Məhkəmə qərarları › İş №e-2-2(121)-895/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-895/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-895/2020 22.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı – təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı – təbii qazdan istifadəyə görə yaranmış 36278,18 manat məbləğində əsas borc, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı, cəmi 36308,58 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında müəssisə qazlaşdırılmışdır. Müəssisəyə xx.xx.2018-ci il tarixdə Elster G-1000 TRZ EK-220 markalı ********** nömrəli qaz sayğacı quraşdırılmış, **********00016 nömrəli abonent hesabı açılmışdır. Cavabdehlə sonuncu dəfə xx.xx.2018-ci il tarixli, ASAN 4/52 saylı “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqı barədə” müqavilə bağlanılmışdır. “xxxx” MMC İddiaçı Ağsu X2 İdarəsinin Kürdəmir Xidmət Sahəsi tərəfindən təbii qazla təchiz edilmişdir. İstehlak edilmiş təbiii qaza görə müqavilə üzrə müəyyən olunmuş öhdəliklər pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt vasitəsi ilə tam ödənilməlidir. Cavabdeh tərəfindən təbii qazdan istifadə ilə bağlı yaranmış borcu ödəmədiyi üçün Ağsu X2 İdarəsi tərəfindən borcun tam ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinin tələbinə uyğun borclunun ünvanına xx.xx.2020-ci il tarixli, 01 NM13HŞ-11 saylı pretenziya məktubu ünvanlanmışdır. Pretenziya göndərilsə də, həmçinin həmin pretenziya rəsmi şəkildə qəbul edilsə də, keçən dövr ərzində qarşı tərəfdən 5064.9 manat ödəniş edilmişdir. Tələb olunan borc tam ödənilmədiyindən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Beləliklə, cavabdeh onunla bağlanılmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı iddia tələbinin həcmini azaldaraq, təbii qazdan istifadəyə görə yaranmış 12597,98 manat məbləğində əsas borc, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı, cəmi 12628,38 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iş üzrə tərəflər arasında ASAN 4/52 saylı, xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmışdır. Müqavilə(lər)yə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”nın surətindən görünür ki, Ağsu RQİİ Kürdəmir Sahəsi ilə “xxxx” MMC arasında qazın alıq-satqısı üzrə yaranmış debitor borcun məbləği və aparılmış ödəniçlərin xx.xx.2018-ci il tarixdə qarşılıqlı üzləşdirilməsi aparılmış və “xxxx” MMC-nin 16569 manat məbləğində borcunun olması nəticəsinə gəlinmişdir. İşdə olan “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”nın surətindən görünür ki, Ağsu RQİİ Kürdəmir Sahəsi ilə “xxxx” MMC arasında qazın alıq-satqısı üzrə yaranmış debitor borcun məbləği və aparılmış ödəniçlərin xx.xx.2018-ci il tarixdə qarşılıqlı üzləşdirilməsi aparılmış və “xxxx” MMC-nin 28533,68 manat məbləğində borcunun olması nəticəsinə gəlinmişdir. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2020-ci il tarixdə pretenziya məktubu göndərmişdir. Həmin məktubla ona məxsus qeyri-yaşayış sahəsində təbii qazdan istifadəyə görə xx.xx.2020-ci il tarixə yaranmış 41343,08 manatməbləğində borcunun 10 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin Ağsu X2 İdarəsinə ünvanladığı 05 saylı, xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, təbii qazın istifadəsinə görə yaranmış 41343,08 manat borcun tam ödənilməsinə zəmanət verir. Müqavilənin bağlanması üçün arayış verilməsini xahiş edir. İşə əlavə olan “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”nın surətindən görünür ki, Ağsu RQİİ Kürdəmir Sahəsi ilə “xxxx” MMC arasında qazın alıq-satqısı üzrə yaranmış debitor borcun məbləği və aparılmış ödəniçlərin xx.xx.2020-ci il tarixdə qarşılıqlı üzləşdirilməsi aparılmış və “xxxx” MMC-nin 36278,18 manat məbləğində borcunun olması nəticəsinə gəlinmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosu(ları)ndan görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00016 olan “xxxx” MMC qeydiyyata alınmışdır. ünvan 2i ünvanında “Elster G-1000 TRZ EK-220” tipli qaz sayğacı xx.xx.2018-ci il tarixdə quraşdırılmışdır. Qeyd edilən ünvanda qazan (92 m2) (1/1), qazan (40 m2) (1/1) və qazan (20 m2) (1/1) cihazları mövcuddur. “xxxx” MMC-nin təbiiqazdanistifadəyəgörə, 2020-ci ilin fevral ayına 41343,08 manatməbləğində, 2020-ci ilin may ayına 36278,18 manat məbləğində, 2020-ci ilin avqust ayına 12597,98 manat məbləğində borcuolmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı təbii qazdan istifadəyə görə yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə(lər)yə əsasən cavabdeh təbii qazdan fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər)yə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə müqavilə(lər) əsasında təbii qazdan fasiləsiz istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə(lər)yə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrini isə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. HəminMəcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəməhesabedirki, təbiiqazdanistifadənəticəsindəyaranmış12597,98 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumu və 0,40 xidmət haqqı cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, təbii qazdan istifadəyə görə yaranmış borc cavabdehdən alınmaqla yanaşı, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçınındövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıyaödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və xidmət haqqı cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxx” MMC-dən 12597,98 manat məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində xidmət haqqı, cəmi 12628,38 manat məbləğində pulvəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar