehin imzası yoxdur. Bundan başqa, iş materiallarında olan xx xxxxx 2020-ci il tarixli aktda qeyd olunur ki, fiziki şəxs X6 məxsus G-650 markalı, 340130-2859 zavod nömrəli qaz sayğacı mart ayı ərzində cəmi 2.678 m3 qaz sərfi olduğundan qaz sayğacı yoxlanıldı və sərfiyyatı qeyd etmədiyi aşkarlandı. Abonentin qaz təminatı xx xxxxx 2020-ci il tarixdə dayandırılmışdır. Qaz sayğacının yoxlanmasından ötrü qaz təminatı nümayəndənin yanında bərpa edildi və təkrarən qaynaq vasitəsi ilə dayandırıldı. Abonentin mart ayı ərzində qaz sərfiyyatı normativ əsasla hesablanacaqdır. Akt İddiaçı nümayəndələri və X5 nümayəndəsi kimi qeyd olunmuş X10 tərəfindən imzalanmışdır. İddiaçı qeyd olunan aktla artıq özü etiraf edir ki, abonentin qaz təminatı xx xxxxx 2020-ci il tarixdə dayandırılmışdır. 2020-ci ilin aprel ayı üzrə cavabdeh tərəfindən təbii qazdan istifadə edilmədiyi halda isə xx.xx.2020-ci il tarixli, 006.04.20 saylı akta əsasən, 2020-ci ilin aprel ayı üzrə (6 gün üçün) X6 4.369,2 manat borcun hesablanması tamamilə əsassızdır. Həmçinin sözügedən xx xxxxx 2020-ci il tarixli akt X5 nümayəndəsi kimi qeyd olunmuş X10 tərəfindən imzalansa da, həmin şəxsin kim olduğu, cavabdehin həqiqətən də belə bir nümayəndəsinin olduğu iş materialları ilə müəyyən olunmur. Cavabdeh isə məhkəmə iclasında belə bir şəxsi tanımadığını, belə bir işçisinin olmadığını bildirmişdir. Məhkəmə həmçinin iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 002.04.20 saylı aktı və həmin akt əsasında 2020-ci ilin mart ayı üzrə (31 gün) hesablanmış 22.052,60 manat borcu da əsassız hesab edir. İlk növbədə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdehə məxsus G- 650 markalı, 340130-2859 zavod nömrəli qaz sayğacının sərfiyyatı qeyd etmədiyi və abonentin mart ayı ərzində qaz sərfiyyatının normativ əsasla hesablanacağı iddiaçının nümayəndələri tərəfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli akta əsasən müəyyən olunsa da, sözügedən hesablama arxa tarixə, yəni xx.xx.2020-ci il tarixə tərtib edilmiş 002.04.20 saylı akta əsasən hesablanmışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qanunvericliyin tələblərindən görünür ki, yalnız qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə), istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli aktdan da göründüyü kimi, cavabdeh X6 məxsus G-650 markalı, 340130-2859 zavod nömrəli qaz sayğacı yoxlanıldı və sərfiyyatı qeyd etmədiyi aşkarlandı. Abonentin qaz təminatı xx xxxxx 2020-ci il tarixdə dayandırılmışdır. Qaz sayğacının yoxlanmasından ötrü qaz təminatı nümayəndənin yanında bərpa edildi və təkrarən qaynaq vasitəsi ilə dayandırıldı. Yəni qeyd olunan aktla müəyyən olunur ki, cavabdehin qaz sayğacı qaz paylayıcısı tərəfindən çıxarılmamış və ya götürülməmişdir. Belə olan halda isə, cavabdeh tərəfindən istifadə edildiyi iddia edilən qazın dəyərinin əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması sözügedən Qaydaların tələblərinə ziddir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hətta əgər cavabdehə məxsus qaz sayğacı iddiaçı tərəfindən çıxarılmış (götürülmüş) olsaydı belə, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən, hesablama sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalı idi ki, iddiaçı hesablamanı xx.xx.2020-ci il tarixli, 002.04.20 saylı akta əsasən bu normaya uyğun aparmamışdır. Belə ki, sözügedən aktdan və saldodan görünür ki, aktın xx.xx.2020-ci il tarixldə tərtib olunmasına baxmayaraq, hesablama ondan əvvəlki ayın, yəni 2020-ci ilin fevral ayının orta gündəlik sərfiyyatına uyğun deyil, 2020-ci ilin yanvar ayının orta gündəlik sərfiyyatına uyğun aparılmışdır ki, nəticədə cavabdehə əsassız olaraq daha böyük həcmdə, yəni 22.052,60 manat borcun hesablanması ilə nəticələnmişdir. Digər tərəfdən, cavabdeh məhkəmə iclasında izahat verərək, 2020-ci ilin fevral ayında məhsullarının xarab olduğunu və cari ilin mart və aprel aylarında qazdan istifadə etmədiyini bildirmişdir. İddiaçı tərəfindən isə cavabdehə məxsus istixanada qeyd olunan dövrlər, xüsusən də 2020-ci ilin mart ayı üzrə (31 gün) 22.052,60 manat həcmində qazdan istifadə edilməsinə dair məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. İş materiallarında olan sübutlardan cavabdehin 2020-ci ilin mart ayı üzrə yalnız 541 manat həcmində qazdan istifadə etdiyi müəyyən olunur ki, həmin məbləğ cari sərfiyyat kimi məhkəmənin iddianın təmin olunması qənaətinə gəldiyi 7.899 manatın tərkibinə daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin cavabdehdən aktlara əsasən hesablanmış cəmi 26.421,80 (22.052,60 + 4.369,20) manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 24 manatı iddiaçıya aid edilməli, 6 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 7.899 manat borc və ödənilmiş dövlət rüsumuna görə 6 manat olmaqla, cəmi 7.904 (yeddi min doqquz yüz dörd) manat pul məbləği cavabdeh X3 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-838/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-838/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver