Məhkəmə qərarları › İş №e-2-2(121)-93/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-93/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-93/2020 02.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 2.907,20 borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 təbii qazdan istifadə etdiyinə görə yaranmış 2.907,20 manat borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 təbii qazdan istifadəyə görə 2.907,20 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. Belə ki, İddiaçı Salyan RQİİ-si tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, Salyan RQİİ-si ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli 01İR/13-1078 saylı xəbərdarlıq məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunverciliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı xx xxxx 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 izahat verərək bildirdi ki, onun çörəkbişirmə sexi olub. İddiaçı iddia tələbində qeyd etdiyi borcun hansı tarixə olmasını qeyd etməmişdir. O, 2012-ci ildə qəza keçirmişdir, buna dair sənədləri var. İddiaçı ilə 2013-cü ildə müqavilə bağlamışdır. Həmin tarixdən uzun illər keçdikdən sonra, yəni iddiaçı tərəf iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin də keçən müddət ərzində iddiaçı tərəfindən ona borcun olması barədə heç bir məlumat verilməmişdir. Qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir və mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar verilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, iddia müddətinin keçməsi ilə bağlı iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri dinləyib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2013-cü il tarixli, 2244-10-13 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı X5 məxsus qeyri-yaşayış obyektini qazla təmin etməyi, istehlakçı X7 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. Müqavilə 3 (üç) ay müddətinə bağlanılmışdır. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, X3 2.907,20 manat borcu yaranmışdır. İş materiallarında olan X9 İstismar X1 ünvanladığı xx.xx.2019-cu il tarixli 01İR/13- 1078 saylı pretenziya məktubunun surətindən görünür ki, X7 ona məxsus istixanada təbii qazdan istifadəyə görə 2.907,20 manat məbləğində borcunun 5 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə X7 xəbərdar edilmişdir. İş materiallarında olan X7 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə qeyd olunur ki, İddiaçı iddia tələbi üzrə iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Odur ki, hazırki iş üzrə iddiaya iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki,İddiaçı ilə cavabdeh X7 arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin X7 müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmişdir və nəticədə onun İddiaçınə 2.907,20 manat məbləğində borcu yaranmış, bununla bağlı cavabdehə xx.xx.2019-cu il tarixdə pretenziya məktubu ünvanlanmış, lakin borc ödənilməmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir: Belə ki, İddiaçı ilə cavabdeh X7 arasındaqaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə xx.xx.2013-cü il tarixdə və 3 (üç) ay müddətinə bağlanmışdır. Həmçinin saldodan görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə 2015-ci ilin sentyabr ayında qaz istehlak edilmişdir. Həmin tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək, yəni təqribən 4 il ərzində cavabdeh tərəfindən qazdan istifadə olunmamış və hər-hansı ödəniş aparılmamışdır. Hazırki iddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2019-cu il tarixdə, yəni müqavilə müddətinin bitməsindən 7 (yeddi) ilə yaxın müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Cavabdeh X7 ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə bağlı iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, cavabdehin 2.907,20 manat məbləğində borcunun olması iş materialları ilə sübut olunmasına baxmayaraq, iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim edildiyindən, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdeh X5 qarşı istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 2.907,20 borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun X2 tutularaq İddiaçınə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar