Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-47/2022 26.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, iddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Cavabdeh qarşı “Daşınmaz dövlət əmlakının qanunsuz sahiblikdən geri alınması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)- 47/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokoluna dair Cavabdeh tərəfindən verilmiş yazılı qeydlərə dair ərizəni nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi 12 may 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mülkiyyətində (balansında) olan Ordubad rayonu Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin ərzaq və təsərrüfat mallarının satışı həyata keçirilən 66,0 m2 olan sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq nazirliyə geri qaytarılması və həmin tikilidən çıxarılması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(123)-47/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mülkiyyətində (balansında) olan Ordubad rayonu Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin ərzaq və təsərrüfat mallarının satışı həyata keçirilən 66.0 m2 olan sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə geri qaytarılması və cavabdehin həmin tikilidən çıxarılması qət edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək, iddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Cavabdeh qarşı “Daşınmaz dövlət əmlakının qanunsuz sahiblikdən geri alınması” tələbi barədə e-2-2(123)-47/2022 saylı işin materialları ilə tanış olması üçün ona müvafiq köməklik göstərilməsini xahiş etmiş, məhkəmə tərəfindən cavabdehin kommersiya mübahisəsinə dair 1 cilddən ibarət işin materialları ilə tanış olması təmin edilmişdir. Cavabdeh 25 avqust 2022-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2- 2(123)-47/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokoluna dair ərizə göndərərək, qeydlərinin nəzərə alınmasını və kommersiya işinə əlavə edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək belə qənaətə gəlir ki, aşağıda göstərilənlərə əsasən ərizə baxılmadan geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 272.7-ci maddəsinə əsasən, protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır. 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda da ərizə məhkəməyə poçt vasitəsilə deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə və 3 gün ərzində təqdim edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 128.3-cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, məhkəmə şərh edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən məhkəmə iclas protokoluna dair verilmiş yazılı qeydlərə dair ərizə baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Cavabdeh tərəfindən məhkəmə iclas protokoluna dair verilmiş yazılı qeydlərə dair ərizə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(123)-47/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-47/2022
26.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver