Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-89/2023 10.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qeyri-yaşayış sahələrinin boşaldılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 19 may 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən 1797.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası və ünvan 2 ünvanında yerləşən 257 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin tamamilə boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və ödənilmiş 50 (əlli) manat mediasiya xərci "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia ərizəsində İddiaçı ASC-nin (bundan sonra Bank adlandırılacaq) 09 fevral 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında ünvan 3 ünvanında yerləşən 1797.4 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binası və ünvan 2 ünvanından yerləşən, 257 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsini alaraq tam mülkiyyət hüququ ilə əldə etdiyini (Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X22 Dövlət Komitəsi xx.xx.2017-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlar), hal-hazırda banka məxsus qeyri yaşayış sahələrinin cavabdehin istifadəsində olmasının bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyini və bankın mülkiyyətində olan daşınmaz əmlak üzərində sərbəst sərəncam vermək hüquqlarını pozduğunu, bu səbəbdən qeyri yaşayış sahələrinin tamamilə boşaldılmalı olduğunu hesab etdiklərini, iddiaçının tələbinin əsaslandırdığı sənədlər mülkiyyət çıxarışları, hərracın yekunları haqqında protokol və alqı-satqı müqaviləsi olduğunu, bank tərəfindən cavabdehə qeyri yaşayış sahələrinin təhvil verilməsi barədə rəsmi məktub ünvanlansa da daşınmaz əmlakların boşaldılaraq Banka təhvil verilmədiyini, eyni zamanda, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə onlar tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərildiyini, daha sonra cavabdeh tərəfindən təklifə cavab verilmədiyindən mediatora müraciət edildiyini, tərəflər ilkin mediasiya sessiyasına davam etdirməyə razılıq vermədikləri üçün mediatorun mediasiya prosesinə xitam verərək “X6 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli, K-319 saylı arayış verdiyini, həmçinin ilkin mediasiya keçirilməsi üçün Bank tərəfindən 50 manat mediasiya xərcinin mediatorun hesabına təktərəfli qaydada ödənildiyini qeyd etmiş, ərizəsini Azərbaycan Respublikası Konstitusiyasının 29cu, Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, AR Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci və 157.4-cü, “İpoteka haqqında” Qanunun 59.3-cü və 59.4-cü maddələri ilə əsaslandırmışdır. İş üzrə 24 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli, 12 nömrəli iddia ərizəsinə qarşı etiraz təqdim olunmuşdur. Lakin, MPM-in 154.1-ci maddəsinə əsasən iddia ərizəsinə etiraz etmək üçün nəzərdə tutulmuş prosessual müddət aşıldığından Etiraz ərizəsi məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Məhkəmə baxışı iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 izahatında iddia ərizəsinin məzmununa uyun izahat verərək iddia tələblərini müdafiə etdiklərini və iddialarının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə tərəflərin izahatlarını, mülahizələrini və dəlillərini dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. Belə ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X22 Dövlət Komitəsi Hüquqların Dövlət qeydiyyatı haqqında ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanından yerləşən, 257 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi İddiaçı ASC Naxçıvan MR Baş İdarəsinin adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X22 Dövlət Komitəsi Hüquqların Dövlət qeydiyyatı haqqında ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 1797.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası İddiaçı ASC Naxçıvan MR Baş İdarəsinin adına rəsmiləşdirilmişdir. İş materiallarında olan “Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları” barədə protokoldan aydın olur ki, 9 fevral 2017-ci ildə, Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçirilən hərrac nəticəsində İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi qalib (alıcı) kimi müəyyən olunmuşdur. Həmin protokoldan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının satılmış son qiymətinin 1.690.650 (bir milyon altı yüz doxsan min altı yüz əlli) manat, ünvan 2 ünvanından yerləşən qeyri yaşayış sahəsinin satılmış son qiymətinin isə 717.187,5 (yeddi yüz on yeddi min bir yüz səksən yeddi manat əlli qəpik) manat olduğu görünür. İş materiallarında olan 09 fevral 2017-ci il tarixli hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilənin 3.7-ci maddəsindən görünür ki, satılan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi bağlandığı andan, sərəncam vermək hüququ isə əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən çıxarışa əsasən, İddiaçı ASC ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmış və hazırkı qanuni təmsilçisi X14r. İş materiallarında olan “X6 sonra prosesin davam etdirilə bilməməsi barədə” 17 mart 2023-cü il tarixli, K-319 saylı arayışdan görünür ki, tərəflər İMS-də sonra prosesin davam etdirilə bilməmiş və 400 (dörd yüz) manat İMS xərci İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 tərəfindən ödənilmişdir. Lakin işə əlavə edilmiş ödəniş tapşırığı N 483 saylı xx.xx.2023-cü il tarixli qəbzdə mediasiya prosesi üçün iddiaçı tərəfindən 50 (əlli) manat ödəndiyi və iddiaçının tələb hissəsindədə mediasiya prosesi üçün 50 (əlli) manatın tələb edildiyi görünməkdədir. İş materiallarına əlavə olunan Naxçıvan MR Auksion Mərkəzinin direktoru N.A.Əliyevə ünvanlanmış məktubdan görünür ki, Kapital Bank“ ASC-nin Naxçıvan Muxtar Respublikası Baş idarəsi Naxçıvan MR Auksion Mərkəzinin direktoru N.A.Əliyevin 24 dekabr 2016-ci il tarixli 84 saylı məktubuna əsasən (X15) ipoteka predmeti olan ünvan 1-da 0.0902 ha torpaq sahəsində yerləşən 4 girişli, 3 mərtəbəli 1797.4 kv.m ümumi 913.1 kv.m əsas, 884.3 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasına (Qızıl-Dağ" MMC), Naxçıvan şəhəri Nizami küçəsi 41-də yerləşən ümumi sahəsi 257.0 kv.m olan bütün növ əmlak və avadanlıqlar olan qeyri-yaşayış sahəsinə, Naxçıvan şəhəri Atabəylər məhəlləsi 8 nömrəli. 5 mərtəbəli binanın 2-ci giriş, 3-cü mərtəbəsində 85.64 kv.m ümumi, 61.71 kv.m yaşayış, 23.93 kv.m köməkçi sahədən ibarət 5 otaqlı, 21 nömrəli mənzilə, Naxçıvan şəhəri 6-cı məhəllədə 0.0448 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 73.22 kv .m ümumi, -15.78 kv .m köməkçi sahədən ibarət 3 otaqlı, 73 nömrəli 1‘ərdi yaşay ış evinə, Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8 nömrəli, 5 mərtəbəli binada 55.84 kv.m ümumi, 37.92 kv.m yaşayış, 17.92 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 32 nömrəli mənzilə dair Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin təklifini qəbul etdiyini və həmin əmlakları almağa razı olduğunu bildirmişdir. İş materiallarına əlavə olunan Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(078)-34/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı ASC Naxçıvan MR İdarəsi Filialı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 257.64 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılması və bu qeyri-yaşayış sahəsində hüquqi şəxs kimi fəaliyyət göstərən "xxxx" MMC-nin istifadə etdiyi avadanlıqların həmin bu qeyri-yaşayış sahəsi ilə birgə mülkiyyətçi İddiaçı ASC Naxçıvan MR İdarəsi Filialına təhvil verilməsi, İddiaçı ASC ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 1797.4 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçi İddiaçı ASC Naxçıvan MR İdarəsi Filialına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, lakin eyni tərəflər arasında eyni predmet barəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icraatında mülki iş olduğu üçün İddiaçı ASC Naxçıvan MR İdarəsi Filialının cavabdeh "xxxx" MMC-yə qarşı “ipoteka predmetlərinin boşaldılıb təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə olunan Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-06/2016 saylı, 17 iyun 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi O.A.Qurbanov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-nin 1984406.65 (bir milyon doqquz yüz səksən dörd min dörd yüz altı manat 65 qəpik) manat əsas və 397739.28 (üç yüz doxsan yeddi min yeddi yüz otuz doqquz manat 28 qəpik) manat faiz borcunun, cəmi 2 382 145.93 (iki milyon üç yüz səksən iki min yüz qırx beş manat 93 qəpik) manat məbləğində kredit borcunun, bu borcun tam ödənildiyi günədək əsas borca hesablanacaq faizlərin və 30.0 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinə ödənilməsi, ödənilmədiyi təqdirdə kredit borcunun ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ "xxxx" Kiçik Müəssisəsinə məxsus olan, Naxçıvan şəhəri, Nizami 41-də yerləşən, ümumi sahəsi 257.0 kv.m. olan, bütün növ əmlak və avadanlıqlar daxil olmaqla qeyri-yaşayış sahəsinə, "xxxx" MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan şəhəri, Nizami 61A ünvanında 0.0902 ha torpaq sahəsində yerləşən 4 girişli, 3 mərtəbəli, 1797.4 kv.m. ümumi, 913.1 kv.m. əsas, 884.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına, X1 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan şəhəri, Atabəylər məhəlləsində yerləşən 8 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 85.64 kv.m. ümumi, 61.71 kv.m. yaşayış, 23.93 kv.m. köməkçi sahədən ibarət 5 otaqlı, 21 nömrəli mənzilə, Nümayəndə2 məxsus olan, Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, 8 nömrəli binada, 55.84 kv.m. ümumi, 37.92 kv.m. yaşayış, 17.92 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı, 32 nömrəli mənzilə, X8 məxsus olan, Naxçıvan şəhəri, Şadlinski küçəsi, 1 nömrəli binada, 59.96 kv.m. ümumi, 47.32 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 2 nömrəli mənzilə, X3 məxsus olan, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, 20-ci məhəllədə yerləşən ticarət obyektinin sahəsi 18.0 kv.m. olan bir hissəsinə, X13 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan şəhəri, Əlincə məhəlləsində yerləşən 2B nömrəli binanın 1-ci mərtəbəsində 14.3 kv.m. ümumi 14.3 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə (mağaza), X4 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Aşağı Uzunoba kəndində 0.1395 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 40.86 kv.m. yaşayış, 81.88 kv.m qeyri-yaşayış, 40.26 kv.m. köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə, X5 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan şəhəri, 6-cı məhəllədə 0.0448 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 73.22 kv.m. ümumi, 45.78 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı, 73 nömrəli fərdi yaşayış evinə, Nümayəndə2 məxsus olan, Naxçıvan şəhəri, Nizami küçəsində 0.0446 ha torpaq sahəsində yerləşən 41 nömrəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 95.7 kv.m. olan, 49.0 kv.m. əsas, 46.7 kv.m. köməkçi sahədən ibarət olan qeyri- yaşayış sahəsinə (Sığorta Kommersiya Şirkəti), Nümayəndə2 məxsus olan, Naxçıvan şəhəri, Nizami küçəsində 0.0446 ha torpaq sahəsində yerləşən 41 nömrəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 31.8 kv.m. olan, 15.8 kv.m. əsas, 16.0 kv.m. köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə (cildləmə sexi), X2 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində 0.0756 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 58.32 kv.m. yaşayış, 49.08 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə, X9 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Yeni Kərki kəndində 0.1271 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 51.2 kv.m. yaşayış, 17.7 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə, X10 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində 0.1098 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 65.37 kv.m. yaşayış, 32.5 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə, MH seriyalı ******* və MH seriyalı ******* nömrəli Çıxarışlara əsasən X10 məxsus olan, Babək rayonu, Cəhri kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə, MH seriyalı 0017559, MH seriyalı 0017560, MH seriyalı 0017561, MH seriyalı ******* nömrəli Çıxarışlara əsasən Nümayəndə2 məxsus olan, Babək rayonu, Şıxmahmud kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılıb kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ünvan 3 ünvanında yerləşən 1797.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası və ünvan 2 ünvanından yerləşən, 257 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi üzərində həqiqətən tam mülkiyyət hüququna malikdir. Belə ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-06/2016 saylı, 17 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən, cavabdeh "xxxx" MMC tərəfindən kredit borcu ödənilmədiyi təqdirdə kredit borcu ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməli və həmin əmlaklar açıq hərracda satılıb kredit borcu ödənilməlidir. Cavabdeh "xxxx" MMC tərəfindən kredit borcu ödənilmədiyindən, 9 fevral 2017-ci ildə, Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçirilən hərrac nəticəsində İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi tərəfindən ipoteka ilə yüklü edilmiş həmin əmlaklar satın alınmışdır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddəsinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ünvan 1 ünvanında yerləşən 1797.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası və ünvan 2 ünvanında yerləşən 257 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində isə qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Buradan belə məlum olur ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 153.1-ci maddəsinə əsasən, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Ona görə də Mülki Məcəllənin qeyd edilən maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Hazırki iş üzrə araşdırılan hallardan məlum olur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 1797.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası və ünvan 2 ünvanında yerləşən 257 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı ASC-nin mülkiyyətində olması sübutlarla və bu sübutlar ilə əlaqəli şəkildə yoxlanılmış tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Göründüyü kimi, qanunverici işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən mötəbər sübutlarla məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qeyri-yaşayış sahələrinin boşaldılması, barədə iddiası təmin edilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, Mülki Prosessual Məcəllənin 106-cı maddəsinin tələblərinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0-cı və 2.0.1-ci maddələrinə əsasən, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi halında dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən,qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə görə isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mediasiya prosesi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçının ödədiyi 50 manat məbləğində İMS xərci cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin ediləcəyindən iş üzrə İddiaçı ASC-nin ərizə verilərkən ödədiyi 50 manat məbləğində dövlət rüsumu iş üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Buna görə də, dövlət büdcəsinə ödənilməli olan qalan 50 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə işin araşdırılan hallarına hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən 1797.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası və ünvan 2 ünvanında yerləşən 257 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin tamamilə boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən 1797.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası və ünvan 2 ünvanında yerləşən 257 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin tamamilə boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və ödənilmiş 50 (əlli) manat mediasiya xərci "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Dövlət büdcəsinə ödənilməli olan qalan 50 (əlli) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-89/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-89/2023
10.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver