Məhkəmə qərarları › İş №e-2-2(121)-902/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-902/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-902/2020 09.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı protokolun ləğv edilməsi və borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı – elektrik cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş protokolun ləğv edilməsi və 4916,09 manat məbləğində cərimənin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə işin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalı, iddianı təmin etmə isə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddianı təmin etmə məhkəmə qətnaməsinin icrası məqsədi ilə görüldüyündən, iddia isə baxılmamış saxlanılmalı olduğundan, bununla da iddianı təmin etmənin qüvvədə qalmasına zərurət olmadığından iddianı təmin etmə ləğv edilərək qoyulmuş qadağa götürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki,tərəflərin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qalxdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək imkanları olduğundan, həmçinin yenidən iddianı təmin etmə tədbirinin görülməsinə dair məhkəməyə ərizə verməyə haqlı olduqlarından və belə imkanları olduğundan, baxılmamış saxlanmalı olan iddia əsasında görülmüş iddianı təmin etmə qüvvədə qala bilməz. Buna görə də iddia ərizəsi baxılmamış saxlanmalı və iddianı təmin etmə ləğv edilərək qoyulmuş qadağa götürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 163, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı – elektrik cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş protokolun ləğv edilməsi və 4916,09 manat məbləğində cərimənin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi baxılmamış saxlansın. İşə mahiyyəti üzrə baxılıb həll edilənədək, Ağcabədi rayon Hacıbədəlli kəndində dördyol ərazidə olan un dəyirmanının (İddiaçı məxsus olması bildirilən) elektirik xəttinin dayandırılmasının “xxxxxxxx” ASC-yə (“xxxxxxxx” ASC-nin əməkdaşlarına) qadağan edilməsinə dair Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)902/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmə tədbiri ləğv edilsin. Ağcabədi rayon Hacıbədəlli kəndində dördyol ərazidə olan un dəyirmanının (İddiaçı məxsus olması bildirilən) elektirik xəttinin dayandırılmasına “xxxxxxxx” ASC-yə (“xxxxxxxx” ASC-nin əməkdaşlarına) qoyulmuş qadağa götürülsün. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar