Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-274/2024 03.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 28 fevral 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 X1 Daşınmaz Əmlak və Torpaq Məsələri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat rüsumun, mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsində İddiaçı ASC-nin (bundan sonra Bank adlandırılacaq) 26 may 2023-cü il tarixli hərracın yekunları barədə protokol və eyni tarixli əmlakların alqı-satqısı barədə müqavilə əsasında Kəngərli rayon, Xok kəndində 0.2306 haq torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tam mülkiyyət hüququ əldə etdiyini, (Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X9 Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış), hal-hazırda cavabdehlərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus mənzildə yaşaması və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyini və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozduğunu, bu səbəbdən cavabdehlərin bankın mülkiyyətində olan mənzilə olan hüquqularının itirilmiş hesab edilməli olduğunu, ilkin olaraq iş kommersiya mübahisəsi olduğuna görə razılıq əldə olunması məqsədilə Mediasiya Şurasınba müraciət olunduğunu, lakin hər hansı bir razılıq əldə olunmadığını, X2 tərəfindən 26 dekabr 2023-cü il tarixli, K-1907 saylı X3 iştirak edilməməsi barədə arayış verildiyini və arayışın əslinin iddia ərizəsinə əlavə edildiyini, iddiaçının tələbinin əsaslandırdığı sənədlərin mülkiyyət çıxarışı, hərracın yekunları haqqında protokol və alqı-satqı müqaviləsi olduğunu, qanunvericliyin tələbləri baxımından cavabdehlərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün onların həmin fərdi yaşayış evinə olan hüquqularının itirilməsinin zəruri olduğunu bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında Naxçıvan MR İnzibati Məhkəməsinin qərarı icra olunmadığına görə əmlakların hərraca çıxarıldığını, hərracda alıcı olmadığına görə əmlakın banka təklif olunduğunu, Bankın da həmin əmlakı öz balansına götürdüyünü, həm Bank tərəfindən, həm də İcra və Probasiya şöbəsi tərəfindən cavabdeh tərəfə xəbərdarlıq olunduğunu, sonra onların cavabdeh tərəfin əsas borcu ödəməsi, cərimə və faiz borcunun isə güzəşt olunması barədə qərara gəldiklərini, cavabdeh tərəfin onların bu təklifi ilə razılaşdığını, lakin sonra Banka heç bir ödəniş edilmədiyin bildirib, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etdiyi çıxışında iddianın təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılması və istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarında olan: Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X9 Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Naxçıvan MR, Kəngərli rayon, Xok Kəndində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin adına rəsmiləşdirilmişdir. “Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakların açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları” barədə protokoldan aydın olur ki, 26 may 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Hərracların təşkili üzrə Auksion Mərkəzində keçirilən hərrac nəticəsində İddiaçı ASC qalib (alıcı) kimi müəyyən olunmuş, həmçinin Kəngərli rayon, Xok kəndində yerləşən fərdi yaşayış evinin son qiymətinin 19762.50 (on doqquz min yeddi yüz altmış iki manat əlli qəpik) manat olmuşdur. 26 may 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə müqavilənin 7-ci maddəsindən görünür ki, satılan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi bağlandığı andan, sərəncam vermək hüququ isə əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-03/2019 saylı, 11 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Cavabdeh1 30 noyabr 2018-ci il tarixə 22 385.67 (iyirmi iki min üç yüz səksən beş manat, altmış yeddi qəpik) manat əsas borc və 1618.73 (bir min altı yüz on səkkiz manat yetmiş üç qəpik) manat faiz borcu olmaqla, cəmi 24 004.40 (iyirmi dörd min dörd manat qırx qəpik) manat məbləğində kredit borcu və 30.0 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin Kəngərli Rayon Filialının xeyrinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə tutma ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ Cavabdeh1 məxsus Naxçıvan MR Kəngərli rayonu, Xok kəndində mülkiyyətində olan 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət (müstəqil qiymətləndirici tərəfindən 31000 manat məbləğində likvid qiymətlə qiymətləndirilmiş fərdi yaşayış evinə və X6 məxsus Naxçıvan MR Kəngərli rayonu, Xok kəndində mülkiyyətində olan 0.0601 ha torpaq sahəsində eyrləşən 1 mərtəbəli, 2 otaqlı, 42.00 kv.m yaşayış, 44.00 kv.m köməkçi sahədən ibarət (müstəqil qiymətləndirici tərəfindən 10600 manat məbləğində likvid qiymətlə qiymətləndirilmiş) fərdi yaşayış evinə yönəldilməsi, bu əmlaklar açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Kəgərli rayon, Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 200.41 kv.m olan fərdi yaşayış evində qeydiyyatdadır. Təqdim olunmuş sübutlara əsasən, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC Naxçıvan MR Kəngərli rayonu, Xok kəndində mülkiyyətində olan 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üzərində həqiqətən tam mülkiyyət hüququna malikdir. Belə ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-03/2019 saylı, 11 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh1 tərəfindən kredit borcu ödənilmədiyi təqdirdə kredit borcu ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməli və həmin əmlaklar açıq hərracda satılıb kredit borcu ödənilməlidir. Cavabdeh1 tərəfindən kredit borcu ödənilmədiyindən, 26 may 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Hərracların təşkili üzrə Auksion Mərkəzində keçirilən hərrac nəticəsində İddiaçı ASC tərəfindən ipoteka ilə yüklü edilmiş həmin əmlaklar satın alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Naxçıvan MR Kəngərli rayonu, Xok kəndində mülkiyyətində olan 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmasını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində isə qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Buradan belə məlum olur ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.1-ci maddəsinə əsasən, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Ona görə də Mülki Məcəllənin qeyd edilən maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Hazırki iş üzrə araşdırılan hallardan məlum olur ki, mübahisə predmeti olan Naxçıvan MR Kəngərli rayonu, Xok kəndində mülkiyyətində olan 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı ASC-nin mülkiyyətində olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyriyaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün onların həmin fərdi yaşayış evinə olan hüquqlarının itirilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, Mülki Prosessual Məcəllənin 106-cı maddəsinin tələblərinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə, hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Göründüyü kimi, qanunverici işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən mötəbər sübutlarla məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə görə isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mediasiya prosesi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçının ödədiyi 50 (əlli) manat məbləğində İMS xərci cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin ediləcəyindən iş üzrə İddiaçı ASC-nin ərizə verilərkən ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun məbləği 100 manat təşkil etdiyindən, buna görə də, dövlət büdcəsinə ödənilməli olan qalan 50 manat cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 X1 Daşınmaz Əmlak və Torpaq Məsələri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyriyaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi qanunamüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Xok kəndində 0.2306 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 111.06 kv.m yaşayış, 85.58 kv.m qeyri-yaşayış, 89.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilərək xitam verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və ödənilmiş 50 (əlli) manat ilkin mediasiya sessiyası xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Dövlət büdcəsinə ödənilməli olan 50 (əlli) manat dövlət rüsumunun kəsiri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-274/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-274/2024
03.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver